CAVANYANA
CAVİDAN
OBASTAN VİKİ
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
Cavid Abdullayev
Cavid Abdullayev (23 aprel 2000, Qaşqaçay, Qax rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Abdullayev 2000-ci il aprelin 23-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 2006–2017-ci illərdə Qaşqaçay kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Qax rayonunun Peşə liseyinə qəbul olub. Təhsilini yarım qoyaraq hərbiyə yollanıb. Subay idi. Cavid Abdullayev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Abdullayev oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Cavid Abdulrəhmanov
Cavid Adıgözəlov
Cavid Adıgözəlov (11 dekabr 1995, Şamaxı – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Adıgözəlov 1995-ci il dekabrın 11-də Şamaxı şəhərində anadan olub. 2002–2013-cü illərdə 3 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Cavid Adıgözəlov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Adıgözəlov oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Cavid Ağacanov
Cavid Bayramlı
Cavid Əhliman oğlu Bayramlı (10 iyun 1994; Şahbuz rayonu, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Vətən müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olmuşdur. Nuray Bayramlı ilə ailəli idi, 1 övladı yadigar qaldı. Ali hərbi təhsil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında "leytenant" olaraq xidmətə başlamışdır. Qısa zamanda "kapitan" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Cavid Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibə bitdikdən sonra o, xidmətinə davam etmiş və iştirakına görə təltif edilmişdir. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Bayramov
Cavid Bayramov (29 iyun 1997, Bakı – 8 oktyabr 2020, Füzuli) – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Bayramov 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. Cavid orta təhsilini Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbində almış və ali təhsilini 2018-ci ildə Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirmişdi. Cavid Vətənini qorumaq üçün 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Cavid Behbudov
Cavid Ədalət oğlu Behbudov (12 aprel 1994, Qızılca, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Behbudov Cavid Ədalət oğlu 12.04.1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində anadan olub. 2008–2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illər ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib. 2015-ci ilin iyun-dekabr ayları ərzində Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə təhsil alıb. 2016-cı ilin yanvar ayından 2019-cu ilə qədər Ağstafada N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edib. Daha sonra xüsusi təyinatlı korpusun qrup komandiri olaraq Azərbaycan Ordusunda xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri olaraq döyüşlərdə iştirak edib. Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-nə qədər Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb.
Cavid Cabarzadə
Cavid Cabarzadə (10 avqust 1997, Bülbülə – 24 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. Cavid Cabarzadə 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabr 24 — də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Cabbarzadə
Cavid Cabarzadə (10 avqust 1997, Bülbülə – 24 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. Cavid Cabarzadə 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabr 24 — də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Cəfərov
Cavid Cəfərov (1 dekabr 1993, Sumqayıt – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Cəfərov 1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2000–2009-cu illərdə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009–2013-cü illərdə Sumqayıt Dövlət Texniki Kollecində təhsilini davam etdirmiş, 2013-cü ildə kolleci "nəqliyyatda daşımaların və idarə etmənin təşkili" ixtisası üzrə bitirmişdir. 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Cavid Cəfərov 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurmuşdur. Həmin ilin 13 oktyabr tarixindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cavid Cəfərov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində yaralı komandirini xilas edərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavid Dədəkişiyev
Cavid Gülbaba oğlu Dədəkişiyev (5 iyul 1988; Qaralar, İmişli rayonu, Azərbaycan – 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri şəhidi. Cavid Dədəkişiyev 1988-ci ilin 5 iyul tarixində İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Cavid Dədəkişiyev 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Cavid Fərəcov
Cavid Yaşar oğlu Fərəcov (1989; Qızılavar, Masallı rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. Cavid Fərəcov 1989-cu ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. Cavid Fərəcov 2008-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olan Cavid Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Hamzatov
Cavid Şakiroviç Hamzatov (doğulub. 27 dekabr 1989-cu il, Qızilyurt, Dağıstan Muxtar Sovet Sosialist Respublikası, SSRİ) - Belarusun yunan-roma (klassik) güləşçisi. Universiadanın bürünc mükafatçısı (2013), Dünya çempionatının bürünc mükafatçısı (2013), Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı (2016). Belarus Respublikasının əməkdar idman ustası (2016). Milliyyətcə ləzgidir. Cavid Hamzatov Dağıstanda anadan olub. Cavidin valideynləri Doqquzpara rayonunun Quruş kəndindən gələnlərdəndir. Cavid Qızilyurdun 1 nömrəli idman məktəbində sərbəst güləşlə məşğul olurdu. İlk məşqçi Haybulla Haybullayev olmuşdur. 2006-cı ildə Belarusiyaya köçdü.
Cavid Hüseynov
Cavid Hüseynov (futbolçu) — futbolçu Cavid Hüseynov (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Cavid Hüseynov (baş çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Cavid Hüseynov (əsgər, 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Cavid Həsənov
Cavid Həsənov (6 mart 1993, Bakı – 20 oktyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Mikayıl oğlu Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999–2006-cı illərdə Nizami rayonunda V. Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006–2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. Cavid Həsənov 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Cavid Həsənovun atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi iştirakçılarından olub və döyüş zamanı aldığı yaralardan 2-ci qrup əlildir. 2014-cü ildə ali təhsilini başa vuraraq, 2014–2015-ci illərdə Gəncə şəhərində həqiqi hərbi xidmət keçib. 2015-ci ildə Xəzər Universitetində İqtisadiyyat və menecment sahəsində magistr pilləsinə qəbul olsa da, 2016-cı ildə təhsilini dayandırmışdır. Cavid Həsənov 2011–2014-cü illərdə Digital Service Company LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində çalışıb. 2016–2018-ci illərdə Socar AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018–2019-cu illərdə "EasyDrill" LLC-də qazma mühəndisi vəzifəsində, 2019–2020-ci illərdə isə National Oilwell Varco LLC-də qazma həlləri üçün mühəndis vəzifəsində çalışan Cavid Həsənov, ingilis və rus dillərini sərbəst bilirdi. Cavid Həsənov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
Cavid Kərimov
Cavid Mərdan oğlu Kərimov (23 fevral 1999-cu ildə doğulub) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Kərimov 23.02.1999 tarixində Yevlaxda anadan olmuşdur. Cavid Kərimov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn edilib.Təltifləri:Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.Döyüş əməliyyatlarında şəxsi igidlik və cəsurluq nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Cavid Mahmudov
Cavid Hilal oğlu Mahmudov (6 fevral 1989, Aşağı Cürəli, Puşkin rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995–2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi. Cavid Mahmudov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Cavid Manafov
Cavid Faiq oğlu Manafov (4 fevral 1999, Nizami rayonu – 7 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Manafov 4 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub. O, 15.09.2005-31.05.2016-ci ilədək Heydər Əliyev adına liseydə təhsil alıb, 15.09.2016-ci ildən-31.05.2020 ci ildək Bakı Dövlət Universitetinin (SEP) Psixologiya fakültəsində təhsil alıb. 8 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb. Müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb. 7 noyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Məmmədli
Cavid Natiq oğlu Məmmədli (16 yanvar 1999; Şirvan, Azərbaycan — 27 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Məmmədli 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olmuşdur. 2006-2015-ci illərdə Bəhruz Aslanov adına Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Cavid Məmmədli 2020-ci il iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cavid Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cavid Məmmədli 27 sentyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 4 oktyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavid Məmmədov
Şeyx Cavid (tam adı: Cavid Məmmədov; Babazanlı, Salyan, Azərbaycan SSR) — azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu (2015-h.h.). Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Allahşükür Paşazadə 13 oktyabr 2015-ci ildə Cavid Məmmədovu Əjdərbəy məscidinin axundu təyin etmişdir.
Cavid Nuruyev
Cavid Əşirəf oğlu Nuruyev (3 mart 1998, Şərur, Naxçıvan Muxtar Respublikası – 4 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Nuruyev 1998-ci il martın 3-də Şərur şəhərində anadan olub. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Cavid Nuruyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Cavid Nuruyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Nuruyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cavid Nəcəfov
Cavid Nəcəfqulu oğlu Nəcəfov (1929, Novxanı – 21 may 2007) — dövlət xadimi Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəisi. Əslən Novxanı kəndindən olan C.Nəcəfov 1929-cu ildə Bakı şəhərində anadan olub. Onun Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib. Ona görə də balaca Cavid çox çətinlik və ehtiyac içində, öz zəhməti, ağlı və biliyi sayəsində 1947-ci ildə orta məktəbi başa vurur və indiki Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsinə daxil olur. 1952-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra C.Nəcəfov elə həmin il əmək fəaliyyətinə başladı. İlk olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator kimi işə qəbul edilib. 1953–54-cü illərdə həmin nazirlikdə böyük mühəndis vəzifəsinə keçirildi. Bu illərdə öz işgüzarlığı və zəhmətkeşliyi ilə digər işçilərdən fərqlənirdi. Ona görə də 1954–55-ci illərdə onu Karyaqin (indiki Füzuli) rayonunda MTS — da baş mühəndis vəzifəsinə təyin edirlər. Bundan sonra 1955–61-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra isə "Mexanizasiya və elektrifikasiya" idarəsində rəis müavini – baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
Cavid Osmanov
Cavid Osmanov (6 fevral 1975, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Osmanov Cavid Həmid oğlu 6 fevral 1975-ci ildə Ağdaş şəhərində anadan olub. 1982-ci ildə Ağdaş şəhəri M. Qorki adına orta məktəbin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, 2000-ci ildə həmin Akademiyanı bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnmişdir. Evlidir. İki övladı var. 2001-ci ilin aprel ayından 2002-ci ilin iyul ayınadək Ağdaş rayon Gənclər, İdman və Turizm idarəsində baş inspektor, 2002-ci ilin iyul ayından 2005-ci ilin iyul ayınadək həmin idarənin rəisi vəzifəsində çalışmışdır. 2005-ci ilin dekabr ayından 2006-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi, 2006-cı ilin iyul ayından 2016-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 18 iyun 2016-cı il tarixdə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və deputat seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi təsdiqlənmişdir.
Cavid Paşayev
Cavid Vəlican oğlu Paşayev (1 yanvar 1997; Gülməmmədli, Cəlilabad, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Paşayev 1 yanvar 1997-ci il tarixdə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub. 2015-2017-ci illərdə müddətli hərbi xidmətdə olmuşdur. Evli idi, ölumundən sonra oğlan övladı dünyaya gəlmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cavid Paşayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabadda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
Cavid Abdullayev (general)
Cavid Mirhəmzə oğlu Abdullayev — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini. Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2005-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli Sərəncamı ilə Cavid Abdullayev "İgidliyə görə" medalı ilə təltif edildi. Cavid Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini — Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsində təyin edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayevə "general-mayor" hərbi rüstəbi verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 28.08.2013-cü il tarixli Sərəncamı ilə Cavid Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Cavid Abdullayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Qarabağ" ordeni ilə təltif edildi. Cavid Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edildi.
Cavid Bayramov (şəhid)
Cavid Bayramov (29 iyun 1997, Bakı – 8 oktyabr 2020, Füzuli) – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Bayramov 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. Cavid orta təhsilini Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbində almış və ali təhsilini 2018-ci ildə Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirmişdi. Cavid Vətənini qorumaq üçün 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Cavid Hüseynov (Hümbət oğlu)
Cavid Hümbət oğlu Hüseynov (12 dekabr 1993, Alakol, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2000–2011-ci illərdə N. Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət edirdi. Cavid Hüseynov məharətli snayperçi idi. O, snayper təlimatçısı olub; dəfələrlə "Ən yaxşı snayper" fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Cavid Hüseynov (baş çavuş)
Cavid Habil oğlu Hüseynov (1 aprel 1994, Hamarqışlaq, Cəlilabad rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Çavuşu, Tankçı, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Cavid Hüseynov 2016-cı ildə yenidən Azərbaycan Respubilkasının ordu sıralarına qayıdır. Azərbaycan Respubilkasının Silahlı Qüvvələrində Baş çavuş və Tank Atıcısı kimi xidmətə başlayır. Xidmət müddətində komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, medal və diplomlarla təltif olunub. Subay idi. Ailədə iki qardaş və evin kiçik oğlu idi. Cavid Hüseynov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Cavid Hüseynov (futbolçu)
Cavid Hüseynov (9 mart 1988[…], Qaracallı, Cəbrayıl rayonu) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Şamaxı Fk" klubunda Baş Məşqçi Çalışır. Azərbaycanlı Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1 iyun 2019-cu ildə Hüseynov "Qəbələ" klubu ilə yollarını ayırmışdır. Bir neçə gün sonra o, "Zirə" klubu ilə iki illik müqavilə imzalamışdır. 22.06.2022 Tarixindən Şamaxı FK klubunun baş məşqçisidir. Qəbələ FK Futbol üzrə Azərbaycan Kuboku 2018–19 2012-ci ilin yayında Hüseynov iki illik müqavilə imzalayaraq TFF Birinci Liqa təmsilçisi Adana Dəmirspora keçdi. 5 iyul 2014-cü ildə Hüseynov Qəbələ ilə bir illik müqavilə imzaladı. 17 oktyabr 2016-cı il tarixində, 2016–17 mövsümünün sonuna qədər Qəbələ ilə yenidən müqavilə imzaladı.
Cavid Hüseynov (çavuş)
Cavid Habil oğlu Hüseynov (1 aprel 1994, Hamarqışlaq, Cəlilabad rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Çavuşu, Tankçı, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Cavid Hüseynov 2016-cı ildə yenidən Azərbaycan Respubilkasının ordu sıralarına qayıdır. Azərbaycan Respubilkasının Silahlı Qüvvələrində Baş çavuş və Tank Atıcısı kimi xidmətə başlayır. Xidmət müddətində komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, medal və diplomlarla təltif olunub. Subay idi. Ailədə iki qardaş və evin kiçik oğlu idi. Cavid Hüseynov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Cavid Hüseynov (əsgər, 1993)
Cavid Hümbət oğlu Hüseynov (12 dekabr 1993, Alakol, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2000–2011-ci illərdə N. Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət edirdi. Cavid Hüseynov məharətli snayperçi idi. O, snayper təlimatçısı olub; dəfələrlə "Ən yaxşı snayper" fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Cavid Hüseynov (əsgər, 2001)
Cavid Natiq oğlu Hüseynov (3 aprel 2001, Tovuz – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2007–2016-cı illərdə Tovuz şəhərində N. Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016–2018-ci illərdə M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvondo üzrə gənclər arasında Respublika çempionu olub. Subay idi. Cavid Hüseynov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Digər lüğətlərdə