böyür-böyürə (yandan qoşma, yan-yana)

in traces (outside the shafts) / alongside в (на) пристяжке (сбоку от коренника, не в оглоблях)
böyüklük satmaq
böyürdən
OBASTAN VİKİ
Qoşma
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Qoşayarpaq qoşma
Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri. Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır. Beləliklə, hər bəndin ilk üç misrasında 6 həmqafiyə söz işlənir.
Qoşma (dəqiqləşdirmə)
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Qoşma (qrammatika)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri Bənzətmə – kimi, qədər, tək, təki, -can(cən). Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır.
Qoşma (ədəbiyyat)
Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn: Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir. Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Yana (çay)
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir.
Yana Alekseyeva
Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu. Yana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu. 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu. Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu. 2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış elədi. Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı. Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.
Yana Alekseyevna

Yana Batırşina
Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu. Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub. Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.
Yana Burçeska
Yana Burçeska (mak. Јана Бурческа; d. 6 iyul 1993, Skopye, Makedoniya Respublikası) — Makedoniya müğənnisi. O, Makedoniya Respublikasını 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Yana Burçeska 2011-ci ildə Makedoniya Respublikasında təşkil olunan Macedonian Idol məharət yarışmasında iştirak etmiş və beşinci yeri qazanmışdır. 2016-cı ilin noyabr ayında Makedoniya Respublikasının MRT telekanalı Yana Burçeskanın ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Yananın müsabiqədə ifa edəcəyi mahnı olan "Dance Alone" 2017-ci ilin mart ayında təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalında üçüncü nömrə altına səhnə almışdır. Nəticədə Yana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 69 xalla 15-ci yeri tutaraq, finala adlaya bilməmişdir. Avroviziya 2017-də Makedoniya Respublikası üçün hazırlanmış reklam çarxında Yananın uşaq gözlədiyi bəlli olmuşdur.
Yana Kudryavtseva
Yana Kudryavtseva — 30 sentyabr 1997-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. Rusiyalı bədii gimnastdır. Rusiyanın 2015 Avropa Oyunlarında təmsil etmişdir. 7 qat Avropa Çempionu, 12 qat isə Dünya Çempionudur. 2015-ci ildə Avropa Oyunlarında Bakıda 5 mümkün qızıl medaldan 4 qızıl medalı qazanmışdır. Yana Kudryavtseva 30 sentyabr 1997-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. Yana Kudryavtseva karyerasının ən böyük uğurlarını Dünya Çempionatlarında qazanmışdır. O 2013-cü ildən başlayaraq 12 dəfə Dünya Çempionu olmuşdur. 2 dəfə isə gümüş medal qazanmışdır. Yana Kudryavtseva həmçinin Avropanında ən güclü gimnastıdır.
Yana Marinova
Yana Marinova (tam adı: Yana Marinova, bolq. Яна Маринова; 17 avqust 1978, Sofiya) — Bolqarıstan aktrisası. Yana Marinova 17 avqust 1978-ci ildə Sofiyada anadan olmuşdur. Ali təhsilini iqtisadiyyat ixtisası üzrə almışdır. 22 yaşında evlənmişdir, bir oğlu var. Bolqarıstanın bədii filmləri və serialları ilə yanaşı, xarici istehsalı olan filmlərdə də rol almışdır. Müxtəlif televiziya şoularına rəhbərlik edir. Bəzi kinolarda kaskadyor kimi çıxış edir. Məzun olduqdan sonra keçmiş "Dauntaun", indiki "Qafqaz" restoranının meneceri işləmişdir. Bir müddət model işləmiş və 2004-cü ildə Miss Bolqarıstan yarışmasında iştirak etmişdir.
Yana Molodezki
Yana Molodezki (1 yanvar 1996-cı ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Yana Nikitina
Aktrisa Yana Vitalyevna Nikitina 1975-ci il avqustun 15-də Bakıda anadan olub.Bakıda 9 №-li orta məktəbi bitirib.Daha sonra Bakı Slavyan Universitetinin filologiya fakultəsində təhsil alıb.Gənc yaşlarından teatr və televiziyada çalışıb.Yana Nikitina əsl şöhrəti “Şən və Hazırcavablar” klubu "Parni iz Baku"dakı çıxışları ilə qazanıb.O,bu komandada yeganə xanım iştirakçı olub.O,1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.Azərbaycanda və Rusiyada serial və filmlərə çəkilib.Evlidir,bir oğlu var.Hal-hazırda həm Azərbaycan,həm də Rusiyada kastinq-direktoru,film və seriallarda rejissor və produser kimi çalışır. Graf Krestovsky (film, 2004) (TV şərhçisi) Milli bomba (film, 2004) (Yekaterina xüsusi müxbir) Əlvida, cənub şəhəri (film, 2006) (Valya) Barbados (film, 2011) (Valya) Bir kəndin sevinci (2012) (Nadya) Qorxma, mən səninləyəm!
Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yana Uskova
Yana Uskova (28 sentyabr 1985, Maykop, Krasnodar diyarı) — Rusiyanı təmsil edən həndbolçu. Yana Uskova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yana Vastavel
Yana Vastavel (22 oktyabr 1999) — Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Yana xanım Solano Kassamayor ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. Yana Vastavel 22 oktyabr 1999-cu ildə anadan olmuşdur. Yana Vastavel ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Yana xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Solano Kassamayor ilə birgə 3 gümüş medal qazandı. Yana Vastavel çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medala layiq görüldü.
Yana körfəzi
Yana körfəzi — Laptevlər dənizinə daxil olan körfəz. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Öz adını əraziyə axan Yana çayının götürmüşdür. Qərbdə Buor-Xaya burnu, şərqdə isə Ebelyax körfəzi ilə əhatələnir. Yana çayının mənsəbində böyük delta əmələ gəlir (10 200 km²). İlin 9 ayı körfəz buzla örtülü olur. Qərb sahilləri yüksəkdir. Cənub və şərq sahilləri isə hamardır. Körfəz iyunun sonlarına kimi üzən buzlarla örtülür. Körfəzdə çoxlu sayda ada vardır: Yarok, Makar və Şelonski adaları.
Yana Zinkeviç
Yana Zinkeviç (ukr. Яна Вадимівна Зінкевич) — Ukraynalı könüllü feldşer. Ukraynanın şərqindəki müharibə zamanı Ukrayna Könüllü Ordusunun (keçmiş "Sağ sektorun" Könüllü Ukrayna Korpusu) Əsgərlərinin Tibbi İdarəetmə və Reabilitasiya İdarəsinin rəisi. Hospitaller Tibb Batalyonunun komandiri. 2014-cü ildən başlayaraq ATO-nun aktiv fazasında o, şəxsən iki yüzdən çox yaralı ukraynalı əsgəri cəbhə xəttindən çıxarıb xilas edib. Yarandığı gündən 2700-dən çox yaralı ukraynalı əsgər və mülki vətəndaşı cəbhə xəttindən xilas edən Hospitallers tibbi batalyonunu qurub və indi də ona rəhbərlik edir. Əməliyyatdan və reabilitasiyadan sonra əlil arabasında hərəkət edir. IX çağırış Ukrayna Ali Radasının deputatıdır. Yana Zinkeviç 2 iyul 1995-ci ildə Rivne şəhərində anadan olub. Rivne "Kollegium" təhsil kompleksini bitirmişdir.
Yana Rıxlitska
Yana Mixaylovna Rıxlitska (ukr. Яна Миколаївна Рихліцька; 2 aprel 1993, Vinnitsa – 3 mart 2023, Baxmut[d], Donetsk vilayəti) — Ukraynalı könüllü, əsgər, Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi, Rusiya-Ukrayna müharibəsi iştirakçısı. Yana Rıxlitska 2 aprel 1993-cü ildə Vinnitsada anadan olub. O, 2015-ci ildə Yaroslav Mudrik adına Milli Hüquq Universitetinin İqtisadiyyat və Hüquq fakültəsini bitirib. Tələbəlik illərində idmanla fəal məşğul olub, sambo və cüdo üzrə idman ustalığına namizəd olub. Rıxlitska İT sənayesində də çalışıb. Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra o, aktiv könüllü fəaliyyətə başlayıb. 2022-ci ilin may ayında Yana Rıxlitska, 93-cü "Xolodnıy Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi olub və Baxmutdakı stabilləşdirmə mərkəzində xeyli sayda insanın həyatını xilas edib. Yana Rıxlitska, 3 mart 2023-cü ildə Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yaralıların təxliyəsi zamanı rus artilleriyasının atəşi nəticəsində həlak olub. Yana Rıxlitska böyüdüyü doğma şəhərindəki Qəhrəmanlar Xiyabanında dəfn edilib.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Qoşma (ədəbiyyat janrı)
Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn: Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir. Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Qoşma (nitq hissəsi)