BİNƏ

сущ. 1. пуна, куьч, серден; 2. рах. кил. bina; 3. нугъ. гъуьрчен къуш чуьнуьх жедай, илис хьана акъваздай чка.
BİNAGÜZARLIQ
BİNƏKDAR
OBASTAN VİKİ
Binə
Binə bu mənaları ifadə edə bilər: Binə dağı — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Binə (Germi)
Binə (fars. بنه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 802 nəfər yaşayır (177 ailə).
Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1150 nəfərdir. Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir. I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05.
Binə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binə qəsəbəsi
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verilməsi planlaşdırılır.
Binə (yaşayış məskəni)
Binə — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer. Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə Azərbaycanın dağlıq bolgələrindəki kəndlərin əksəriyyətində movcud olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrufat tikililəri (yataq, tovlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən təsərrufat tikililəri və ya yaşayış evləridə inşa edilirdi. Təsərrufat tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə cevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrufatının ustun sahələrindən birinin adı ilə adlandırılırdı.
Binə Şəhidlər Xiyabanı
Binə Şəhidlər Xiyabanı — 2020-ci ilin sentyabr ayında əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçusularının dəfn olunduğu xiyabandır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başladı. Müharibə zamanı Binə qəsəbəsində yaşayan 21 hərbi qulluqçu şəhid oldu. Onların hamısı Binə qəsəbəsində salınan Binə Şəhidlər Xiyabanında dəfn olundu. Noyabrın 10-da müharibə bitəndən sonra Binə Şəhidlər Xiyabanında abadlıq işləri aparıldı. Binə Şəhidlər Xiyabanında dəfn olunanların 1 nəfəri baş leytenantdır, 2 nəfəri gizirdir, 1 nəfəri kiçik gizirdir, 1 nəfəri baş çavuşdur, 1 nəfəri çavuşdur, 14 nəfəri isə əsgərdir. |21. |İsa Məmmədov İsa Nazim oğlu.
Binələr (Meşkinşəhr)
Binələr (fars. بنه لر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Binələr bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binəq (Əhər)
Binəq (fars. بينق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (8 ailə).
Binəqədi
Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir. Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsa da, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır. Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir.
Binəqədi (qəsəbə)

Binəqədi (qəzet)
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı — Azərbaycanın qədim fauna və flora qəbiristanlığı Binəqədi IV dövr flora və fauna qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Həmin dövrdə indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olmuşdur. İçməli su kimi görünsə də həmin göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olmuşdur.Çünki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edirmiş. Nəticədə həmin ərazidə qurbanların sayı daim artmışdır. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir. Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işlərinin aparılması səbəbindən, yalnız 1938-ci ildə onun kiçik bir sahəsi aşkarlanmış və elm üçün zəngin sərvət kimi qiymətləndirilmişdir. “Natural History” Azərbaycanın təbiətindən yazır.
Binəqədi birinci seçki dairəsi
Binəqədi döyüşü
Binəqədi döyüşü — 1918-ci il, avqustun 26-31-də Bakını azad etməyə gələn Qafqaz İslam Ordusunun şəhər ətrafında, Binəqədi kəndi yaxınlığındakı 311 və 364 nömrəli təpələr uğrunda keçirdiyi hərbi əməliyyat. İngilis – "Sentrokaspi" hərbi qüvvələrinə zərbə endirməklə onları şəhərə doğru sıxışdırmaq, Bakının azad olunması üçün həlledici hücum ərəfəsində əlverişli mövqelər ələ keçirmək idi. Döyüş əsasən 311, 364 nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı 364 nömrəli təpəni ələ keçirərək, "Sentrokaspi" – ingilis qüvvələrini geri çəkilməyə məcbur etdi. 311 nömrəli təpəni isə ələ keçirmək mümkün olmadı. Avqustun 27-də "Sentrokaspi" – ingilis qüvvələri 364 nömrəli təpəni geri qaytarmağa cəhd göstərdilər: ingilis qüvvələri hücuma keçərək, Maştağa dəstəsinin və 13-cü alayın mövqelərini aramsız atəşə tutdu, 10-cu alayın mövqeləri "Sentrokaspi" təyyarələri tərəfindən bombardman edildi, hərbi gəmilər isə Abşeron yarımadasının şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrini müdafiə etməyə çalışdılar. Azərbaycan süvarilərinin və könüllülərinin çoxluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi. Qaimməqam Həsən bəyin rəhbərliyi altında olan bu dəstə düşmən təyyarələrindən bombardman edilməsinə, dənizdə dayanan gəmilərdən top atəşinə tutulmasına baxmayaraq, döyüş mövqeyindən geri çəkilmədi. Avqustun 30-da Nasoslu yaxınlığında "Sentrokaspi" gəmilərindən quruya çıxarılmış desant Qafqaz İslam Ordusu qüvvələrinə arxadan zərbə vurmağa cəhd göstərdi. Lakin 364 nömrəli təpəni geri qaytara bilmədi.
Binəqədi gölü
Binəqədi gölü-Bu göl üç su-bataqlıq ərazisindən ibarət olub həm biomüxtəliflik, həm də təbiət abidələrinin sistemliliyi baxımından unikal landşafta malikdir. Gölün qərb hissəsində 2 geoloji təbiət abidəsi - Keyrəki və Abix palçıq vulkanları yerləşir. Keyrəki palçıq vulkanı həm nəhəngliyi, həm də püskürmə aktivliyi baxımından çox maraqlı bir təbiət abidəsi olmaqla Azərbaycanın dövlət əhəmiyyətli təbiət abidələri siyahısına daxil edilmişdir. Gölün şərq hissəsində iki yatmış palçıq vulkanı – Böyükdağ və Kiçikdağ palçıq vulkanları yerləşir. Ərazinin digər dövlət əhəmiyyətli təbiət abidəsi gölün cənub-şərq hissəsində yerləşən «Binəqədi Faunası» - Binəqədi Dördüncü Dövr Fauna və Flora ərazisidir. ərazinin şimal tərəfində isə məşhur duz gölü olan Masazır gölü yerləşir. Bu baxımdan ərazi yüksək ekoloji turizm potensialına malikdir. Məlumdur ki, Abşeronun su-bataqlıq əraziləri intensiv antropogen amillərin təsiri nəticəsində kəskin azalmışdır. Bu isə ərazinin su-bataqlıq canlılarının məhvinə aparır. Bir zamanlar Binə, Binəqədi kəndləri, Xırdalan və Rəsulzadə qəsəbələri ətrafındakı geniş bataqlıq ərazilərdən artıq heç bir əlamət qalmamışdır.
Binəqədi ikinci seçki dairəsi
Binəqədi kərgədanı
Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir. Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır. 2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.
Binəqədi kərkədanı

Binəqədi qəsəbə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binəqədi qəzeti
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Binəqədi rayonu
Binəqədi rayonu (əvvəlki adı: Kirov rayonu) — Bakıda rayon. Mərkəzi Binəqədi şəhər tipli qəsəbəsidir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Kirov rayonu Binəqədi rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. Binəqədi rayonu 28 aprel 1920-ci il tarixində Kirov rayonu adı ilə yaradılmışdır. 29 aprel 1992-ci ildən Binəqədi rayonu adlandırılmışdır. Rayon şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. Rayonda 1957-ci ildə yaradılmış, 450 yerlik N.Nemətov adına Biləcəri Dəmiryolçuların Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evinin nəzdində "Dəmiryolçular" xalq çalğı alətləri ansamblı, "Qatar" rəqs ansamblı, Teatr studiyası, rəssamlıq emalatxanası, peşə kursları və dərnəkləri mövcuddur. Binəqədi Mərkəzi Mədəniyyət evi Tamaşaçı zalında oturacaq yerlərinin sayı: 350 Binəqədi qəsəbə Mədəniyyət evi Xocasən qəsəbə klubu 1941-ci ildən fəaliyyət göstərir.
Binəqədi rayonunda yaşayış binasında yanğın (2015)
Binəqədi rayonunda yaşayış binasında yanğın — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilir. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib. Hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib.
Binəqədi üçüncü seçki dairəsi
Binəvilə
Binəvilə-i Büzürg (Sərdəşt)
Binəvilə-i Büzürg (Sərdəşt)
Binəvilə-i Büzürg (fars. بناويله بزرگ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (40 ailə).
Binəvilə-i Kiçik (Sərdəşt)
Binəvilə-i Kiçik (fars. بناويله كوچك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 360 nəfər yaşayır (67 ailə).

Digər lüğətlərdə