Bauman adına Moskva Dövlət Texniki Universiteti
N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti (rus. Московский государственный технический университет им. Н. Э. Баумана (МГТУ им. Баумана)) — Rusiyada universitet.
== Fəaliyyəti ==
Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır. Tədris prosesi 19 fakültə əsasında həyata keçirilir. Ali məktəbdə aspirantura, doktorantura və iki profil liseyi fəaliyyət göstərir. Universitetdə təqribən 320-dən çox elmlər doktoru və 2000 elmlər namizədi çalışır. Ali təhsil ocağının əsas struktur bölmələrini fakültə və elmi-tədqiqat institutlarının daxil olduğu elmi-tədris kompleksləri təşkil edir. Bundan əlavə, peşəkar hazırlıq Moskvada və Moskva ətrafı şəhərlərdə - Reutov, Krasnoqorsk, Korolevdəki böyük müəssisələr əsasında, həmçinin universitetin Kaluqa şəhərində yerləşən filialında yaradılmış fakültələrdə aparılır.