Babaqar silsiləsi
Babaqar silsiləsi (gürc. ბაბაკარის ქედი, erm. Պապաքարի լեռնաշղթա) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi.
== Oronimin mənşəyi ==
Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir.
== Zirvələri ==
SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000):
=== Ermənistan ərazisində, qərbdən şərqə doğru ===
Danadağ — hündürlüyü 800.1 m
Eldağ — hündürlüyü 831.8 m
Günəştəpə — hündürlüyü 747 m
Körpülü — hündürlüyü 959.3 m
Keçəltəpə — hündürlüyü 629 m
Tərs — hündürlüyü 883.8 m
=== Gürcüstan ərazisində, qərbdən şərqə doğru ===
Qavaxtəpə — hündürlüyü 513.2 m
Ağtəpə — hündürlüyü 451.8 m
Adamdaş — hündürlüyü 535.2 m
Şiştəpə — hündürlüyü 623 m
=== Azərbaycan ərazisində, şərq sonluğu ===
Babaqar — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir)
== Mənbə ==
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il.
Анохин Генрих Иосифович . "Малый Кавказ".