Beynəlxalq siyasi iqtisadiyyat
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır.
Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir.
== Yaranması ==
BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var.
== BSİ-dəki məsələlər ==
=== Beynəlxalq Maliyyə ===
Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır.
Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı.