cəldlik
cəllad
OBASTAN VİKİ
Edişə (Cəlilabad)
Edişə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kövüzbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Edişə oyk, sadə. Burovar silsiləsinin ətəyindədir; Xocavənd r-nunun Xocavənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişe adlı dörd kənd qeydə alınmışdır. Edişe adlı tayfanın XII-XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 735 nəfər əhali yaşayır.
Eçara (Cəlilabad)
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. == Toponimikası == Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Göytəpə (Cəlilabad)
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Göytəpə şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Gülməmmədli (Cəlilabad)
Gülməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == I Şah Abbas zamanından yaranması iddia edilir. Kəndin adı yerli sakinlərin dediyinə görə Məmməd adlı adamın bu şoranlıq əraziyə köçməsi və bu ərazini gözəl bir yerə çevirməsi ( yəni güllü - çiçəkli bir yerə ) nəticəsində olmuşdur. Digər bir yerli rəvayətə görə isə Məmmədin qəmginliyi ilə bağlı bir yerli rəvayətdir (əsasən anası ilə bağlı bir rəvayət hesab olunur).[mənbə göstərin] == Toponimikası == Cəlilabad kəndi burada məskunlaşmış gülməmmədli nəslinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2523 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Əhali əsasən İslam dininə riayət edir. Qədim zamanlardan isə atəşpərəstlik buranın iqtidar dini mədəniyyəti olmuşdur.
Güneyli (Cəlilabad)
Güneyli, Badamağac (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Badamağac kəndi Güneyli kəndi adlandırılmışdır.
Günəşli (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. == Tarixi == Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. === Tarixi abidələri === Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Hacıismayıllı (Cəlilabad)
Hacıismayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Müsahibimiz Cavid Babayev bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb. Bu və digər oxşar tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqəsi kimi qədim və zəngin tarixə malikdir. == Toponimikası == Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacıməmmədli (Cəlilabad)
Hacıməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Hacıməmmədli oyk, sadə. Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi kəbirlilərin ulubabalı qoluna mənsub hacıməmmədli (tam adı hacıməhəmmədhüseynli) tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır; Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi hacıməmmədli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həsənli (Cəlilabad)
Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Həsənli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Həsənli oyk., sadə. Bərdə r-nunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir; Cəbrayıl r-nunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı şəxsin altı oğlundan biri Həsən salmışdır; Həsənli çayının sahilində, Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Cavad inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Salyan r-nunun Yenikənd inzibati ərazi vahidində kənd.
Kazımabad (Cəlilabad)
Kazımabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kazımabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi nin qərarı ilə Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Cəlilabad rayonunun Svetlaya Zarya inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Kazım adlı şəxs qoyduğu üçün belə adlandırılmışdır. Oykonim Kazım (Ģ.a.) və abad (kənd) komponentlərindən düzəlib, "Kazımın kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2130 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdlər (Cəlilabad)
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Kürdlər oyk., sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Ləzran (Cəlilabad)
Ləzran — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçən əsrdə Lənkəran r-nu ərazisində mövcud olmuş Ləzran kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 349 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Tanınmış şəxsləri == Asif Kərimov (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Mikayıllı (Cəlilabad)
Mikayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı Şahsevənlərin talış-Mikayıllı tayfasının məskunlaşması ilə bağlıdır. Mikayıllı oyk., sadə. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Kəndi mikayıllı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır; Xocalı r-nunda eyni adlı i.ə.v.-də kənd. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə həlak olmuş polis baş leytenantı Mikayıl Cəbrayılovun adı ilə adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır; Neftçala r-nunun Sarıqamış i.ə.v.-də kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur.
Mollalı (Cəlilabad)
Mollalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonunun Kürdlər) i.ə.v.-də kənd. Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsini mollalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[mənbə göstərin] 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 253 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Moranlı (Cəlilabad)
Moranlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı oyk., sadə. Cəbrayıl r-nunun Qaraqasımlı i.ə.v.-də kənd. Ceyrankeçməz çayı sahilində, düzənlikdədir Cəlilabad r-nun eyniadlı i.ə.v.-də kənd. Düzənlik ərazidədir. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmişdə maldarlıqla məşğul olmuş moranlı tayfasınm məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə moranlılar şahsevən tayfa ittifaqına daxil idilər. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 966 nəfər əhali yaşayır.
Musalı (Cəlilabad)
Musalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Musalı kəndi Cəlilabad rayonun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrlərin axırlarında salınmışdır. Cənubdan Cənubi Azərbaycanla (İran İslam Respublikası), şərqdən Ləkin kəndi ilə,qərbdən Zəhmətabad kəndi ilə,şimaldan Burovar dağ silsiləsi ilə həmsərhəddir. Orta əsrlər dövrünə aid silahlar,qablar,bəzək əşyaları,insan sümükləri tapılsada təəssüf ki,bunların hansı dövrə aid olduğunu dəqiq demək çətindir. Hələki burda arxeoloji qazıntı aparılmayıb.[mənbə göstərin] Musalı oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, XV əsrin sonlarında Cənubi Azərb.-dan köçüb gəlmiş Musa və Müslüm qardaşlan meşə ətəyindəki çeşmənin ətrafında yurd salmışlar.
Muğan (Cəlilabad)
Muğan (əvvəlki adı: Svetlaya Zarya) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Svetlaya Zarya kəndi Muğan kəndi, Svetlaya Zarya kənd inzibati ərazi dairəsi Muğan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Kənd düzənlik ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2018 nəfər əhali yaşayır.
Məşədilər (Cəlilabad)
Məşədilər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kənd Burovar silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsi məşədilər nəslinin məskunlaşması nəticəsində belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 453 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pokrovka (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Porsava (Cəlilabad)
Porsava (əvvəlki adı: Porsova) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Kurdlər kənd inzibati ərazi dairəsi tərkibindəki Porsova kəndi Porsava kəndi adlandırılmışdır. Kəndin keçmiş adı Kərgədi olmuşdur. 2001-ci ildən Porsava kimi rəsmiləşdirilmişdir. Kənd Burovar silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Privolnoye (Cəlilabad)
Privolnoye — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Privolnoe kəndinin əsası 1839-cu ildə buraya çar hökuməti tərəfindən sürgün olunmuş kəndlilər tərəfindən qoyulub. Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, subbotniklər adlanırdılar. Kəndə 1958-ci ildə su xətti, 1961-ci ildə su xətti, 1980-ci ildə isə qaz xətti çəkilmişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti üzümçülük, çiyələk, kartofculuq, maldarlıq və şərabçılıq idi. Lakin 1980-ci illərin ortalarında SSRİ-də aparılan antialkoqol siyasəti çərçivəsində buradakı üzümlüklərin əksəriyyəti məhv edildi. Nəticədə kəndin əhalisinin böyük hissəsi özünün əsas məşğuliyyətindən məhrum oldu, bir çoxları işsizlik ucbatından kəndi tərk etməyə başladı. SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi böhran illərində kəndin demək olar ki, bütün əhalisi Rusiya, ABŞ, İsrail və Almaniyaya köçdü, onların yerinə isə kənddə azərbaycanlılar məskunlaşdı. Hal-hazırda kəndin azərbaycanlı əhalisinin sayı 5500 nəfərdən çoxdur, rusların sayı isə təxminən 80 nəfərdir, onların əksəriyyəti də köç edə bilməyən yaşlı insanlardır.[mənbə göstərin] Privolnoye oyk. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd.
Cəlilabad
Cəlilabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəlilabad şəhər inzibati ərazi dairəsində şəhər, Cəlilabad rayonunun inzibati mərkəzi. 1952-ci ildə rayon tabeli şəhər statusu almışdır. Ən çox şəhər əhalisi olan rayonlardan biridir. == Tarixi == 1967-ci ildən Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Əvvəllər bu şəhər Hacılı, daha sonra isə Astarxanbazar adlanırdı. == Coğrafiyası və iqlimi == Şəhər paytaxt Bakıdan 210 km məsafədə yerləşir. Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb. == Şəhidlər == Alxas Yunusov (1986–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Füzuli Həbibi (1995–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qaraağac (Cəlilabad)
Qaraağac — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Kənd Qaraağac yeri adlı sahədə salındığı üçün belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 300 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarqulu (Cəlilabad)
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qasımbəyli (Cəlilabad)
Qasımbəyli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 243 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Günəşli bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdlər bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Muğan bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məşədi Hüseynli (Cəlilabad)
Məşədi Hüseynli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Məşədi Hüseynli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. Məşədihüseynli oyk. Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Yaşayış məntəqəsi məşədihüseynli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi Hüseynin nəslindən olanlar, məşədühüseyngillər” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 117 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.