Nazim Aslan Bozalqanlı
Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur.
Texnika elmləri namizədi (1990), Dosent (28.10.2016), Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru 2015 və Professoru (2017) Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru 2015, SOCAR-ın Baş ofisinin elm, texnika və nanotexnologiyalar departamentinin rəisi, bir sıra elmi və bədii kitabların müəllifidir.
İngilis və rus dillərini bilir.
Evlidir, bir qızı var.
1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (indiki SOCAR) aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin, 2020-ci ildən isə "Elm , texnika və nanotexnologiyalar departamentinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir.
Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.