Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qasımçılıq
Qasımçılıq və qasımizm (ərəb. التيار القاسمي‎, at-Tayyār al-Qāsimī) — 1958-ci ildən 1963-cü ilə qədər İraqı idarə edən Əbdülkərim Qasımın fikir və siyasətlərinə əsaslanan İraq milliyətçi ideologiyası. Qasımçılıq panərəbizm, paniranizm, pantürkizm, turanizm, pankürdizm və İraq xalqının birliyinə təsir edən, İraqın ərazi itirdiyi istənilən ideologiyaya qarşı çıxır. Qasımçılığın əsas siyasəti İraq millətçiliyidir ki, bu da İraqdakı bütün etnosların, o cümlədən ərəblərin, kürdlərin, türkmanların, aysorların, ermənilərin, yezidilərin, mandeylərin birliyi və bərabərliyidir. Əbdülkərim Qasım bəəsçilər, panərəbistlər və kürd milliyetçilarına qarşı çoxlu münaqişələr yaşamışdı. Qasımçılıq ideologiyasında İraq hər şeydən əvvəl durur. Qasımçılıq həmçinin, İraqın qədim Mesopotamiya (Şumer, Akkad, Babilistan, Assuriya) kimliklərinə İraqın və onun xalqının özəyi kimi baxır, onları qoruyub saxlamağa çalışır. Qasımçılıq iraqlı olmağı hər hansı bir dindən üstün tutan dünyəvi bir ideologiyadır. Əbdülkərim Qasım və bir çox qasımçı Küveyt və Xuzistan ostanının İraqın bir hissəsi olmasını istəməsi səbəbindən qasimizm də bəzi irredentist təsirə malikdir. Əslində, Küveyt və Xuzistanın qanuni İraq torpaqları olduğuna inamı yaradan qasımçılar Səddam Hüseynə də təsir etmişdir.
Arıçılıq
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya baxım, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir. Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi; Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları; Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.); Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər; Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik; Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.); Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu; Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu; Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü; Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər; Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər; Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul. Arıçılıqla təbabəti bir- birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları və həm də təbabət işçilərini çox maraqlandırır. Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır. Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur.
Azərbaycanda arıçılıq
Azərbaycanda arıçılıq — Azərbaycan Respublikasında bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi. Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır. Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir.
Yarımçıq xatirələr
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarımçıq əlyazma (roman)
Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman. Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib. Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.
Yarımçıq insanın etirafları
Yarımçıq insanın etirafları (人間失格, Ninqen Şikkaku, hərf. İnsanlığın diskvalifikasiyası) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən 1948-ci ildə yazılmış roman. Əsl kimliyini başqalarına göstərə bilməyən, daha sonra içki və narkotikə qurşanan problemli bir şəxsin hekayəsindən bəhs edir. Dazai romanı öz şəxsi təcrübələri əsasında yazdığı üçün avtobioqrafik əsər hesab olunur. "Yarımçıq insanın etirafları" postmüharibə dövrünün Yaponiya ədəbiyyatının klassiklərindən və Dazainin əsas əsərlərindən biri kimi qəbul olunur. Roman əsasında anime, film və manqa adaptasiyaları istehsal olunmuşdur. Roman Azərbaycan dilində ilk 2024-cü ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr olunmuş, Ofeliya Əliyeva tərəfindən tərcümə olunmuşdur. == Məzmun == "Yarımçıq insanın etirafları" romanında hekayə baş qəhrəman Oba Yozo (大庭葉蔵) tərəfindən yazılmış üç dəftər formasında təqdim olunur. Dəftərlər Obanın uşaqlıq illərindən 27 yaşına qədər olan həyatını əhatə edir. Hekayə dəftərləri yazıldıqdan 10 il sonra bir tanışı vasitəsilə əldə edən adsız bir şəxs tərəfindən nəql olunur. === Birinci dəftər === Güclü yadlaşma və başqalaşma hissinə qapılan Oba ətrafındakı insanları demək olar ki, başa düşə bilmir.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. "Официальный сайт МФПА" (ingilis).
Yarımçıq xatirələr (film, 2015)
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Litva Qədim Arıçılıq Muzeyi
Litva Qədim Arıçılıq Muzeyi (Senovinės bitininkystės muziejus) 1984-cü ildə Litvanın şimal-şərqindəki Stripeikiai yaxınlığında yaradılmış ərazidə arıçılığın tarixini nümayiş etdirir. Aukštaitija Milli Parkının bir hissəsi olan muzey arıçı Bronius Kazlas tərəfindən təsis edilmişdir. 2006-cı ilə qədər muzey altı binadan, 500-ə yaxın eksponatdan və 25 heykəldən ibarət idi. Litvada arıçılığın tarixini göstərməklə yanaşı, muzeyin bəzi taxta heykəllərinin özündə arı pətəkləri var. Heykəllər bal arısının dünya mifologiyasında və folklorunda, o cümlədən Misir və Yerli Amerika fiqurları, eləcə də Litva tanrısı Babilas və ilahə Austėja da daxil olmaqla, arının yerinə hörmət edir. Onlar Teofilis Patiejunas və İpolitas Užkurnis tərəfindən həkk olunub. Sərgilərə ziyarətçilərə iş yerində arıları izləməyə imkan verən şüşə üzlü pətəklər, alət kolleksiyaları və arıların tozlanmada oynadığı rolun təsvirləri daxildir. Pətəklərin geniş çeşidinə 15-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər istifadə edilən çoxlu ağac gövdələri daxildir. Litva Baytarlıq Akademiyası Litva arılarının xüsusilə dinc olduğunu iddia edir. Avropa bal arısının alt növüdür və italyan arılarından kiçik, Qafqaz bal arılarından isə böyükdürlər.
Yarımçıq qalmış mahnı (film, 1979)
Kinolent özfəaliyyət vokal-instrumental ansamblı, onun Krım və Qara dəniz sahillərinə uğurlu qastrol səfərləri haqqında danışır. Ansamblın solisti Mikayıl Məmmədbəyli (Fərhad Yusifov) Moskvada Böyük Teatrda təcrübə keçmək üçün dəvətnamə alır, lakin yaradıcılıq əməkdaşlığına sadiq qalaraq bu dəvətdən istifadə etmir. Filmdə Müslüm Maqomayevin "Vesenniy kray", "Prisnivshayasya pesenka", "Yesli v mire yest lyubov", "Mı dlya pesni rojdenı", "Moya lyubov" mahnıları səslənir. Filmdəki bütün mahnıları Müslüm Maqomayev ifa edir. Burada eyni zamanda gənc və istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir. Film yazıçı Maqsud İbrahimbəyovun "Baritonla Orkestr üçün Konsert" povesti əsasında ekranlaşdırılmışdır. Film aktrisa Nataliya Tağıyevanın kinoda ilk işidir. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Maqsud İbrahimbəyov Quruluşçu operatorlar: Valeri Kərimov, Vladimir Dmitriyevski Bəstəkar: Müslüm Maqomayev Quruluşçu rəssam: Elbəy Rzaquliyev Səs operatoru: Kamal Seyidov Rejissor: Rafiq Dadaşov Geyim üzrə rəssam: Mahmud Aslanov Qrim edən: L. Kuznetsova Montajçılar: Tamara Nərimanbəyova, Nelli Mahmudova Operatorlar: Rəşid Nağıyev, Vaqif Muradov Rejissor assistentləri: Yusif Əlizadə (Yusif Əliyev kimi), Yusif Şeyxov Operator assistentləri: R. Səfərəliyev, R. Umudov Rəssam assistenti: E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Nadejda İsmayılova Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi) Çalır: Mərkəzi Televiziyanın Ümumittifaq Radiosunun Estrada-Simfonik Orkestri Dirijor : A. Mixaylov Mahnı ifa edənlər: Müslüm Maqomayev, "Samotsvetı" Vokal Ansamblı, "Qaya" Vokal Kvarteti Musiqilərindən istifadə edilən bəstəkarlar: Domeniko Modunyo, T. Babayev, Polad Bülbüloğlu, B. Çezare Filmin direktoru: Aydın Dadaşov, Semyon Qaragedov Müslüm Maqomayev — artist Fərhad Yusifov — Mikayıl Svetlana Toma — Məryəm Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Xədicə Vladimir Tatosov — Tağıyev Rəfael Dadaşov-Adil Elçin Məmmədov — Seymur Yaşar Nuri (Yaşar Nuriyev kimi) — musiqiçi İdris Zeynalov — musiqiçi Mayak Kərimov — musiqiçi Aleksandr Nisanov — musiqiçi Anatoli Falkoviç — Nikolay Məlik Dadaşov — Filarmoniyanın direktoru Aleksandr Şarovski — ofisiant Muxtar Maniyev — Xədicənin qardaşı Hacımurad Yegizarov (Murad Yegizarov kimi) — kapitan Rafiq Əliyev (II) — kontor müdiri Yuri Mnatsakanov (Y. Mnatsakanov kimi) A. Kərimov Aleksandr Kşinovloqer Cahangir Aslanoğlu — küçədəki adam (titrlərdə yoxdur) Yusif Əlizadə-Zavod işçisi (titrlərdə yoxdur) Filmi səsləndirənlər: Rasim Balayev - Mikayıl (Fərhad Yusifov) )(titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.