Feminist iqtisadiyyat- iqtisadiyyat elminin və ölkə iqtisadiyyatlarının gender-fərqindəlik məsələsinə, inklüziv iqtisadi araşdırmaya və siyasi təhlilinə yönəlmiş tənqidi tədqiqatıdır.[1] Feminist iqtisadi tədqiqatçılar sırasına alimlər, fəallar, siyasi nəzəriyyəçiləri və həkimlər daxildir.[1] Bir çox feminist iqtisadi tədqiqat bu sahədə diqqətsiz qalan mövzulara, məsələn, qulluqçuluq, yaxın tərəfdaş zorakılığı və ya iqtisadiyyatın ödənilmiş və ödənilməmiş sektorları arasında cinsiyyət effektləri və qarşılıqlı əlaqələrin daha yaxşı qurulması ilə yaxşılaşdırıla bilən iqtisadi nəzəriyyələrə yönəldilmişdir.[2] Digər feminist alimlər Gender Gücləndirmə Ölçüsü (GGM) kimi yeni məlumat toplama və ölçmə formaları və imkanlar yanaşması kimi daha çox cinsi-fərqindəlik nəzəriyyələrlə məşğul olmuşlar..[3] Feminist iqtisadiyyat "yerli, milli və transmilli icmalarda uşaqların, qadınların və kişilərin rifah halının yaxşılaşdırılması" məqsədinə yönəlmişdir.[1] Feminist iqtisadçılar ənənəvi iqtisadiyyatın nə qədər pozitiv və obyektiv olduğunu sorğulayaraq və və kişilərlə əlaqəli mövzulara və kişilərə birtərəfli üstünlük verməklə modelləri və metodlarının necə qərəzli olduğunu göstərərək, onun sosial quruluşuna diqqət çəkirlər.[4][5]