boruçiçək

boruçiçək
boruçəkən
boruçiçəkli
OBASTAN VİKİ
Boruçiçək
Boruçiçək (lat. Solenanthus) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Qısaerkəkcikli boruçiçək
Qısaerkəkcikli boruçiçək (lat. Solenanthus brachystemon) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi süpürgəvari budaqlanan, 50-80 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzunsov və ya ensiz elliptik, 10-20 sm uzunluqda, 2-4 (7) sm enindədir. Gövdə yarpaqları çoxsaylı, aşağıdakılar uzunsov, digərləri uzunsov – lansetvari və ya lansetvari, oturaq, gövdəni bürüyən, lap yuxarıdakılar kiçilmişdir. Çiçək qrupu süpürgə, azçiçəkli, qıvrımlıdır. Kasacıq 5–7 mm uzunluqda, boz rəngdədir.
Qıvrım boruçiçək
Qıvrım boruçiçək (lat. Solenanthus circinatus) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik, yaşıl ot bitkisidir. Gövdəsi 40-80 sm hündürlükdədir. Yarpaqları iri, enli, nazik, hər iki tərəfdən, əsasən aşağı hissədən xovludur. Kökətrafı və gövdənin aşağı hissəsində yerləşən yarpaqları enli yumurtavari, iti, mərkəzi hissədə ürəkvari, saplaqlı, digər yarpaqları oturaq, uzunsovdur. Çiçək qrupu əvvəlcə ensiz, sonradan enliləşəndir. Çiçəkləri demək olar ki, oturaqdır.

Digər lüğətlərdə