biblioqrafiyaşünas

biblioqrafiyaşünas
biblioqrafiya
biblioqrafiyaşünaslıq
OBASTAN VİKİ
Nadir İsmayılov (biblioqrafiyaşünas)
Nadir İsmayılov (d. 05 fevral 1956, Beyləqan rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti (keçmiş Biblioqrafiyaşünaslıq) kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri, metodik və təcrübi jurnalının baş redaktor müavini, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2014). Nadir İslam oğlu İsmayılov 05 fevral 1956-cı ildə Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonunun Əmirzeyidli kəndində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. O, 1973-cü ildə Jdanov (indiki Beyləqan) rayonu Şahsevən kənd 1 saylı orta məktəbini bitirmiş, 1974-cü ildə isə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur; 1974–1979-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində və 1979–1982-ci illərdə isə aspiranturada təhsil almışdır. İsmayılov Nadir İslam oğlu 1982-ci ildən BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müəllimidir. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunda "Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 1992-ci ildən dosentdir. Müxtəlif fasilələrlə BDU-nun Kitabxanaçılıq-informasiya (indiki İnformasiya və sənəd menecmenti) fakültəsində dekan müavini vəzifəsində işləmişdir (1994–2003).
Biblioqrafiyaşünaslıq
Biblioqrafiyaşünaslıq – biblioqrafik informasiyanın xüsusiyyətini, quruluşunu, onun yaradılması və tələbatçılara çatdırılması proseslərinin qanunauyğunluqlarını öyrənən elmdir. «Biblioqrafiyaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Belçika mütəfəkkir Pol Otle (1868-1944) gətirmişdir. == Elmin müxtəsər təsviri == Biblioqrafik fəaliyyət, informasiya fəaliyyətinin biblioqrafik informasiyaya olan tələbatı ödəyən bir sahəsidir. Biblioqrafik informasiya isə sənəd kommunikasiyaları sistemində sənədlər haqqında axtarış, kommunikativ və qiymətləndirmə kimi əsas ictimai funksiyaları həyata keçirən, son məqsədi cəmiyyət üzvlərinin sənəd tələbatlarını ödəməkdən və formalaşdırmaqdan ibarət olan mütəşəkkil informasiyadır. Qədim yunan sözü olan «Biblioqrafiya» hərfən «kitab yazmaq» («biblion» - kitab, «qrafo» - yazıram) mənasını verir. Yunanıstanda yeni eradan əvvəl təxminən V əsrdə əlyazma kitablarının üzünü köçürən adamları «biblioqraf» adlandırırdılar. Kitab üzü köçürmək yüksək savad və bədii xəttatlıq qabiliyyəti tələb edirdi. Elə buna görə də qədim dövrdə biblioqraf peşəsi ən hörmətli və şərəfli peşələrdən hesab olunurdu. Antik dövrün (b.e.ə. I minillik – b.e.