ABŞ Siyahıyaalma Bürosu
ABŞ Siyahıyaalma Bürosu (ing. United States Census Bureau, Bureau of the Census) — ABŞ-də əhali və iqtisadiyyat haqqında məlumat hazırlayan Federal Statistika Sisteminin əsas agentliyi.
Siyahıyaalma Bürosunun əsas vəzifəsi hər on ildə bir ABŞ əhalisinin sayını müyyənləşdirməkdir, hansı ki bu məlumat əsasında ABŞ Nümayəndələr Palatasına üzvlərin sayı müəyyənləşir. Əhalinin onillik siyahıyaalmadan əlavə, Siyahıyaalma Bürosu Amerika İctimaiyyət Sorğusu, ABŞ İqtisadi Siyahıyaalması və Cari Əhali Sorğusu kimi digər növ siyahıyaalma və sorğular da həyata keçirir. Bundan başqa büro iqtisadiyyat və xarici ticarət göstəriciləri haqqında da məlumat hazırlayır. Siyahıyaalma Bürosu rəhbərliyində federal fondlar hər il müxtəlif siyahıyaalma və sorğular həyata keçirir və bunun nəticəsində ştatlar, yerli idarə etmə orqanları və biznesmenlər daha düzgün qərar qəbul edə bilirlər.
Ticarət Departamentinin tabeçiliyində olan Siyahıyaalma Bürosunun direktorunu ABŞ Prezidenti təyin edir.
Siyahıyaalma Bürosu 4 statistika rayonu və 9 dairədən ibarətdir :
1-ci rayon: Şimal Şərq
1-ci dairə: Yeni İngiltərə (Konnektikut, Men, Massaçusetts, Nyu-Hempşir, Rod-Aylend və Vermont)
2-ci dairə: Orta Atlantik (Nyu-Cersi, Nyu-York (ştat) və Pensilvaniya)
2-ci rayon: Orta Qərb
3-cü dairə: Şərq Şimali Mərkəz (İllinoys, İndiana, Miçiqan, Ohayo və Viskonsin)
4-cü dairə: Qərb Şimali Mərkəz (Ayova, Kanzas, Minnesota, Missuri, Nebraska, Şimali Dakota və Cənubi Dakota)
3-cü rayon: Cənub
5-ci dairə: Cənubi Atlantik (Cənubi Karolina, Corciya, Delaver, Florida, Kolumbiya Dairəsi, Merilend, Qərbi Virciniya, Şimali Karolina və Virciniya)
6-cı dairə: Şərq Cənubi Mərkəz (Alabama, Kentukki, Missisipi və Tennessi)
7-ci dairə: Qərb Cənubi Mərkəz (Arkanzas, Luiziana, Oklahoma və Texas)
4-cü rayon: Qərb
8-ci dairə: Dağ (Arizona, Colorado, Idaho, Montana, Nevada, New Mexico, Utah, and Wyoming)
9-cu dairə: Pasifik (Alaska, Kaliforniya, Hawaii, Oreqon, and Washington)
2006-cı ildə büroda 5593 nəfər işləyirdi.