Privolnoye — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Privolnoye | |
---|---|
39°07′44″ şm. e. 48°32′14″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 42 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.484 nəfər |
Privolnoe kəndinin əsası 1839-cu ildə buraya çar hökuməti tərəfindən sürgün olunmuş kəndlilər tərəfindən qoyulub. Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, subbotniklər adlanırdılar. Kəndə 1958-ci ildə su xətti, 1961-ci ildə su xətti, 1980-ci ildə isə qaz xətti çəkilmişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti üzümçülük, çiyələk, kartofculuq, maldarlıq və şərabçılıq idi. Lakin 1980-ci illərin ortalarında SSRİ-də aparılan antialkoqol siyasəti çərçivəsində buradakı üzümlüklərin əksəriyyəti məhv edildi. Nəticədə kəndin əhalisinin böyük hissəsi özünün əsas məşğuliyyətindən məhrum oldu, bir çoxları işsizlik ucbatından kəndi tərk etməyə başladı. SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi böhran illərində kəndin demək olar ki, bütün əhalisi Rusiya, ABŞ, İsrail və Almaniyaya köçdü, onların yerinə isə kənddə azərbaycanlılar məskunlaşdı. Hal-hazırda kəndin azərbaycanlı əhalisinin sayı 5500 nəfərdən çoxdur, rusların sayı isə təxminən 80 nəfərdir, onların əksəriyyəti də köç edə bilməyən yaşlı insanlardır.[mənbə göstərin]
Privolnoye oyk. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağatəyi arazidədir. Yaşayış məntəqəsi çarizmin ucqarlara köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalanndan köçüb gəlmiş ailələrin 1839-cu ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Privolnoye rus. "azad, sərbəst” dəməkdir.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4484 nəfər əhali yaşayır.[2]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |