basirə 2021
basketbol
OBASTAN VİKİ
Bask dili
Bask dili (Euskara) – baskların danışdığı dili. Bask dili, dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Avropada danışılan dillərdən qalan dillərdən biri olaraq qəbul edilir. Bu səbəbdən bu dilin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan çox qədim bir dil olduğu düşünülür.
Bask Ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Bask Milliyyətçi Partiyası
Bask Milliyyətçi Partiyası (bask Eusko Alderdi Jeltzalea; isp. Partido Nacionalista Vasco)) – Basklar ölkəsində siyasi partiya. Partiya 1895-ci ildə qatı Katolik Sabino de Arana tərəfindən yaradılmışdır.Partiya özünü demokrat, iştirakçı, plüralist və humanist olaraq təqdim edir.Partiyanın digər bir xüsusiyyəti isə digər Bask siyasi partiyalarının əksinə müstəqillik tərəfdarı deyil muxtariyyət tərəfdarı olmasıdır.Partiyanın indi ki, rəhbəri Josue Jon Imaz dır və 2004-ci ildən bəri bu vəzifədədir.
Bask pelotası 1900 yay Olimpiya oyunlarında
Bask pelotası 1900-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil idi. Yalnız iki komanda iştirak etdiyinə görə, bir qarşılaşma təşkil olunmuşdu. Yarış zamanı toplanan xallar məlum deyil. Yarış 14 iyun tarixində baş tutmuşdur. Bask pelotası yalnız bu Olimpiyadaya rəsmi idman növü kimi daxil idi. 1924, 1968, 1992-ci il Yay Olimpiya Oyunlarına isə nümayiş idman növü kimi daxil olmuşdu.
Romen Bask
Romen Bask (30 iyun 1995, Dieppe[d]) Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun keçmiş fransız peşəkar futbolçusudur. Bask, 29 iyul 2017-ci ildə FC Lorient ilə Liqa 2 1-1 bərabərə qalmaqla Quevilly-Rouen üçün peşəkar debüt etdi. Bask, 15 iyul 2021 ci ildə Neftçiyə transfer oldu.Neftçiyə transfer olunduqdan sonra Neftçidə əsas heyət oyunçusu oldu.
Bask münaqişəsi
Bask münaqişəsi — Bask ölkəsinin Fransa və İspaniyadan müstəqilliyi uğrunda Bask separatçılarının apardığı silahlı münaqişə. Separatçıların tərəfində 1959-cu ildən İspaniya administrasiyasına silahlı müqavimətə başlayan ETA terror təşkilatı idi. İspaniyada ETA qadağan edilmişdir. Münaqişə əsasən İspaniya torpaqlarında baş tutmuşdur. ETA tərəfindən atəşkəs nəticəsində 20 oktyabr 2011-ci ildə başa çatmışdır. Separatçıların fəaliyyəti nəticəsində Bask ölkəsi Avropa İttifaqında ən geniş muxtariyyətlərdən birini əldə etmişdir. Hər iki tərəfin ümumi itkiləri 1,197 nəfər təşkil etmişdir. Separatçılar 5,946 hücum həyata keçirmişdilər.
Bask torpaqları
Bask torpaqları (bask Euskal Herria; isp. País Vasco; fr. Pays basque) Baskların yaşadığı regiondur. Bask torpaqları Biskay körfəzinin ən daxili hissəsində, Pireney dağlarının qərb hissəsində, Fransa və İspaniya sərhədində yerləşir. Region birinci dəfə XVI əsrdə bask dilində Euskal Herria adı ilə qeyd edilmişdir. Bask torpaqları İspaniyanın Basklar ölkəsi və Navarra muxtar regionlarını və eyni zamanda da Fransa Bask ölkəsini əhatə edir. Bask torpaqlarında heç bir mədəni homogenlik yoxdur və həmçinin də regiona Cənubi Navarra kimi bask mədəniyyətinin hakim olmadığı və baskların azlıq təşkil etdiyi yerlər də daxildir. Bask torpaqlarının Bask dilindəki adı olan Euskal Herria termini bir ifadədir və aşağıdakı kimi təhlil edilə bilər: Bask dilində Herri: xalq; ölkə, vətən, torpaq; insanlar, əhali; qəsəbə, şəhər, yaşayış məntəqəsi, yaşayış sahəsi Bask dilində Euskal: Euskara isminin sifət forması. Euskara sözü bask dili deməkdir.
Fransa Bask ölkəsi
İparralde və ya Şimali Bask Ölkəsi (fr. Pays Basque) — Fransanın Atlantik Pireney əyalətinin sərhədləri daxilində yerləşən coğrafi və tarixi regiondur. Ənənəvi olaraq Bask ölkəsinin bir hissəsi hesab olunur. Regiondakı millətçi Bask partiyaları təxminən 15% ətrafında səs yığa bilirlər.
1900 Yay Olimpiya Oyunlarında bask pelotası
Bask pelotası 1900-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil idi. Yalnız iki komanda iştirak etdiyinə görə, bir qarşılaşma təşkil olunmuşdu. Yarış zamanı toplanan xallar məlum deyil. Yarış 14 iyun tarixində baş tutmuşdur. Bask pelotası yalnız bu Olimpiyadaya rəsmi idman növü kimi daxil idi. 1924, 1968, 1992-ci il Yay Olimpiya Oyunlarına isə nümayiş idman növü kimi daxil olmuşdu.
Aztop basketbol klubu
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Azərbaycan Basketbol Federasiyası
Azərbaycan Basketbol Federasiyası və ya qısaca ABF — Azərbaycanda basketbola nəzarət edən rəsmi qurum. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə müstəqil Azərbaycanın Basketbol Federasiyası (ABF) yarandı. 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır. 1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir. 2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi. Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur. ABF müntəzəm olaraq ölkə çempionatlarını və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışlarını keçirir. Bundan əlavə, ABF son dövrdə FİBA tərəfindən böyük əhəmiyyət verilən 3x3 basketbol idman növü üzrə ölkədaxili yarışların müntəzəm keçirilməsini təmin edir. ABF ölkəmizdə gənc basketbolçularının yetişdirilməsinə və onların inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə məşqçilər tərəfindən davamlı seleksiya işinin aparılmasını təmin edir. ABF Prezidenti — Emin Əmrullayev Rəyasət Heyətinin üzvləri: — Simuzər Feyzullayeva — Vilayət Vəliyev — Bəxtiyar Aslanbəyli — Elnur Əliyev İcraçı Direktor — Fərrux Mahmudov Baş Katib — Vüqar Əzimov ABF-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: Basketbol idman növünün Azərvaycanda geniş şəkildə təbliğ edilməsi və populyarlaşdırılması; Azərbaycanda basketbol idman növünün inkişafı üçün perspektiv proqramların hazırlanması və onların həyata keçirilməsi; Müxtəlif yaş qrupları üzrə ölkədaxili yarışların təşkili və keçirilməsi; Yığma komandaların beynəlxalq yarışlarda iştirakını təmin edilməsi; Azərbaycan basketbolunun beynəlxalq idman təşkilatlarında nüfüzunun artırılması; Basketbolun inkişafında əldə edilmiş beynəlxalq təcrübəni öyrənilməsi və ölkə daxilində tətbiq edilməsi; Basketbol sahəsində elmi-tədqiqat və metodik işlərin təşkil edilməsi; Yüksək ixtisaslı basketbolçuların və mütəxəssislərin hazırlıq sisteminin təkmilləşdirilməsi.
Azərbaycan Milli Basketbol komandası
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası — Azərbaycanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi Samit Nuruzadədir.
Azərbaycanda basketbol
Azərbaycanda basketbol — Azərbaycan Respublikasında komanda idman növlərindən biri olan basketbolun inkişaf tarixi. Azərbaycanda basketbolun tarixi 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə başlamışdır. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərinin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu. Azərbaycanda basketbol 1924-cü ildən inkişaf edir. Çünki 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə sadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur. 1924-cü ildə kişilərdən ibarət 42 komanda, qadınlardan ibarət 10 komanda yaradılmışdır. 1925-ci ildə Bakıda Basketbol üzrə Zaqafqaziya çempionatı keçirilmiş, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları 1-ci yerə çıxmışlar. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı.
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası — Azərbaycanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi Samit Nuruzadədir.
Banqladeş milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Baskervillərin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir. Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur. Dünyada illər boyu detektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir… Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh. Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980 Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red.
Baskervillərin iti (dəqiqləşdirmə)
Baskervillərin iti — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Baskervillərin iti (film, 1921) Baskervillərin iti (film, 1932) Baskervillərin iti (film, 1937) Baskervillərin iti (film, 1939) Baskervillərin iti (film, 1959) — rejissor Terens Fişerin 1959-cu ildə Artur Konan Doylun eyniadlı əsəri əsasında lentə aldığı film.
Baskervillərin iti (film, 1959)
"Baskervillərin iti" (ing. The Hound of Baskervilles) — rejissor Terens Fişerin 1959-cu ildə Artur Konan Doylun eyniadlı əsəri əsasında lentə aldığı Böyük Britaniya istehsalı olan film. İngiltərə, XIX əsrin sonları. Baskervillər nəslinin üzərində qədim bir lənət hökmranlıq edir. Bütün bunlar ser Hüqo Baskervilin onun birlikdə olmaqdan imtina etmiş qızı bıçaqladığı andan etibarən başlamışdı. Hələ də bataqlıq ərazisində nəhəng və dəhşətli bir itin mövcudluğu barədə kabus dolaşır. Ser Çarlz Baskervil ölmüş vəziyyətdə tapıldıqdan sonra, ser Henri Baskervil bu nəslin yeganə varisi olaraq qalmışdır. O, hər dəqiqə öz həyatının təhlükədə olduğunu hiss etdiyi bir vaxtda tanınmış xəfiyyə Şerlok Holms malikanəyə təşrif gətirir. Xəfiyyə cinayətkarın bataqlıqda yaşadığından duyuq düşür və həmin qatil Steplton soyadlı biridir... Film Artur Konan Doylun eyniadlı romanı əsasında çəkilmişdir.
Basketbol
Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əl ilə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Topun çəkisi 670–680 qr olur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir. Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır.
Basketbol Olimpiya oyunlarında
Olimpiya oyunlarında Basketbol- 1936-cı ildən etibarən nizamlı olaraq keçirilən olimpiya idman növüdür. Olimpiya oyunlarında oynanılmamışdan əvvə 1904-cü ildə nümayiş oyunu kimi oynandı. Qadın Basketbol komandasının Olimpiadada oynaması isə 1976-cı ildən bəri keçirilməkdədir. Amerika Birləşmiş Ştatları bu idman nöbündə çox inkişaf etmişdir. Qatıldığı 17 müsabiqənin 14-ündə çempion olmuşdur. Bu çempionatlarda 1936-cı ildən 1968-ci ilə qədər ard-arda çempion oldu. Amerika Birləşmiş Ştatlarının Qadın Basketbol milli komandası qatıldığı 9 çempionatın 7-sində çempion olub. 1996-cı ildən 2012-ci ilə qədər ard-arda çempion olub.
Basketbol Yay Olimpiya oyunlarında
Olimpiya oyunlarında Basketbol- 1936-cı ildən etibarən nizamlı olaraq keçirilən olimpiya idman növüdür. Olimpiya oyunlarında oynanılmamışdan əvvə 1904-cü ildə nümayiş oyunu kimi oynandı. Qadın Basketbol komandasının Olimpiadada oynaması isə 1976-cı ildən bəri keçirilməkdədir. Amerika Birləşmiş Ştatları bu idman nöbündə çox inkişaf etmişdir. Qatıldığı 17 müsabiqənin 14-ündə çempion olmuşdur. Bu çempionatlarda 1936-cı ildən 1968-ci ilə qədər ard-arda çempion oldu. Amerika Birləşmiş Ştatlarının Qadın Basketbol milli komandası qatıldığı 9 çempionatın 7-sində çempion olub. 1996-cı ildən 2012-ci ilə qədər ard-arda çempion olub.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Basketbol meydançası
Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır. Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir. Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir. Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Basketbol mövqeləri
Basketbol mövqeləri oyun zamanı oyunçuların tapşırıqlarını yerinə yetirdikləri yerlərdir. Əsas mövqelər bunlardır: oyun qurucu (PG), atış müdafiəçisi (SG), kiçik hücumçu (SF), uzun hücumçu (PF), mərkəz (C) Basketbolda mövqelər 1-dən 5-ə qədər nömrələnmişdir. 1 oyun qurucu, 2 atış müdafiəçisi, 3 kiçik hücumçu, 4 uzun hücumçu, 5 nömrə isə pivotu bildirir.
Beynəlxalq Basketbol Federasiyası
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
Birləşmiş Krallığın kişilərdən ibarət milli basketbol komandası
Birləşmiş Krallığın kişilərdən ibarət milli basketbol komandası — Birləşmiş Krallığı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Birləşmiş Krallıq Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Co Prantidir.
Böyük Britaniya milli basketbol komandası
Birləşmiş Krallığın kişilərdən ibarət milli basketbol komandası — Birləşmiş Krallığı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Birləşmiş Krallıq Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Co Prantidir.
Dünya basketbol liqalarının siyahısı
FİBA Beynəlxalq Basketbol Federasiyası (1932) Asiya Basketbol üzrə Asiya çempionatı FİBA Asiya Çempionlar kuboku ASEAN Basketbol kiqas; VABA çempionlar kuboku İndoneziya Basketbol üzrə İndoneziya çempionatı İran Basketbol üzrə İran çempionatı Qazaxıstan Milli liqa.

Digər lüğətlərdə