can dəftəri*

mark book (diary) дневник
can deyib, can eşitmək
can dərdi
OBASTAN VİKİ
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan, nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına qədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. == Məzmun == Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Fərhad Dəftəri
Fərhəd Dəftəri (1938, Brüssel paytaxt vilayəti[d]) Belçika əsilli İran-Britaniya İslam və Şərq tarixçisidir. Londonda İsmailiyyə Araşdırmaları İnstitutunda direktor müavini, tədqiqatlar və nəşrlər şöbəsinin rəhbəri. London, Tehran, Roma və Vaşinqtonda təhsil alıb. Amerika Universitetində liberal sənətlər üzrə bakalavr və magistr, 1971-ci ildə Berkli Kaliforniya Universitetində İslamşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1988-ci ildən İsmailiyyəşünaslıq İnstitutunda çalışır. Şiə tarixi, xüsusən də İsmaillik sahəsində avtoritet. 2011-ci ildə Festfont mükafatına layiq görülüb. “İranika”, “İslamika” ensiklopediyalarının müəlliflərindən biri və həm redaktoru, “Böyük Rus Ensiklopediyası” və “İslam Ensiklopediyası”nın müəlliflərindən biri və İsmayıliyyəyə həsr olunmuş üç seriyalı kitabların baş redaktoru. Ensiklopediyalarda və elmi jurnallarda 200-dən çox məqalənin müəllifidir. == İşləri == === Monoqrafiyalar ingilis dilində === Daftary Farhad.
Mühümmə dəftəri (1590)
Mühümmə dəftəri — tarixi sənəd, III Sultan Muradın hökmü. == Tarixi == 1590-cı ildə İstanbul sülhünün nəticələrinə görə, Azərbaycan Osmanlıları və Səfəvilər arasında bölüşdürülükdən sonra verilmişdir. Həmin sənədə əsasən Gəncə-Qarabağ ərazisindəki qıtlığı aradan qaldırmaq üçün Naxçıvandan çıxarılan hər bir davara görə İrəvan yaxınlığında bir səmimi (pul vahidi), Göyçənin Balıqlı adı yerində isə daha bir səmimi alınmasına yol verilmirdi. Çünki kasıb camaat çətinliyi düçar olur və bahalıq artırdı.Sənəddə göstərilirdi ki, İrəvan və Göyçə bəyləri bu pulun alınmasına görə "dəfələrlə tənbeh olunmalarına baxmayaraq", həmin "bac" yenə də yığılmaqda davam edir. Hökmün sonunda hər bir davara görə qədim qanun əsasında vergi alınması barədə Osmanlı sultanının qəti tapşırığı nəzərə çarpdırılır. == Ədəbiiyyat == Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli,1590-cı il və 1724-cü illərə aid Naxçıvanla əlaqədar iki tarixi sənəd haqqında,Naxçıvan tarixinin səhifələri(müqavilə toplusu),Bakı,1996. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. == Həyatı == Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
Can-balıq
Can-balıq və ya Canbalıq – Qaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər. == Haqqında == Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.
Can Bartu
Can Bartu (30 yanvar 1936 və ya 31 yanvar 1936, Kadıköy, İstanbul ili – 11 aprel 2019 və ya 12 aprel 2019, İstanbul) — çərkəz əsilli türk futbolçu. == Həyatı == 10 may 1962-ci ildə Fiorentina ilə Atletico Madrid arasında keçirilən final matçında oynayan Bartu avrokuboklarda final matçına çıxan ilk türk futbolçu oldu.
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.
Can Dündar
Can Dündar (türk. Can Dündar; 16 iyun 1961, Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı. Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi. O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü. Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Can Yanyan
Can Yanyan (çin.
Can Yücel
Can Yücəl — (21 avqust 1926, İstanbul – 12 avqust 1999, İzmir) İstanbulda anadan olub. Eks Milli Eğitim Bakanı Həsən Əli Yücəlin oğludur. 1943'də yaxın dostu və Ankara Atatürk Lisey'indən sinif yoldaşı Gazi Yaşargil ilə xaricdə təhsil bursu qazandığı halda, o vaxtın Təhsil Naziri atası bunu Can Yücələ onun torpili kimi başa düşüləcəyi üçün əngəl olur. Gazi Yaşargil bu məlumatın yanlış olduğunu, ikisinin də ailələrinin imkanlarıyla xaricə getdiklərini dedi. Ankara və Cambridge universitetlərində Latınca və Yunanca oxudu. Müxtəlif səfirliklərdə tərcüməçilik, Londonda BBC'nin Türkcə bölümündə spiker oldu. Koreyada əsgərlikdə oldu. 1958'də Türkiyəyə qayıtdıqdan sonra Bodrum və Marmarisdə turist rəhbəri kimi işlədi. Sonra bağımsız şair və tərcüməçi olaraq İstanbulda yaşadı. 1956'da Gülər Yücəl ilə evləndi.
Can Yücəl
Can Yücəl — (21 avqust 1926, İstanbul – 12 avqust 1999, İzmir) İstanbulda anadan olub. Eks Milli Eğitim Bakanı Həsən Əli Yücəlin oğludur. 1943'də yaxın dostu və Ankara Atatürk Lisey'indən sinif yoldaşı Gazi Yaşargil ilə xaricdə təhsil bursu qazandığı halda, o vaxtın Təhsil Naziri atası bunu Can Yücələ onun torpili kimi başa düşüləcəyi üçün əngəl olur. Gazi Yaşargil bu məlumatın yanlış olduğunu, ikisinin də ailələrinin imkanlarıyla xaricə getdiklərini dedi. Ankara və Cambridge universitetlərində Latınca və Yunanca oxudu. Müxtəlif səfirliklərdə tərcüməçilik, Londonda BBC'nin Türkcə bölümündə spiker oldu. Koreyada əsgərlikdə oldu. 1958'də Türkiyəyə qayıtdıqdan sonra Bodrum və Marmarisdə turist rəhbəri kimi işlədi. Sonra bağımsız şair və tərcüməçi olaraq İstanbulda yaşadı. 1956'da Gülər Yücəl ilə evləndi.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Emre Can
Emre Can (türk. Emre Can; 12 yanvar 1994, Frankfurt-Mayn, Hessen) — əslən türk olan, Almaniya futbolçusu. Hal-Hazırda Borussia Dortunda oynayır.
Həsən Can
Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır. == Həyatı == Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı.
Kazım Can
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Sibel Can
Sibel Cangüre (d. 1 avqust 1970, İstanbul, Türkiyə) — qısaca Sibel Can kimi tanınan Türkiyə müğənnisi. Karyerasına rəqqasəliklə başlayan Sibel, hazırda aktrisa, müğənni və aparıcıdır. == Həyatı == Sibel Can 1 avqust, 1970-ci ildə Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və Bursa Mudanyalı çingənə (qaraçı) kökənli Əminə Gül Sezərin uşaqları olaraq Türkiyənin Fatih vilayətində dünyaya gəlib. Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir kaman sənətçisi idi. 13 yaşında gələn təkliflə Vianada oriental olaraq səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm oriental rəqqasəlik, həm də solistlik edib. Galata Qülləsi və Astorya kimi klublarda səhnə olan sənətçi, Nükhet Durunun Fəxrəddin Arslana tövsiyəsilə Maksim Kazinosunda çıxmaya başlamış və hələ 17 yaşı varkən solist olmuşdur. Sibel Canın yaşının az olması səbəbilə kazinonun bağlanmasıyla Arslanın köməklikləriylə məhkəmədə yaşını 6 yaş artırmışdır. Maksim kazinosunda Muazzez Abacı, Nəşə Qaraböcək və Əməl Sayın kimi məşhur şəxslərlə çalışmışdır. == Karyerası == Nükhet Duru tərəfindən aşkarlanan Maksim kazinosunun oriental rəqqasəsi oldu.
Elvan Can
Elvan Can — Türkiyə və Avropa rekordçusu, Efiopiya əsilli türk orta və uzun məsafə qaçışçı. == İlk illər == Elvan Hevan Abeye olaraq 1982-ci ildə Əddis-Əbəbədə yeddi uşaqlı bir ailənin altıncı övladı olaraq dünyaya gəlib. İdmana ilk dəfə dostları ilə futbol oynayaraq başlayıb. Onun qaçış qabiliyyəti üzə çıxır və o, on dörd yaşında məktəbin bədən tərbiyəsi müəllimi tərəfindən atletikaya yönəldilib. 1999-cu ildə Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən IAAF Dünya Kros Çempionatında Efiopiyanın yeniyetmələrdən ibarət komandasında karyerasına başlayıb və yarışı 9-cu yerdə başa vurub. Orada onu İstanbula görüşə dəvət ediblər. İstanbula gəlincə, səlahiyyətlilər onu bəyəndiklərini bildirirlər. O zaman Abeylegesse "Efiopiyadakı federasiyamdan kifayət qədər dəstək ala bilmədim. Türkiyədə hədəflərimə çatmağın daha asan olacağını düşündüm" dedi. Onu on yeddi yaşında ENKA-ya idmançı axtaran iş adamı Öndər Özbilən kəşf edib və ailəsinə iki il ərzində ayda 300 dollar ödəmək şərti ilə Türkiyəyə gətirilib.
Vəli Can
Vəli Can (d. 1580-ci ildən əvvəl - ö. 1600) — təbrizli rəssam. Osmanlı imperiyasında fəaliyyət göstərmiş və saz üslubundakı əsərləri ilə məşhurlaşmışdır. == Həyatı == Osmanlı tarixçisi Mustafa Əlinin bildirdiyinə görə, Vəli Can Təbrizdə dünyaya gəlmiş, 1580-ci ildə İstanbula köçmüşdür. Tarixçinin bildirdiyinə görə, onun müəllimi məşhur Səfəvi rəssamı Siyavuş bəy Gürcü olmuşdur. III Muradın hakimiyyəti dövründə saz üslubu özünün çiçəklənmə dövrünü yaşamaqda idi. Vəli Can III Murad üçün tərtib edilmiş albomlarla əlaqəli sonrakı 16-cı əsrin sonlarında yaşamış rəssamların ən görkəmlisidir. O, sultan üçün çalışıb və yaratdığı albom səhifələri "az-çox spekulyativ olsa da, ona aid edilir". O, ilk növbədə fiqurlu mövzularla maraqlanırdı.
Can Yaman
Can Yaman (8 noyabr 1989, İstanbul) — Türkiyə aktyoru. == Həyatı == Can Yaman 8 noyabr 1989-cu ildə İstanbulun Suadiyə şəhərində ailəsinin tək övladı olaraq dünyaya gəlib. Atasının adı Güven Yaman, anasının adı Güldam Candır. Can Yamanın 5 yaşı olanda valideynləri ayrılıb. Nənəsi makedon, babası isə Yuqoslaviya əsillidir. İbtidai və orta məktəbi Bilfen Kollecində bitirdikdən sonra orta təhsilini İtaliya liseyində başa vurub. Orta məktəbin son ilində o, tələbə mübadiləsi proqramı vasitəsilə ABŞ-ın Ohayo ştatında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Yeditəpə Universitetinin Hüquq fakültəsində təqaüdlə oxuyub və 2012-ci ildə oranı bitirib. Hələ universitetdə oxuyarkən mübadilə proqramı ilə Vaşinqtona getdi və hüquq kursları aldı. 2014-cü ildə məzun olduqdan sonra 1 illik məcburi təcrübə keçmək üçün dünyaca məşhur Awaterhouse Coopers adlı korporativ firmada 6 ay hüquqşünas kimi çalışıb.
Qədri Can
Qədri Can və ya Qədrican (kürd. Qedrî Can/Qedrîcan; türk. Kadri Can/Kadrican; 1911, Mardin – 1972, Dəməşq) — sosialist beynəlmiləlçi kürd yazıçısı və şairi. Qədri Can 1911-ci ildə Əbdülqədir Can adı ilə Mardin vilayətinin Derik rayonunda anadan olmuşdur. İbtidai təhsilini Derikdə tamamlayan Qədri Can daha sonra Konya Müəllim Liseyində təhsil almışdır. Şeyx Səid qiyamından sonra Antakya yolu ilə qaçıb Suriyanın Dəməşq şəhərində məskunlaşmalı olmuşdur. Şeirləri və hekayələri "Hawar" və "Ronahi" kimi kürd intellektual jurnallarında dərc edilmişdir. O, əsərlərini kurmanci dilində yazmışdır. Müasir kürd poeziyasının atası hesab olunur. O, şeirlərində beynəlmiləlçiliyə və kürd milli şüuruna vurğu qoyurdu.
London qeyd dəftəri (Motsart)
London qeyd dəftəri Volfqanq Amadey Motsart tərəfindən 1764-1765-ci illərdə, Motsart ailəsi ilə birlikdə Londonda səfərdə olarkən yazılmış qırx üç ədəd eskizlər və fraqmentlər toplusudur. Yenicə musiqi fəaliyyətinə başlayan gənc Motsart heç kimdən asılı olmadan, müstəqil surətdə musiqini öyrənmək məqsədilə qələm və mürəkkəbdən istifadə etməklə bu qeydləri yazmışdır. Bununla yanaşı, atası Leopold tərəfindən yalnız qələmlə edilən düzəlişlər bəzi qeydlərdə aydın şəkildə görünür. Parçaların çoxu son dərəcə qısa, normal olaraq qırx saniyədən bir dəqiqə arasında, bəziləri dörd dəqiqəyədək davam edir. (məsələn, KV 15t).