BOZ-QONUR

прил. серо-бурый. Bozqonur torpaqlar серо-бурые почвы
BOZ-QƏHVƏYİ
BOZ-ŞABALIDI
OBASTAN VİKİ
Boz-qonur torpaqlar
Boz-qonur torpaqlar — kimyəvi analiz nəticələrinə görə tərkibi genetik qatlar üzrə eyni olmayan torpaq tipi. Bu torpaq tiplərinə əsasən isti ərazilərdə rast gəlinir. == Morfoloji tərkibi == Qaysaq qatda silisium oksid aşağı qatlarla müqayisədə çoxdur. Digər göstəricilərdən kalsium, maqnezium, dəmir üst qatlardan aşağı qatlara doğru çoxalır. Boz-qonur torpaqların qranulometrik tərkibi çox fərqlidir, lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır. Boz-qonur torpaqların mineroloji tərkibində 0,1–0,25 mm ölçüdə olan fraksiyalarda kvars qaysaq qatdan humus və bərkimiş qata doğru miqdarı azalır, lakin qırıntılı silikatların, ağır mineralların miqdarı isə əksinə artır. Boz-qonur torpaqların reaksiyası qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır.
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Qonur Alp
Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir. Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi. Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi. Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.
Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. == Görünüşü == Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. == Həyat tərzi == Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Qonur kaftar
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Qonur palazqulaq
Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır. == Yayılması == Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur. == Həyat tərzi == Adi növ olmasına baxmayaraq, sayca çox deyildir.
Qonur quşarmudu
Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib. == Botaniki təsviri == Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir. == Ekologiyası == Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.
Qonur qızılquş
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qonur söyüd
Qonur yosunlar
Qonur yosunlar (lat. Phaeophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp., Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır. Qonur yosunlar ibtidai bitkilər içərisində ən mürəkkəb və mutəşəkkil çoxhüceyrəli orqanizmlərdir. Hazırda qonur yosunlar əsasən dənizlərdə, nadir hallarda isə şirin su hövzələrində məskünlaşmışdır. Onların nisbətən iri nümayəndələrinin (laminariyalar) uzunluğu 60 m-ə çatır, əksə­riyyəti dibdən qoparaq geniş üzən yığımlar əmələ gətirir (Məsələn: Sargassum cinsi, “Sarqass dənizi”-nin adı bununla bağlıdır). Qonur yosunlar xarici görü­nü­şü üçün “kök”, “gövdə” (“saplaq”) və b. xatırladan kök-yarpaq­ların ayrı-ayrı hissələrinin ixtisaslaşması səciyyəvidir. Cinsi və qeyri-cinsi nəsillər, ali bitkilərdə olduğu kimi, ritmik olaraq bir-birini əvəz edir.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz cinsliot
Boz cinsliot == Təbii yayılması == Aralıq dənizinin qərb hissələrində,Orta Avropada,İranda,Monqolustanda,Yaponiyada və Çində yayılmışdır.İlk dəfə Tatarıstan və Moraviyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 30-50 sm olan qollu-budaqlı yarımkoldur.Gövdələri nazik çubuqvari,bozumtul rəngdədir.Yarpaqları qısa saplaqlı,xətvari,lansetvari,tamkənarlıdır.Çiçəkləri qısa boylu,sıx sünbüllərə yığılmışdır.Çiçəkaltlıqları dişi çiçəklər boyu üzrə bitişik,uc tərəfi dişvaridir.İyul-avqust aylarında çiçəkləyir.Meyvəsi yumurtavari,3 mm uzunluğundadır,sentyabr-oktyabr aylarında yetişir. == Ekologiyası == Duzluluğa və quraqlığa davamlıdır.Daşlı,gilli quru yamaclarda,səhra və ya yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Naxçıvan MR-da yayılmışdır. == İstifadəsi == Yanacaq üçün istifadə olunur.Cavan budaqlarını və yarpaqlarını dəvələr,atlar və iri mal-qara yeyir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Boz dovşan
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Boz gəvən
Boz kardinal
Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi. == Etimologiya == XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir. O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi. Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir.
Boz çiltoyuq
Boz çəkçəki
Boz çəkçəki (lat. Saxicola ferreus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Boz ördək
Boz ördək (lat. Mareca strepera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin mareka cinsinə aid heyvan növü.
Boz şam
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Boz şoran
Boz şoran - (lat. Salsola cana C. Koch.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.

Digər lüğətlərdə