Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Nefertitinin büstü
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü. Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi. Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi.
Bülbülün büstü
Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır. Namiq Dadaşov Xurşidbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur. Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirilib.
Leonid Azqaldyanın büstü
Leonid Azqaldiyanın büstü (erm. Լեոնիդ Ազգալդյանի կիսանդրի), həmçinin Leonid Azqaldiyanın abidəsi (erm. Լեոնիդ Ազգալդյանի հուշաքար) Ermənistanın paytaxtı İrəvan şəhərində, Xorenatsi küçəsinin kəsişməsində Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı Leonid Azqaldyanı təsvir edən büst. Abidə 11 dekabr 2002-ci ildə ucaldılmışdır. Abidənin heykəltəraşı Tiqran Arzumanyandır. Abidə qranitdən hazırlanmışdır və ümumi hündürlüyü 2,2 metrdir. 2022-ci ilin aprelində Leonid Azqaldyanın büstü vandalizmə məruz qalmışdır. İrəvan sakini Karen Xaçatryan Leonid Azqaldiyanın büstünün burun hissəsini sındırmışdır. Xaçatryanın sözlərinə görə, o, bu addımı ona görə atıb ki, onun fikrincə, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinin günahkarı Leonid Azqaldiyandır.
Anton Çexovun büstü (Taqanroq)
Anton Çexovun büstü — Anton Pavloviç Çexovun şərəfinə ucaldılmış büst. Abidə 1935-ci ildə Vera Qeorqiyevna Morozova tərəfindən hazırlanmışdır. Bu abidə Anton Çexovun şərəfinə SSRİ ərazisində ucaldılmış ilk abidədir. == Büst == Büst gipsdən hazırlanmışdır. Onun hündürlüyü 104 sm-dir. Büstün altlığı suvaqla üzlənmiş kərpiçdən ibarətdir və hündürlüyü 104 sm-dir. == Tarixi == Büst üzərində işləyən Vera Qeorqievna Morozova əri ilə birlikdə 1931-ci ildə Taqanroqa gəlmişdir. Əri Aleksadr Platonoviç Morrioson yerli Taqanroqskaya pravda qəzetində redaktor təyin edilmişdir. Morozova heykəltaraş olsa da bu sahə ilə bağlı heç bir təhsil almamışdır. Aleksandr Morrioson Taqanroqda Anton Çexovun yubileyi ilə bağlı bir çox tədbirlərə rəhbərlik etmişdir.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Büstqalter
Büstqalter (alm. Büstenhalter‎) ya da döşlük— qadınların bədənin sinə hissəsini örtmək və formalaşdırmaq üçün altdan geyindikləri qolsuz geyim növü. == Tarixi == 2010-cu ilin aprelində Londonun elm muzeyinin anbarında 200 il bundan əvvəl tikilmiş büstqalter aşkarlanıb. Muzey əməkdaşları bildirirlər ki, bu büstqalter dünyada ən qədim qadın büstqalteri ola bilər. Muzey ekspertləri qeyd edirlər ki, bu günədək analoji büstqalterlər müasir dövrün ixtirası hesab olunurdu. Lakin tapıntı qadınların hələ 1800-cü ildə sinələrinin daha gözəl görünməsi üçün yollar axtardığını göstərir. == Maraqlı büstqalterlər == === Ər ovçusu === Yaponiyanın alt geyim istehsalçısı "Triumph" Yaponiyada aşağı düşən evlilik nisbətinə diqqət çəkmək üçün "ər ovlayan büstqalter" istehsal edib. Model Hiromi Nishiuchinin nümayiş etdirdiyi büstqalterin üzərində bir xronometraj var və geyənin bioloji saatını göstərir. Qadın uyğun həyat yoldaşı ola biləcək namizədi tapdığında və gözlədiyi təklifi qəbul etdiyində üzüyü dəliyin üzərindəki yuvaya yerləşdirir və geri sayma dayanar-dayanmaz dövrəyə toy marşı girir. Müddətiniz tükənənə qədər ər tapa bilməzsəniz, sizi havaya uçurub parçalarınızı dörd bir tərəfə saçacaq bir mexanizmi yoxdur; tək məqsədi çox gec olmadan evlənməniz üçün üzərinizdə təzyiq qurmaqdan ibarətdir.
Bütrüs əl-Büstani
Cəlil Məmmədquluzadənin büstü (Sumqayıt)
Cəlil Məmmədquluzadənin büstü - abidənin V. Nəzirov tərəfindən hazırlanmışdır. Büst tuncdan düzəldilmişdir. Büst yazıçı, jurnalist, dramaturq, "Molla Nəsrəddin" satirik jurnalınının naşıri, Qori Müəllimlər Seminariyasını məzunu, müəllim, Naxçıvanda diyarşünaslıq muzeyi yaradıcısı Azərbaycan xalqının böyük oğlu Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin şərəfinə ucaldılmışdır. Abidə 2003-cü ildə qoyulmuşdur. Cəlil Məmmədquluzadənin büstü Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Cəlil Məmmədquluzadə küçəsində qoyulmuşdur. Abidənin postamenti və onu əhatə edən divarlar aqlay daşla üzlənmişdir.
Mikayıl Müşfiqin büstü (Sumqayıt)
Mikayıl Müşfiqin büstü — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru, repesisya qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) şərəfinə ucaldılmışdır. Abidə 1993-cü ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, 34 nömrəli tam orta məktəbın qarşısında qoyulmuşdur. Abidənin postamenti ağ rəngdədir.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Məhəmməd Əmin Rəsulzadənin büstü (Gəncə)
Məhəmməd Əmin Rəsulzadənin büstü — 1991-ci ildə siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadəyə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulmuş büst. 1991-ci ildə Azərbaycan yenidən müstəqil olduqdan sonra ölkə ərazisində Məhəmməd Əmin Rəsulzadəyə qoyulmuş ilk büst. Büst 1991-ci ildə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulub. Heykəltaraşı Cəmaləddin Rüstəmovdur.
Nəriman Nərimanovun büstü (Sumqayıt)
Nəriman Nərimanovun büstü — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.
V. İ. Leninin büstü (Taqanroq)
V. İ. Leninin büstü — Vladimir İliç Leninin şərəfinə ucaldılmış büst. Abidə 1978-ci ildə Taqanroq şəhər administrasiyasının qarşısında ucaldılmışdır. Leninin büstü Taqanroq şəhər administrasiyasının binası qarşısında, Petrovskaya küçəsi ev 73 ünvanında yerləşir. Abidə 1978-ci ildə ucaldılmışdır. Abidəni hazırlayanlar: heykəltaraş Boris Alekseyeviç Plenkin, mühənis S. Çerkovnikov. 17 dekabr 2013-cü ildə arxirektura komitəsi şəhər administrasiya binası qarşısında, Petrovskaya küçəsi, ev 73 ünvanında abidənin ucaldılması barədə qərar qəbul edilmişdir. 2014-cü ilin fevralında şəhər tikinti soveti və baş arxitektor Olqa Nikolaevna Şerbakova şəhər administrasiya binası qarşısında yebi abidənin ucaldılması barədə qərar qəbul etmişdir. Bu səbəbdən Leninə ucaldılmış büstün taleyi müəmmalı olaraq qalırdı. 2014-cü ildə taqanroqlular şəhər administrasiyasının Lenin büstünün postsmentində apardığı təmirdən heyrətə gəlmişdir. Postamentin mərmər lövhələri skotç vastəsi ilə postamentə bərkidilmişdir.
Xurşidbanu Natəvanın büstü (Şuşa)
Xan qızı Natəvanın abidəsi — Xurşidbanu Natəvanın Şuşadakı qəbirüstü abidəsi. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. Azərbaycan tərəfi abidəni Gürcüstandan bir neçə il bundan əvvəl Bakıya gətizdirmişdir. Namiq Dadaşov Xurşudbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. == Futbolçu karyerası == Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Pit Best
Pit Best (doğum adı Randolf Pete Best) — İngilis musiqiçi. The Beatles qrupunun orijinal üzvlərindən biridir. Qrupda müəyyən bir müddət baraban çalmışdır. Hindistan hələ İngilis müstəmləkəsi ikən Çennai şəhərində doğulmuşdur. Anası, Mona Best (1924-1988) ilə birlikdə 1945-ci ildə Liverpula köçüb, evlərinin alt qatında kafe (The Casbah Kafe Klubu) açdılar. Kafe Klubu gənclər arasında çox məşhur idi və 1000-dən çox üzvə sahib idi. The Beatles (o zamanki adıyla The Quarrymen), ilk performanslarından bəzilərini məhz bu kafedə vermişdi. The Beatles Pit Besti 1960-cı il 12 avqust tarixində, ilk Hamburq turlarından qısa bir müddət əvvəl qrupa dəvət etdi. Qrupdakı yerini isə 1962-ci il 16 avqust tarixində Ringo Starr'a verdi. Qrupdan çıxarılması, EMI studiyalarındaki ilk səsyazmadan sonra reallaşdı.
Süst Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
Bost (kommuna)
Bost (fr. Bost) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfər (15-64 yaş) arasında 98 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 88.3%, 1999-cu ildə 70.7%) idi. Fəal olan 98 nəfərdən 95 nəfər (48 kişi və 47 qadın) işləyir, 3 qadın işsizdir. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
II Bist körpüsü
II Bist körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndinin şərq tərəfindən keçən Nəsirvazçayın üstündə körpü. Yuxarıdan çatma tağla tamamlanan formada inşa olunmuş körpünün tikilməsində əsasən dağ daşından istifadə olunmuşdur. Çatma hissəsi yonulmuş dağ daşı ilə işlənib. Cənub tərəfdəki həmin daşlardan birinin üzərində “1869”-cu il tarixi yazılmışdır. Fikrimizcə, Rusiyaya birləşdirildikdən sonra, qeyd olunan ildə körpü təmir edilmişdir. Yuxarıdan çatma bağla tamamlanan və “Qozbel körpü”lər qrupuna daxil olan II Bist körpüsü tikinti texnikasına və materialına görə birinci körpü ilə müəyyən oxşar cəhətlərə malikdir. Körpünün uzunluğu 23 metr, eni 10 metr, hündürlüyü 4 metrdir. Bu körpünün salınmasında məqsəd Böyük İpək yolunun bu ərazidən keçən yardımçı qolu ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək və kəndə gediş-gəlişi asanlaşdırmaq olmuşdur. Əlincə mahalı kəndlərindən gələn adamlar bu körpüdən yararlanır, Tiviyə, Parağaçaya, Ordubada və şərqdəki yaşayış məskənlərinə gedir və qayıdır, şərq tərəfdə yaşayanlar da eyni qayda ilə bu körpüdən istifadə edərək qərbə gedirdilər. Körpünün inşa tarixi XVII-XVIII yüzilliyə aid edilir.
I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir. == Memarlıq quruluşu == Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. == Tarixi == Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Klüver-Büsi sindromu
Klüver-Büsi sindromu – beynin iki gicgah payının ön bölgələrinin daxilində yerləşən badamabənzər cisimlərin dağılması nəticəsində müşahidə olunan bir sıra davranış dəyişiklikləri ilə xarakterizə olunan xəstəlik. Xəstəliyin müşahidə olunduğu heyvanlarda yüksək dərəcəli qorxusuzluq, hər şeyə qarşı maraq, unutqanlıq, hər şeyi ağzına aparma, hətta bərk cisimləri yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəlik nadir hallarda insanlarda rast gəlinsə də, simptomlar heyvandakılara oxşar olur. == Səbəblər == Bu xəstəliyin öyrənilməsində meymunların qan qrupları önəmli rol oynayıb. Xəstəlik ilk dəfə insanlarda 1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınmışdır. Lakin herpes səbəbli ensefalit və meninqoensefalit zamanı da insanda müşahidə oluna bilər. Həmçinin bir sıra situasiyalar Klüver-Byüsi sindromuna səbəb ola bilər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s. kimi hallar sindorum səbəbkarlarından hesab olunur. == Simptonlar == Sindromun simptomlarını aşağıdakılardır: Xatirələri yada salmaq bacarığının itməsi.
Sen-Jüst-Şalessen
Sen-Jyust-Şalessen (fr. Saint-Just-Chaleyssin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38408. Kommunanın 2012-ci il üçün əhalisi 2437 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 373 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 23 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
The Best (mahnı)
The Best – Mike Chapman və Holly Knight tərəfindən bəstələnən və ilk dəfə Bonni Tayler tərəfindən ifa edilərək 1988-ci ildə Hide Your Heart albomunda satışa çıxarılan mahnı. Mahnının ikinci ifaçısı isə məşhur ifaçı Tina Törner olub. Mahnı məhz onun ifasında dünya şöhrəti qazanıb və sevilib. Mahnı xanım Turnerin 1989 – cu ildə çıxardığı Foreign Affair albomuna da adxil edilib. Tina Törnerin ifasını saksafonda müşayiət edən isə Edgar Winterdir. Mahnı Tina Törnerin yaradıcılığında ən uğurlu və məşhur mahnılardan biridir. Mahnı Billboard Hot 100 – də on beşinci yerə kimi yüksələ bilib. Həmçinin Birləşmiş Krallıqda beşinci, Almaniyada isə dördüncü yerə qədər irəliləyib. Turner 1992-ci ildə Jimmy Barneslə birgə mahnının duet versiyasını lentə aldırıb. Mahnı duet versiyada "Simply The Best" adlandırılıb.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Busot
Busot (isp. Busot) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 33,84 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3257 nəfərə çatmışdır.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Sust
Sust: Sust — Niderlandda şəhər Sust — Pakistanda şəhər Sust — Əfqanıstanda qışlaq Sust yaşayış yeri — Naxçıvan MR-da yaşayış yeri Sust — Naxçıvan MR-da kənd.
Xust
Xust — Ukraynanın Zakarpatiya vilayətində şəhər.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Alikant Buşe
Alikant Buşe — üzüm sortu. Sort Fransada 1855-ci ildə seleksiyaçı Q.Buşe tərəfindən Pti Buşe (Armon x Tentyure) və Qrenaj sortlarının çarpazlaşdırılmasından alınmışdır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort dünyanın əksər üzümçülük ölkələrində əkilib-becərilir. == Yarpaqları == Yarpaqları iri (uzunluğu 16-22 sm, eni 14-21 sm), dəyirmi formada, ayası zəif, yaxud orta dərəcədə yarılmış, 3, yaxud 5 dilimlidir. Yuxarı kəsikləri açıq, yaxud bağlı, girintili bucaq şəklində, üçbucaqşəkilli, yaxud dar ellipsvari və ya oval formada olur. Aşağı kəsikləri çox dayaz üçbucaqşəkilli, yaxud girintili bucaq şəklində olub, izi görünür. Saplaq oyuğu açıq, dərin olub dar tağşəkillidir. Dilimlərin ucundakı dişciklər iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə üçbucaqşəkilli-mişarvaridir.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. == Həyatı == Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Le-Buşo
Le-Buşo (fr. Le Bouchaud) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03035. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 213 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 65.0%). Fəal olan 93 nəfərdən 83 nəfəri (45 kişi və 38 qadın), 10 nəfər işsizdir (5 kişi və 5 qadın). 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Milan Füşt
Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888, Budapeşt – 26 iyul 1967, Budapeşt) — Macarıstan yazıçısı, şairi və dramaturqu. 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi. 1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.
Sust (Babək)
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd. Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir. Hazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub.
Sust (Niderland)
Sust — Niderlandda şəhər. Əhalisi 45 milyon, ərazisi 46,45 km²-dir.
Xust vilayəti
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Mərkəzi Xost şəhəridir. Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali dəricə danışır.