Cild

1) kitab cildi (poliqrafiyada) – içərisində kitab bloku yerləşdirilən möhkəm və adətən bərk qabıq; karton, parça, kağız, polimer və digər cild materiallarından hazırlanır; 2) kitabın üzü, üz qabığı; 3) böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri; 4) don, qiyafə.
Cihaz
Çertyoj
OBASTAN VİKİ
Cild
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Cild (kitab)
Cild (yun. τόμος — hissə, bir kəsim) — çoxcildli kitabın ayrıca bir kitab halında olan hissəsi. Bir cilddə verilən material böyük bir materialın bir hissəsi olmaqla yanaşı, ayrıca bir tamı əhatə etməlidir. Cildləmə sahəsi - (ing. gutter; rus. поле переплета) — sənədin iki qonşu səhifəsi arasında cildləmə üçün nəzərdə tutlmuş boşluq və ya iç sahə. Hər bir cild ayrıca olaraq bir saydan başalyaraq nömrələnir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan təhsil tarixi (II cild)
Azərbaycan təhsil tarixi (II cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin ikinci cildi. "Azərbaycan təhsil tarixi" adlı kitabın II cildi sovet hakimiyyəti illərində Azərbaycanda təhsil quruculuğundan, təhsil sisteminin mahiyyətindən bəhs edir. Kitabda 1768 azərbaycanlı haqqında məlumat var. Kitabın II fəsli Azərbaycanda internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülündən və inkişafından bəhs edir. Azərbaycanda, internat məktəblərin tarixi 20-ci illərdən başlanır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1926-cı il 6 yanvar tarixli qərarı ilə qəbul edilmiş "Kəndli gənclər məktəbləri haqqında" Əsasnaməyə görə məktəblərin nəzdində kəndlərdən gələn uşaqlar üçün internat tipli yataqxanalar təşkil edilməsi nəzərdə tutulmuşdu. Sonralar bu tipli məktəblərin təcrübəsi əsasında internat məktəblər yaradıldı. Kitabda sənaye, kənd təsərrüfatı və tibb kadrları hazırlayan orta ixtisas məktəblərinin onilliklər üzrə inkişaf dinamikası və həmin məktəblərdə digər müttəfiq respublikalar və xarici ölkələr üçün kadr hazırlığı ilə bağlı kifayət qədər ətraflı məlumat verilir. Kitabın yazılmasında məqsəd Azərbaycan təhsil tarixinin şərəfli keçmişini, bügünkü nailiyyətlərini aydın göstərməkdir. Hər bir vətəndaş ötən əsrlərdə ziyalılarımızın necə çətinliklərlə qarşılaşdığını, millətin balalarını təhsilə cəlb etmək üçün hansı məhrumiyyətlərə dözdüyünü bilsin.
Azərbaycan təhsil tarixi (I cild)
Azərbaycan təhsil tarixi (I cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin birinci cildi. Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400 nəfərdən çox ziyalımızın adı toplanmış siyahı təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından çox qiymətlidir. Görkəmli maarif fədailərimizin , mütəfəkkirlərimizin və pedaqoqlarımızın həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və casarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar. Kitabda təhsilimizin inkişafında müstəsna xidmətləri olan bu böyük şəxsiyyətlər və digər ziyalılar haqqında portret-oçerklər verilmişdir. "Azərbaycan təhsil tarixi" çoxcildliyi bir orjinal xüsusiyyəti ilə də oxucuların diqqətini çəkəcəkdir: indiyədək çap olunmuş əsərlərin, məqalələrin, dərsliklərin, əlavə oxu materiallarının əksəriyyətində tarixi şəxsiyyətlərin, müəlliflərin, tədqiqatçıların soyadları tam, ad və ata adı isə inisiallarla verilirdi. Birinci cilddə qədim dövrdən 1920-ci ilin aprel işğalına kimi təhsilin inkişaf mərhələləri təhtil edilir. "Azərbaycan təhsil tarixi" Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda 1080 azərbaycanlı haqqında məlumat var.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild
Antropodermik cildləmə
Antropodermik cildləmə — insan dərisindən hazırlanan kitab cildləmə üsuludur. Bu üsul hal-hazırda istifadə olunmasa da, XVII—XIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunurdu. Adətən bu cür cildləmə anatomiyaya dair elmi əsərlərdə daha çox istifadə olunurdu. Həmçinin məhkumların cinayət işlərinin nüsxələri elə öz dəriləri ilə cildlənirdi. Buna misal, 1827-ci ildə İngiltərədə baş vermiş "qırmızı anbarda qətl" hadisəsindəki materiallar edam edilmiş cinayətkar Uilyam Korderin (ing. William Corder) dərisindən cildlənib. Bəzən bu cür kitabları mərhumun razılığı və vəsiyyəti ilə də hazırlayırdılar.
Azərbaycan Tarixi (Yeddi cilddə)
Azərbaycan Tarixi — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası. I cild Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır. II cild Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur. III cild Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur. IV cild Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı.
Cildəbaxan (Sərab)
Cildəbaxan (fars. جلده باخان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 784 nəfər yaşayır (161 ailə). Sərab şəhristanının Mərkəzi bölgəsinin Molla Yaqub kəndistanında, Sərab şəhərindən 13 km cənub-şərqdədir.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Re:Zero -Starting Life in Another World- cildlərinin siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyasıdır. Ranobe seriyası əsasında 3 manqa adaptasiyası və bir neçə spin-offu istehsal olunmuşdur. Ranobe ilk öncə Tappey Naqatsuki tərəfindən "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlanırdı və 20 aprel 2012-ci ildən yayımlanmağa davam edir. 1 aprel 2016-cı ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 429 fəsil) yayımlanmışdır. Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 25 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. 2023-cı ilin sentyabr una kimi ranobenin seriyasının otuz beş cildi, eləcə də, beş yan hekayə cildi və yeddi qısa hekayə kolleksiyası nəşr olunub. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Azərbaycan Tarixi (7 cilddə)
Azərbaycan Tarixi — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası. I cild Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır. II cild Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur. III cild Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur. IV cild Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı.
Molla Nəsrəddin Ensiklopediyasi X cilddə
Molla Nəsrəddin satirik jurnal X cilddə

Digər lüğətlərdə