BƏDBƏXT

[fars. bəd və ər. bəxt] прил. бедбахт; бахтсуз; // сущ. бедбахт (кас); bədbəxt olmaq бедбахт хьун; bədbəxt etmək бедбахт авун, бедбахт хьуниз себеб хьун.
BƏD
BƏDBƏXTÇİLİK
OBASTAN VİKİ
BədBəxt
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Bədbəxt insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Pilot (BədBəxt)
BədBəxt (teleserial, 2008)
Abbasın bədbəxtliyi (film, 1935)
Abbasın bədbəxtliyi qısametrajlı cizgi filmi rejissor D. Dikaryov tərəfindən 1935-ci ildə çəkilmişdir. Film Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir. Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib. == Məzmun == Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir. == Film haqqında == Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib. Film saxlanılmayıb. Elçin Axundov: “Abbasın bədbəxtliyi” adlı ilk animasiya filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi.
Bədbəxtliyin astanasında (film, 1977)
Bədbəxtliyin astanasında qısametrajlı bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin süjeti laqeydlik ucbatından baş vermiş bir yanğın əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Cəfər Namiq Kamal, Kamilə Tatlıyeva, Elmira Şabanova və Hicran Nəsirova ifa edirlər. == Məzmun == Film həyatın ən çətin anlarında gənclərimizin yüksək əxlaqi keyfiyyətlərə malik olduqlarını açıb göstərir. Filmin süjeti laqeydlik ucbatından baş vermiş bir yanğın əhvalatı üzərində qurulmuşdur.

Digər lüğətlərdə