Azərbaycan dilinin etimologiya lüğəti

  • DOLAYI

    Dolanmaq kəlməsi ilə qohumdur, “ətraf” mənasında işlədilir. Dolayı yolla, birbaşa deyil, kənar vasitələrin köməyi ilə iş görməkdir

    Tam oxu »
  • DOLÇA

    Dol (dul) farsca “vedrə” deməkdir. Ərəbcə buna “sətl” (bizdə satıl kimi işlədilir) deyirlər. Dolça dol sözünün kiçiltmə formasıdır, “parç”deməkdir

    Tam oxu »
  • DOLLAR

    1519-cu ildə Bohemiyanın Sen-İoahimştale şəhərində gümüş yatağı aşkar edildi. Bu şəhər Çexiyanın paytaxtı Praqadan 80 mil qərbdə yerləşir

    Tam oxu »
  • DOLMA

    İndi müstəqilliyini itirmiş dol (ətrafına “fırla, dola” mənasında işlədilib) feili ilə bağlıdır və bəzi türk dillərində sarıma kimi işlədilir

    Tam oxu »
  • DOLU

    Bir neçə mülahizə söyləmək olar: 1. “Bərk olmaq” mənasını verən dolmaq feili ilə qohumdur, boş (yumşaq) sözünün antonimidir

    Tam oxu »
  • DOMBA

    Mənası “yumru” (kürə kimi olan) deməkdir. Dombalaq aşmaq “yumrula­na­raq hərəkət etmək”dir. Güman ki, top, təpə, topa sözlərinin dəyişmiş formasıdır

    Tam oxu »
  • DOMBALMAQ

    Dümbək (balaca quyruq), donba, dombat, dombalaq sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DON

    Məsəl var: gözəllik ondur, doqquzu dondur. Niyə palto, pencək... yox, məhz don? Don sözünün qədim mənası “paltar” (bütün növlər üzrə) deməkdir

    Tam oxu »
  • DONQAR

    “Qozbel” deməkdir, əslində, sözün kökü “don”dur (müq. et: donba, don­balmaq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DONLUQ

    Qədim mənası “paltarlıq” (gəlir, aylıq pul) deməkdir. Don (paltar) sözü ilə bağlıdır. İndi “maaş” anlamında işlədilir(Bəşir Əhmədov

    Tam oxu »
  • DONMAQ

    Dilimizdə “soyuq” mənasını verən tum kəlməsi olub (tumov kəlməsi də onunla bağlıdır). Görünür, donmaq feili də “soyuq” mənasını verən kəlmə ilə bağlıd

    Tam oxu »
  • DONUZ

    Çıxardığı səslə bağlı təqlidi sözdən törəmişdir (donqultu sözünü yada salın). Dünya dillərinin çoxunda təqlidilik əsas götürülür (məsələn, qədim hind

    Tam oxu »
  • DONUZLUQ

    Anadolu türklərində donuzluq sözü var və “qəddarlıq” anlamında işlə­dilir. Bizdə donuzluq yerinə, bəzən “murdarlıq”, “qəddarlıq” işlədilir

    Tam oxu »
  • DOST

    Fars mənşəlidir, bizdə onun müqabilində qadaş sözü işlədilib, sonra arxaik­ləşib (indi Bakı dialektində qədəş şəklində özünü hifz edir)

    Tam oxu »
  • DOŞAB

    Fars mənşəlidir. Duş (sağmaq) vəab (su) sözlərindən ibarətdir (“sıxılmış meyvə suyu” anlamını verir)

    Tam oxu »
  • DOVDAQ

    Bu quşun adı Əbu Həyyanda duğ sözü ilə verilib, çıxardığı səslə bağlıdır (təqlidi sözdür): duğ-duğ kimi olub

    Tam oxu »
  • DOVĞA

    Fars dilində ayrana duğ deyirlər. Dovğa da ayrandan hazırlanır (abduğ sözü də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DOVŞAN

    “Səs” mənasını əks etdirən tavuş kəlməsi olub. Bundan da tövşümək, dov­şan sözləri əmələ gəlib. Dovşan sözü tövşümək feili ilə kökdaş olub

    Tam oxu »
  • DOYMAQ

    Tox, dol, toy kəlmələri ilə qohumdur. Etimon do(to) feilidir. Ondan tox (doy­muş), toy (məclis), dol (çox olmaq) kimi sözlər əmələ gəlib

    Tam oxu »
  • DOZANQURDU

    Donuz kəlməsi ilə heç bir əlaqəsi yoxdur. M.Kaşğaridə qonuz sözü “peyin” mənasında işlədilib. Qurdun növləri çox olduğundan “жук”u onlardan fərq­ləndi

    Tam oxu »
  • DÖL

    “Kişi sperması” kimi başa düşülür. Döl tutub “hamilə” mənasında işlədilib. Nəsil əvəzinə “döldaş” deyiblər

    Tam oxu »
  • DÖNDƏRMƏK

    Əsli döndürmək kimi olub. -dur şəkilçisi təsirli feil düzəldir: gülmək və güldürmək…(Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DÖNƏ

    “Filankəsin dönəlgəsi dönüb” deyirlər. Dönə qədim mənbələrdə “vaxt” kimi açıqlanıb. Dönəlgəsi dönüb, yəni “vaxtı dönüb, işlərin qaydasında getdiyi gün

    Tam oxu »
  • DÖNƏRGƏ

    “Gecələmə” anlamını verən sözdür: qonaq gələndə deyirlər ki, dönərgə yerin yoxdursa, bizdə gecələyə bilərsən

    Tam oxu »
  • DÖNMƏ

    Qoyunlar quyruğunun formasına görə bir neçə yerə bölünür: bozaq, bımıq, balbas (“balbaz” da deyirlər), mazıq, dönmə (metis) və merinos

    Tam oxu »
  • DÖRD

    Bir vaxtlar üç, sonra yeddi, daha sonra qırx (əsli: qırıq): nəhayət, yüz sözləri say sistemində son ədədlər olub

    Tam oxu »
  • DÖŞ

    Ehtimal olunur ki, dış (kənara çıxan, irəliyə çıxan, qabağa çıxan) sözü ilə qohumdur. “Avesta”da çiyin, latışlarda “qoltuq”, “qoyun” mənalarında işləd

    Tam oxu »
  • DÖŞƏK

    Döş ismi və döşəmək feili ilə bağlıdır, “yastı” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DÖVRAN

    Dövr sözü ilə qohumdur. Dövriyyədə buradandır. Ərəb mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DÖYƏNƏK

    Döymək feilindən əmələ gəlib. Güman ki, tarixi baxımdan dəyənək (dubinka) sözü ilə eyni kökə malikdir

    Tam oxu »
  • DÖYMƏC

    İsti çörəyi yağla qatıb ovurlar (əzirlər). Dialektlərdə buna döyməc deyilir. Sözün əsli oymac kimi qeydə alınıb, ovmaq feili ilə bağlıdır

    Tam oxu »
  • DÖYMƏK

    Xırmanda taxıl döyürlər. Taxıl əvvəlcə əl vasitəsilə (zərbə endirməklə) sün­­büldən ayrılırmış. Sonra at, eşşək və s

    Tam oxu »
  • DÖYRƏ

    Qərb dialektlərində işlədilir, dəyirmi olan bir qabın adıdır. Dairə sözünün də­yiş­miş formasıdır. (Bəşir Əhmədov

    Tam oxu »
  • DREN

    ing. drain – qurutmaq

    Tam oxu »
  • DRENAJ

    fr. drainage < ing. drain – qurutmaq

    Tam oxu »
  • DREYF

    holl. drijven – qovmaq, üzmək

    Tam oxu »
  • DRUMLİN

    irl. droumlin – yüksəklik

    Tam oxu »
  • DRUZ

    alm. druse – fırça

    Tam oxu »
  • DUA

    Ərəbcə “çağırmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DUDKEŞ

    Dud (tüstü) və keş (cəkən) sözlərindən əmələ gəlib, farscadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DUKAT

    1140-cı ildə özündə Cənubi İtaliya və Siciliyanı birləşdirən Apuliya ən varlı hersoqluqlardan (duchy) biri idi

    Tam oxu »
  • DUL

    Qədim mənbələrdə dölək sözü var, “boşluq” anlamını əks etdirib. Ehtimal ki, dul və dölək qohum sözlər olub

    Tam oxu »
  • DULĞU

    Araba təkərinin topunda deşik olur və ox ora geydirilir. Buna dölək (yəqin ki: dəlik) deyiblər. Dulğu – “oxun topu sürtüb xarab etməməsi üçün topa gey

    Tam oxu »
  • DUMAN

    “Hər tərəfi örtən” mənasında tomo sözü olub. Tumurcuq (üstü örtülü və yumru olan), duman, hətta tuman (paltar) həmin tomo sözü ilə qohumdur

    Tam oxu »
  • DURAQOTU

    İndi işlətdiyimiz şüyüd (bu, alınma sözdür) sözünün qarşılığı olub. Mədənin qazını boşaltmaq, durğunluğu ləğv etmək üçün istifadə edilib

    Tam oxu »
  • DURBİN

    Farscadır, dur (uzaq) və bin (görən) sözlərindən əmələ gəlib, “uzağı gös­tərən” deməkdir. Bin hissəsi nik-bin, bəd-bin tipli sözlərdə də var

    Tam oxu »
  • DURĞU İŞARƏSİ

    Durmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DURNA

    “Boz” (quş) anlamını əks etdirir. Deməli, bu quş rənginə görə “durna” ad­landırılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • DURU

    Durmaq feilindən düzəlmiş sifətdir. Mayenin durulması üçün onun qabda qalması və çöküntü verməsi (durması) lazım gəlir

    Tam oxu »
  • DURULMAQ

    Bu söz durmaq feili ilə bağlıdır, “durub təmizləmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »