Cavid Ədalət oğlu Behbudov (12 aprel 1994, Qızılca, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.
Cavid Behbudov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1994 (30 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Behbudov Cavid Ədalət oğlu 12.04.1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində anadan olub. 2008–2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illər ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib. 2015-ci ilin iyun-dekabr ayları ərzində Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə təhsil alıb. 2016-cı ilin yanvar ayından 2019-cu ilə qədər Ağstafada N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edib. Daha sonra xüsusi təyinatlı korpusun qrup komandiri olaraq Azərbaycan Ordusunda xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri olaraq döyüşlərdə iştirak edib. Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-nə qədər Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb. Oktyabrın 25-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi yaxınlığında yaralanıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Cavid Behbudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Behbudova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Behbudov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Behbudov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Behbudov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Behbudov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.