BUZOV

Musa peyğəmbərin zamanında İsrail oğullarının tapındıqları bütdür. Musa peyğəmbər İsrail oğullarını Fironun zülmündən qurtardıqdan sonra Allahın buyruğu ilə Tur dağına getmiş, qardaşı Harunu müvəqqəti olaraq öz yerinə başçı təyin etmişdir. Musa Tur dağında olarkən İsrail oğulları Harunu dinləməyərək öz bəzəkdüzək əşyalarından buzov heykəli düzəltmiş və həmin buzova sitayiş etmişdirlər. Buna görə də, Allah onları cəzalandırmışdır.
BURAQ
BÜREYDƏ İBN HÜSEYB
OBASTAN VİKİ
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Arif Buzovnalı
Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı; 6 sentyabr 1972, Buzovna) — şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri == Həyat və fəaliyyəti == Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989 cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan Gəncləri” qəzetində çap olunub. Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olmuşdur.
Axund Buzovand
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Azər Buzovnalı
Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev (1870, Buzovna, Bakı qəzası – 1951, Buzovna) — Azərbaycan şairi, qəzəlxan. == Həyatı == XX əsrin əvvəllərindən ədəbiyyatımızda qəzəl janrını inkişaf etdirən şairlərdən biri də Məşədi Azər Hacı Məcid oğlu İmaməliyevdir. 1870-ci ildə təsis olunmuş, Bakı ədəbi mühitinin görkəmli şeir ustadlarını öz ətrafında toplayan "Məcməüş-şüəra" ədəbi məclisinin nüfuzlu üzvlərindən olan Məşədi Azərin əsl adı Xosrov olub. 15 yaşında ikən "Azər" təxəllüsü ilə şeirlər yazmağa başlayan Xosrov İmaməliyev elə o vaxtlardan ədəbi dairələrin diqqətini cəlb etməyə başlayıb. Şərq ədəbiyyatı ilə bərabər, Şərq dillərinin də gözəl bilicisi olan A.Buzovnalı ana dili ilə yanaşı, mükəmməl bildiyi fars, özbək dillərində də şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, "şair azəri türkcəsindəki qəzəllərində "Azər", farsca qəzəllərində "Rüfət", satiralarında "Azər-Əyyar", mərsiyələrində isə "Xosrov" təxəllüsləri ilə çıxış edib ki, sonuncu təxəllüs özünün adıdır. Bakı şairlərini bir araya gətirən "Məcməüş-şüəra"da tez-tez çıxış edən A.Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində, ədəbi aləmdə tanınmasında böyük rol oynayıb. İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məhəmməd Əmin Rəsulzadə "Açıq söz" qəzetinin mətbəəsində şairin "Həmvətənlərimə" adlı 800 beytlik mənzuməsini nəşr etdirib. 1970-ci ildə görkəmli Azərbaycan şairi, xalqını, vətənini sevən R.Rza redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyası"nın I cildində şairin tərcümeyi-halını dərc etdirməklə onu elmi ədəbiyyata yenidən təqdim edib.
Bakı bağları. Buzovna (film, 2007)
== Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır. Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir.
Buzovna
Buzovna — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır.
Buzovna bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buzovna zeytunu
Buzovna zeytunu - Qədim mənşəli yerli Azərbaycan zeytun sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən Abşerondakı (Nardaran və Buzovna qəsəbələri) — köhnə zeytun ağacları içərisindən seçilmişdir. Ağacı iridir. Şarşəkilli, bir qədər dağınıq, srx çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir. Meyvələri tünd zoğalı rənglidir. Budaqda meyvələr tək-tək, nadir halda iki-iki yerləşir. Meyvələr saplağa kifayət qədər möhkəm birləşməmiş- lər. Ona görə də meyvələr yarıyetişmiş halda olduqda tökü- lürlər. Meyvənin qabığı bərkdir.
Buzovnaneftin binası
«Buzovnaneft»in binası — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşısında yerləşir. Tikinti prosesi 1945-ci ildə başa çatmış binanın memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovdur. == Tarix == «Buzovnaneft»in binasının tikinti prosesi 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl başa çatmışdır. Bina yalnız iki il ərzində inşa edilmişdir. Bir qədər sonra binanın qarşısında bir meydan təsis edilmişdir. Bu meydanın mərkəzində fəvvarələr yerləşirdi. 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerlərində isə İmadəddin Nəsiminin heykəli tikilmişdir. Parkın hər iki tərəfində bənzər memarlıq dizaynına malik evlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu. 4 noyabr 1955-ci ildə Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "dizayn və tikinti həddlərinin aradan qaldırılması haqqında" qərar qəbul etmişdir.
Cümə məscidi (Buzovna)
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid. == Tarixi == İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Olqa Buzova
Olqa İqorevna Buzova (rus. Ольга Игоревна Бузова; 20 yanvar 1986, Leninqrad) — Rusiya media şəxsiyyəti və müğənnisi. Buzova Rusiyanın ən uğurlu modellərindən biri hesab edilir. Olqa İqorevna Buzova 20 yanvar 1986-cı ildə Leninqrad şəhərində SSRİ SQ veteranı İqor Dmitriyeviç Buzovun və stomatoloq İrina Aleksandrovna Buzovanın ailəsində anadan olmuşdur. Buzovanın Anna adlı kiçik bacısı var. Buzova 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər futbolçu Dmitri Tarasov ilə evli idi. O, 23,4 milyon abunəçidən qazandığı təxminən 3,3 milyon ABŞ dolları xalis gəlirlə 2021-ci ildə Rusiya üzrə Instagram və YouTube platformalarında onuncu ən çox qazanan olmuşdur.
Xəzri Buzovna FK
Xəzri Buzovna FK — Azərbaycanda futbol klubu 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranmışdır. Müxtəlif vaxtlarda "Xəzri", "Xəzri-Eltac" adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Azərbaycan çempionatı: Gümüş medal (1) – 1995/1996 Bürünc medal (1) – 1996/1997 Azərbaycan Kuboku: Finalçı (1) – 1996/1997 "Xəzri" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
Sahib əz-Zaman məscidi (Buzovna)
Sahibəz-Zaman məscidi - Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi. Buzovna qəsəbəsində 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum Axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə bir çox gənc tələbələr yetişdirilmişdir. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır. Hal-hazırda dini tədbirlər bu məsciddə keçirilir. Məscid "T" hərfi formasında inşa edilib. İç sahəsi 100 m²-dir. Yerden tavanadək olan hündürlüyü 3.77-3.79 metr arası dəyişir. Yerden günbəzədək hündürlüyü isə 7.65 metrdir.
Buzovna Cümə məscidi
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid. == Tarixi == İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Bakı bağları. Buzovna
== Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır. Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir.

Digər lüğətlərdə