Ballada
Ballada — italyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır.
== Tarixi ==
Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi.
XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b.