bidanə 2021
bidarlıq 2021
OBASTAN VİKİ
Bidar Qadınəfəndi
Bidar Qadınəfəndi (5 may 1858, Qafqaz – 1 yanvar 1918, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı. == Həyatı == Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi. Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi.

Digər lüğətlərdə

биосе́нсор верну́ть моде́ль набалова́ть поверте́ть средь бе́ла дня чеса́ться вка́чивать нарко́м обсти́рываться передви́жник посемени́ть разноли́кость сортоиспыта́тель стра́нничество ever-increasing gauging-tank Mozambique Channel setline walk-in дезинформировать кое-кто окрылённый поправимый разрешение