Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy)Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. == Məzmun == Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Cild (kitab)
Cild (yun. τόμος — hissə, bir kəsim) — çoxcildli kitabın ayrıca bir kitab halında olan hissəsi. Bir cilddə verilən material böyük bir materialın bir hissəsi olmaqla yanaşı, ayrıca bir tamı əhatə etməlidir.Cildləmə sahəsi - (ing. gutter; rus. поле переплета) — sənədin iki qonşu səhifəsi arasında cildləmə üçün nəzərdə tutlmuş boşluq və ya iç sahə. Hər bir cild ayrıca olaraq bir saydan başalyaraq nömrələnir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. II cild — Məhəmməd Hadinin (1879–1920) əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələrindən bəhs edən kitab. == Haqqında == XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin ən parlaq və universal zəkalarından olan, “Hürriyyət əndəlibi” adlandırılan, yaradıcılığa başlayarkən özünə “Hadi” təxəllüsünü götürən (ərəbcə doğru yol göstərən, düz yola çağıran, bələdçi) və təxəllüsün daşıdığı mənalara bütün yaradıcılığı boyu sadiq qalan Məhəmməd Hadi Azərbaycan romantizminin inkişafında mühüm xidmətlər göstərmişdir. Kitaba 1905–1919-cu illərdə Bakıda nəşr olunmuş "Həyat", "Füyuzat", "Təzə həyat", "İttifaq", "Tərəqqi", "Səda", "İqbal", "İqdam", "Bəsirət", "Sovqat", "Açıq söz", "Azərbaycan", İstanbulda çıxan "Sabah", "Tənin" və "Məhtab" kimi mətbuat orqanlarından toplanmış, ərəb qrafikasından transliterasiya olunaraq tərtib olunan dörd bölmədən ibarət kitabın birinci – "Publistikası" bölməsinə 91, ikinci – "Nəsr əsərləri" bölməsinə 12, üçüncü – "Ədəbi-tənqidi məqalələri" bölməsinə 9, dördüncü — "İqtibas və tərcümələr" bölməsinə 13 əsər daxil edilmişdir. Əsərlər izah və şərhlər yazılmaq, mənbələri göstərilməklə xronoloji ardıcılıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Məhəmməd Hadinin əsərlərində fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevadır. == Əhəmiyyəti == Məhmməd Hadi irsinin böyük bir hissəsini təşkil edən publisistikası, bədii nəsri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri müxtəlif münasibətlərlə tədqiq olunsa da, indiyə kimi kitab halında nəşr olunmamış, ədəbi-elmi ictimaiyyətə çatdırılmamışdır. Müəllifin əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri salınmışdır.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. I cild — XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcı və başçılarından olan Məhəmməd Hadinin (1879–1920) orijinal poetik əsərləri, mənsur şeirləri, məktubları və poetik tərcümələri daxil edilmiş kitab. == Haqqında == Cildin tərtibində Məhəmməd Hadinin 1978-ci ildə "Elm" nəşriyyatının buraxdığı "Seçilmiş əsərləri"nin birinci cildi əsas götürülsə də, buraya həmin nəşrdə gedən şeirlərdən əlavə müəllifin kiril və latın əlifbaları ilə çap olunan kitablarına düşməyən 64 şeiri, 4 mənsur şeiri, 3 məktubu, 5 poetik tərcüməsi daxil edilmişdir. 1978-ci il çapında dərc olunan əsərlər ilk mənbələrlə tutuşdurularaq onlardakı səhvlər və təhriflər islah olunmuş, ixtisarlar bərpa edilmişdir. Kitabın elmi məsləhətçi və ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, tərtib edənlər AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov və filologiya elmləri doktoru, professor İslam Qəribli, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. == Əhəmiyyəti == Əsərlərin, demək olar ki, əksəriyyətinin müxtəlif mətbuat orqanlarında, müəllifin sağlığında və ölümündən sonra çap olunan kitablarda çıxan mətnləri əldə edilmiş, həmin mətnlər əsas mətn kimi götürdüyümüz 1978-ci il çapı ilə tutuşdurulmuş, “Seçilmiş əsərləri”nin I cildindəki təhriflər, yanlışlıqlar islah edilmiş, ixtisarlar ilk mənbələr əsasında bərpa olunmuş, izah və şərhlər genişləndirilmiş, əhatəli lüğət hazırlanaraq nəşrə əlavə olunmuşdur. Məhəmməd Hadinin elə əsərləri var ki, onlar bir neçə yerdə çap olunmuş, bəzən əsərlərin mətnində ya müəllif, ya da naşirlər tərəfindən yerdəyişmələr, 22 ixtisar və artırmalar olmuşdur. Müəllifin sağlığında çap olunmuş əsərlərin mətnini mümkün qədər bərpa edilməyə çalışılmış, əsərlərin hansı mənbələrdən götürüldüyünü fərq və nüsxələri göstərilmişdir.
Bir dəfə görmək... (film, 1984)
Bir dəfə görmək... qısametrajlı sənədli televiziya filmi rejissor Nicat Əliyev tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır. == Məzmun == Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır, onlara qədim Naxçıvanın, bağlar diyarı Qarabağın, başı qarlı Kəlbəcərin və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri ilə tanış edir.
1905-ci ildə
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes. Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub. Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır. Əsəri rus dilinə İqor Peçenev tərcümə edib. == Yaranma tarixi == Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi.Cəfər Cabbarlı etiraf edirdi ki, "1905-ci ildə" pyesini yazarkən, o "1905-ci ildə Bakıda baş verən bütün inqilabi hadisələri" əhatə etmək vəzifəsini özü üçün əsas qoymamışdı. Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir". 1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir. O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı. Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı: == Səhnələşdirilmə tarixi == Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib. Pyesin ilk rejissoru Leninqraddan dəvət olunan rejissor V.V. Lyutse, rəssam P. Ryabçikov isə tamaşanın bədii dizaynını qurmuşdu.
Bir ildə həyat
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. == Məzmun == Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
Azərbaycan Tarixi (Yeddi cilddə)
Azərbaycan Tarixi (Yeddi cilddə) — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası. == Məzmun == I cild Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır. II cild Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur. III cild Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur. IV cild Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı.
Nildə ölüm (film, 1978)
"Nildə ölüm" (ing. Death on the Nile) — rejissor Con Gillerminin filmi. == Məzmun == Nil boyunca üzən paroxodda gənc milyonçu qız öldürülmüşdür. O, yenicə ərə gedib və çoxlu düşməni var. Lakin hadisədə şübhəli bilinən şəxslərin heç biri bu qətli törədə bilməzdi. Elə həmin gəmidə üzən tanınmış xəfiyyə Erkül Puaro bu sirli tapmacanın cavabını tapır. == Film haqqında == Filmdə 5 "Oskar" mükafatı almış aktyor eyni vaxtda çəkilirdi: Piter Ustinov (1960, 1964), Corc Kennedi (1967), Bett Deyvis (1935, 1938), Meqqi Smit (1969, 1978), Devid Niven (1958).
Nildə ölüm (film, 2022)
Nildə ölüm (ing. Death on the Nile) — Aqata Kristinin 1937-ci ildə yazdığı eyniadlı əsərinə əsaslanan ingilis-amerika triller filmi. == İlk baxış == Film COVID-19 pandemiyası səbəbi ilə planlanan tarixdən fərqli vaxtda - 11 fevral 2022-ci ildə yayımlandı.
Azərbaycan Tarixi (7 cilddə)
Azərbaycan Tarixi (Yeddi cilddə) — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası. == Məzmun == I cild Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır. II cild Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur. III cild Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur. IV cild Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı.
2015-ci ildə Azərbaycan
2015 — Azərbaycanda "Kənd təsərrüfatı İli" == Siyasət == == Hadisələr == === Yanvar === 12 Yanvar — 2015-ci il "Kənd təsərrüfatı İli" elan edildi === Fevral === === Mart === === Aprel === 29 Aprel — Bakı şəhəri, Xətai rayonunda yerləşən 58№-li məktəbin XI sinif şagirdi Aytac Babayeva qətlə yetirildi. Hadisə nəticəsində 8 bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçindi === May === 19 May — Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın oldu. Hadisə nəticəsində 15 nəfər öldü, 64 nəfər yaralandı === İyun === 12 — 28 İyun — I Avropa Oyunları (Bakı) Medal sayı: 56 Qızıl - 21 Gümüş - 15 Bürünc - 20 Yer: 2 === İyul === === Avqust === === Sentyabr === === Oktyabr === === Noyabr === === Dekabr === 4 Dekabr — Xəzər dənizində "Günəşli" neft yatağında yanğın baş verdi. Hadisə nəticəsində 16 nəfər vəfat etdi, 17 nəfər itkin düşdü. == Doğumlar == == Vəfatlar == === Yanvar === 1 Yanvar — Siyavuş Qarayev, kimya elmləri doktoru, professor, alim (d. 1942) 2 Yanvar — Gülağa Zeynalov, tarzən (d. 1956) 3 Yanvar — Yaşar Şamilov, Əməkdar məşqçi (d. 1945) 7 Yanvar — Zahid Qaralov, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim (d. 1934) 11 Yanvar — Gülşən Lətifxan, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi (d. 1961) 20 Yanvar — Hafiz Fətullayev, kinorejissor, ssenarist, aktyor (d.
2016-cı ildə Azərbaycan
2016 — Azərbaycanda "Multikulturalizm İli"
2020-ci ildə Azərbaycan
2020 — Azərbaycanda "Könüllülər ili" Azərbaycanda VI çağırış Milli Məclisə seçki 2020-ci ilin payızında keçirilməli olsa da, ölkədə aparılan struktur islahatları çərçivəsində fevral ayında növbədənkənar parlament seçkiləri təşkil edildi. Seçki o zaman Qarabağın erməni qüvvələrinin işğalı altındakı əraziləri istisna olmaqla, 1314 namizədin rəqabət apardığı 125 seçki dairəsində keçirildi. Azərbaycanda 2020-ci ilin ən mühüm hadisəsi əlbəttəki, 28 illik erməni işğalına sona qoyulmasıdır. 2020-ci ilin iyulunda tərəflər arasında bir neçə günlük hərbi toqquşmalar (Tovuz döyüşləri) oldu. Qarşıdurma beynəlxalq vasitəçilərin, xüsusən Rusiyanın müdaxiləsilə dayandırıldı. İkinci Qarabağ müharibəsi ərzində (27 Sentyabr - 10 Noyabr) Azərbaycan qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Tərtər və Şuşa rayonlarında 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 10-da imzalanmış Qarabağ atəşkəs bəyanatı ilə 28 ildir münaqişənin davam etdiyi Qarabağ bölgəsində vəziyyət kökündən dəyişdi, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi. Həmin sənədə görə, Rusiyanın 1960 əsgər, 90 zirehli texnika və 380 hərbi texnikasından ibarət sülhməramlı qüvvələri 5 il müddətinə bölgədə yerləşdirildi. Sənəd müharibə qaçqınlarının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağ bölgəsinə qayıtmasını da nəzərdə tutur. Birgə bəyanata əsasən əldə edilmiş razılaşmalardan biri bölgədəki quru nəqliyyat yollarının bərpası, Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın qərb bölgəsilə Naxçıvan MR arasında Ermənistan ərazisi ilə quru yolunun (Zəngəzur dəhlizi) çəkilməsidir.
2021-ci ildə Azərbaycan
2021 — Azərbaycanda "Nizami Gəncəvi ili" 2020-ci ildə olduğu kimi 2021-ci ildə də çoxlu COVID-19 ştammlarının aşkarlanması səbəbindən COVID-19 korinavirus pandemiyası ağır şəkildə davam etdi. Azərbaycanda COVİD-19 infeksiyası əleyhinə vaksinasiya başladı və uğurla davam etdirildi. İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldildi. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradıldı. Qarabağda sürətli quruculuq bərpa işləri aparıldı. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görüldü. Füzuli Beynəlxalq Hava Limanının və Zəfər Yolunun inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaratdı. Pandemiya səbəbilə təxirə salınan 2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar 3 gümüş, 4 bürünc medala yiyələndilər. 2020 Yay Paralimpiya Oyunları zamanı bu göstərici daha da yüksək səviyyəyə qaldırıldı.
2022-ci ildə Azərbaycan
2022 — Azərbaycanda "Şuşa ili" 2022-ci ildə Azərbaycan Ordusu Ermənistan Ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də personal cəhətdən üstün olduğunu sübut etdi. İstər sentyabr döyüşləri, istərsə digər sərhəd toqquşmaları zamanı bunu açıq şəkildə rəqibə göstərdik. Azərbaycan Qarabağ məsələsində öz qırmızı xətlərini gözləyəcəyini, heç bir qüvvəyə bu bölgədəki maraqlarını, nə də ərazi bütövlüyünü güzəştə getməyəcəyini bildirdi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı və digər lokal əməliyyatlar, Xankəndi-Laçın yolunda aksiyalar ilə bunun bir daha şahidi olduq. Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan ilə birbaşa ikitərəfli əlaqələrin yüksək səviyyəyə çıxarılması prioritet elan olundu. Həmin ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi bir neçə dəfə artıb, siyasi əlaqələr inkişaf edib. 2022-ci ildə daha bir önəmli addım Azərbaycanın unitarlaşması istiqamətində atıldı. Bu ilk növbədə NMR-dəki güc strukturlarının rəsmi Bakıya tabe etdirilməsi, ən son isə Naxçıvan Ali Məclisi sədrinin (Vasif Talıbov) vəzifədən kənarlaşdırılması NMR-nin artıq birbaşa mərkəzdənqaçma meyllərinin qarşısnın alınmasında, Azərbaycanın unitarlaşması və mərkəzi hakimiyyəti güclənməsində çox önəmli addım oldu. Noyabr ayında Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olundu. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərində fəaliyyət göstərən sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq edildi.
2023-cü ildə Azərbaycan
2023 — Azərbaycanda "Heydər Əliyev ili" == Siyasət == Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Mədət Quliyev Elm və Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri — Adil Kərimli Səhiyyə naziri — Teymur Musayev Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — İnam Kərimov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fikrət Məmmədov == Hadisələr == === Yanvar === 5 Yanvar — İlham Əliyev və Mehriban Əliyeva Bakı şəhərinin Yasamal rayonunda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak etdilər 6 Yanvar — İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonunda "Bakı KOB evi"nin açılışında iştirak etdi 11 Yanvar İtaliya müdafiə naziri Quido Krosetto Azərbaycana səfər etdi. İlham Əliyev və Quido Krosetto arasında görüş oldu (Bakı) Muxtar Məmmədov İsrail səfiri təyin edildi Azərbaycanın Kubaya yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim etdi 12 Yanvar — "Arkoz İnşaat Şirkəti" MMC "Gəmiqaya İnşaat" MMC-nin tərkibindən ayrıldı 14 Yanvar Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim etdi Azərbaycanın Vatikana yeni təyin olunmuş səfiri İlqar Muxtarov etimadnaməsini Katolik Kilsəsi rəhbəri Papa Fransiskə təqdim etdi “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı təsis edildi 15 Yanvar — İlham Əliyev BƏƏ-yə səfər etdi: İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu (Əbu-Dabi, BƏƏ) 17 Yanvar — İlham Əliyev İsveçrəyə səfər etdi: İlham Əliyev və "Damen Shipyards Group" şirkətinin icraçı direktoru, səhmdarı Arnaut Damen arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Fortesque Future Industries" şirkətinin sədri Endrü Forest arasında görüş oldu (Davos, İsveçrə) 18 Yanvar İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Latviya Prezidenti Eqils Levits arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Kromatix SA" şirkətinin baş icraçı direktoru Rafik Hanbali arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Carlsberg Group" şirkətinin prezidenti, baş icraçı direktoru Kes t`Hart arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Bernard Luni arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif arasında görüş oldu (Davos, İsveçrə) 18 Yanvar — 2 Fevral — "Qış təlimi-2023" (Qars, Türkiyə) 19 Yanvar İlham Əliyev və Dünya İqtisadi Forumu sədri Klaus Şvab arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Niderland Baş naziri Mark Rutte arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Xorvatiya Baş naziri Andrey Plenkoviç arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Adani Group" şirkətinin sədri Qautam Adani arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Aİ büdcə, administrasiya üzrə komissarı Yohannes Han arasında görüş oldu (Davos, İsveçrə) Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri 2024-cü il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edildi 24 Yanvar Ceyhun Bayramov Özbəkistana səfər etdi: Ceyhun Bayramov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş oldu (Daşkənd, Özbəkistan) İƏT xarici işlər nazirlərinin 26-cı iclası keçirildi (Daşkənd, Özbəkistan) 25 Yanvar — "Shahbulaq Mining" şirkəti təsis edildi 26 Yanvar İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Fransa, Yunanıstan və Meksika səfirlərinin etimadnamələrini qəbul etdi: Fransa səfiri - Ann Buayon Yunanıstan səfiri - Xristos Kapodistrias Meksika səfiri - Mariya Viktoriya Romero Kabalyero Azərbaycanın Cənubi Koreyaya yeni təyin olunmuş səfiri Ramin Həsənov etimadnaməsini Cənubi Koreya Prezidenti Yun Sok Yola təqdim etdi 27 Yanvar Azərbaycanın İrandakı səfirliyinə hücum: Yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror aktı törədildi. Hücum edən şəxs silahla mühafizə postunu yardı və səfirlik əməkdaşlarına atəş açdı. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycana səfər etdi Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadıldı "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flett Azərbaycana səfər etdi. İlham Əliyev və Brüs Flett arasında görüş oldu (Bakı) 28 Yanvar — İlham Əliyev və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi arasında görüş oldu (Bakı) 29 Yanvar İlham Əliyev və Mehriban Əliyeva Macarıstana səfər etdilər Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı 30 Yanvar İlham Əliyev və Macarıstan Prezidenti Katalin Novak arasında görüş oldu (Budapeşt, Macarıstan) İlham Əliyev və Macarıstan Baş naziri Viktor Orban arasında görüş oldu (Budapeşt, Macarıstan) Türkiyə milli təhsil naziri Mahmud Özər Azərbaycana səfər etdi "Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin I Forumu keçirildi (Bakı) === Fevral === 1 Fevral İlham Əliyev və Türkiyə milli təhsil naziri Mahmud Özər arasında videoformatda görüş oldu Milli Məclis Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı ratifikasiya etdi 2 Fevral Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana səfər etdi. İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis arasında görüş oldu (Bakı) Azərbaycanın Əlcəzairə yeni təyin olunmuş səfiri Tural Həsənov etimadnaməsini Əlcəzair Prezidenti Əbdülməcid Təbbuna təqdim etdi 3 Fevral Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası keçirildi (Bakı) Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi (Bakı) Aİ enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər etdi. İlham Əliyev və Kadri Simson arasında görüş oldu (Bakı) İtaliya ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin Azərbaycana səfər etdi. İlham Əliyev və Cilberto Piketto Fratin arasında görüş oldu (Bakı) Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradıldı 6 Fevral — Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradıldı 7 Fevral — İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Konqo, Namibiya, Vyetnam və Laos səfirlərinin etimadnamələrini qəbul etdi: Konqo səfiri - David Maduka Namibiya səfiri - Klemens Xanduukeme Kaşuupulva Vyetnam səfiri - Danq Min Xoy Laos səfiri - Vilavan İyapohe 8 Fevral İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonunda Tofiq Quliyev heykəlinin açılışında iştirak etdi "Dövlət Turizm Agentliyi"nin regional turizm idarələri yaradıldı 10 Fevral — Bakı şəhərində Pakistan sitrus meyvələri festivalı keçirildi 13 Fevral İlham Əliyev Bakı şəhərində "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt-lik ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasimində iştirak etdi İtaliya şirkətlər və "Made in Italy" naziri Adolfo Urso Azərbaycana səfər etdi. İlham Əliyev və Adolfo Urso arasında görüş oldu (Bakı) 14 Fevral İlham Əliyev ölkəmizə yeni təyin olunmuş San-Marino, Qana və Anqola səfirlərinin etimadnamələrini qəbul etdi: San-Marino səfiri - Con Matsa Qana səfiri - Oheneba Lesli Akua Akyaa Opoku-Vare Anqola səfiri - Auqusto da Silva Kunha Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbayvana səfər etdi. İlham Əliyev və İqor Xovayev arasında görüş oldu (Bakı) 15 Fevral — "AzerBlast" MMC tərəfindən Gəncə şəhərində ölkədə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanıldı 16 Fevral — Azərbaycan-Polşa Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirildi (Bakı) 17 Fevral İlham Əliyev Almaniyaya səfər etdi: İlham Əliyev və Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Aİ Şurası Prezidenti Şarl Mişel arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Avropa Ravvinləri Konfransı prezidenti Pinhas Qoldşmit arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və İsrail müdafiə naziri Yoav Qallant arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etdi (Münhen, Almaniya) Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirildi (Budapeşt, Macarıstan) Azərbaycan-Macarıstan Biznes Forumu keçirildi (Budapeşt, Macarıstan) 18 Fevral İlham Əliyev və İraq Kürdüstanı Prezidenti Neçirvan Bərzani arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Avropa İnvestisiya Bankı (EIB) prezidenti Verner Hoyer arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və ATƏT Baş katibi Helqa Maria Şmid arasında görüş oldu (Münhen, Almaniya) Turizm İnformasiya Mərkəzləri ləğv edildi 21 — 22 Fevral — Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Kəlbəcər, Şuşa, Tovuz, Xocavənd və Sədərək rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu 23 — 24 Fevral — "MİNAHACK" hakatonu (Bakı) 23 Fevral — Yeni regional mədəniyyət idarələri yaradıldı 24 Fevral — Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirildi: (Daşkənd, Özbəkistan) Şuşa və Özbəkistanın Xivə şəhərləri qardaşlaşdı 25 Fevral İlham Əliyev Türkiyəyə səfər etdi: İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (İstanbul, Türkiyə) İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfər etdi 26 Fevral İlham Əliyev və İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir arasında görüş oldu (Bakı) Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi.
Çiloe
Çiloe adası́ (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²). == Yerləşməsi == Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır. Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir. Şərqi təpəli düzənliklərdən ibarətdir. Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.
Molla Nəsrəddin Ensiklopediyasi X cilddə
Molla Nəsrəddin Ensiklopediyası — Molla Nəsrəddin jurnalının ensiklopediyası == Haqqında == "Molla Nəsrəddin" ensiklopediyası– Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi–ictimai fəaliyyətinin ensiklopedik kitabıdır "Molla Nəsrəddin" ensiklopediyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlamışdır Kitabın baş redaktoru İsa Həbibbəyli AMEA-nın prezidenti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, tərtib edəni və çapa hazırlayan Vüqar Əhməd, filologiya elmləri doktoru, professor. == Əhəmiyyəti == "Molla Nəsrəddin" ensiklopediyası– Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır "Molla Nəsrəddin" ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın tarixi və ənənələrinə dair hesabat, sabah haqqında bələdçidir. == Məzmunu == Mollanəsrəddinçilik – geniş mənada "Molla Nəsrəddin" ədəbi məktəbinin nizamnaməsi,tənqidi realizm ədəbi cərəyanının əsasnaməsidir. Milli müstəqillik və siyasi-mənəvi azadlıq uğrunda mübarizə aparmaq mollanəsrəddinçilik hərəkatının əsas qayəsidir XX "Molla Nəsrəddin" ensiklopediyası əsrin əvvəllərinin milli-demokratik intibah proseslərinin əsas lokomotivi C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı idi. "Molla Nəsrəddin" ədəbi cəbhəsi XX əsrin əvvəllərində mövcud olan müxtəlif təmayüllü ədəbiyyat və mətbuat meydanında ən davamlı, ardıcıl və mübariz bir hərəkat idi. "Molla Nəsrəddin" ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir. Baş redaktor, görkəmli yazıçı C.Məmmədquluzadənin (1869-1932) səyləri nəticəsində "Molla Nəsrəddin" cəbhəsi ədəbi məktəb səviyyəsinə çatdırılmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir "Molla Nəsrəddin" jurnalı–Cəlil Məmmədquluzadənin və bütün mollanəsrəddinçilərin əsərlərinin çoxcildlik külliyyatıdır.
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
2000-ci ildə (rəsm seriyası)
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
Azərbaycan təhsil tarixi (II cild)
Azərbaycan təhsil tarixi (II cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin ikinci cildi. == İkinci cild == "Azərbaycan təhsil tarixi" adlı kitabın II cildi sovet hakimiyyəti illərində Azərbaycanda təhsil quruculuğundan, təhsil sisteminin mahiyyətindən bəhs edir. Kitabda 1768 azərbaycanlı haqqında məlumat var. Kitabın II fəsli Azərbaycanda internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülündən və inkişafından bəhs edir. Azərbaycanda, internat məktəblərin tarixi 20-ci illərdən başlanır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1926-cı il 6 yanvar tarixli qərarı ilə qəbul edilmiş "Kəndli gənclər məktəbləri haqqında" Əsasnaməyə görə məktəblərin nəzdində kəndlərdən gələn uşaqlar üçün internat tipli yataqxanalar təşkil edilməsi nəzərdə tutulmuşdu. Sonralar bu tipli məktəblərin təcrübəsi əsasında internat məktəblər yaradıldı. Kitabda sənaye, kənd təsərrüfatı və tibb kadrları hazırlayan orta ixtisas məktəblərinin onilliklər üzrə inkişaf dinamikası və həmin məktəblərdə digər müttəfiq respublikalar və xarici ölkələr üçün kadr hazırlığı ilə bağlı kifayət qədər ətraflı məlumat verilir. == Məqsəd == Kitabın yazılmasında məqsəd Azərbaycan təhsil tarixinin şərəfli keçmişini, bügünkü nailiyyətlərini aydın göstərməkdir. Hər bir vətəndaş ötən əsrlərdə ziyalılarımızın necə çətinliklərlə qarşılaşdığını, millətin balalarını təhsilə cəlb etmək üçün hansı məhrumiyyətlərə dözdüyünü bilsin.
Azərbaycan təhsil tarixi (I cild)
Azərbaycan təhsil tarixi (I cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin birinci cildi. == Çoxcildlik haqqında == Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400 nəfərdən çox ziyalımızın adı toplanmış siyahı təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından çox qiymətlidir. Görkəmli maarif fədailərimizin , mütəfəkkirlərimizin və pedaqoqlarımızın həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və casarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar. Kitabda təhsilimizin inkişafında müstəsna xidmətləri olan bu böyük şəxsiyyətlər və digər ziyalılar haqqında portret-oçerklər verilmişdir. "Azərbaycan təhsil tarixi" çoxcildliyi bir orjinal xüsusiyyəti ilə də oxucuların diqqətini çəkəcəkdir: indiyədək çap olunmuş əsərlərin, məqalələrin, dərsliklərin, əlavə oxu materiallarının əksəriyyətində tarixi şəxsiyyətlərin, müəlliflərin, tədqiqatçıların soyadları tam, ad və ata adı isə inisiallarla verilirdi. == Birinci cild == Birinci cilddə qədim dövrdən 1920-ci ilin aprel işğalına kimi təhsilin inkişaf mərhələləri təhtil edilir. "Azərbaycan təhsil tarixi" Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda 1080 azərbaycanlı haqqında məlumat var.
Bir ildə həyat (film, 2020)
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. == Məzmun == Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
Molla Nəsrəddin satirik jurnal X cilddə
Böyük Çillə
Böyük Çillə (az.-əbcəd بویوک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir. == Müddəti == Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir. == Təsviri == Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır.Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyinin qarşısını alır, ziyanvericiləri öldürür, ağacların tez çiçəkləməsinə qoymur.
Kiçik Çillə
Kiçik Çillə (az.-əbcəd کیچیک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir. == Müddəti == Kiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir. == Təsviri == Kiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir. Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür.Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir. Qovrulmuş buğdadan qovut hazırlanır, günəşi və yazı simvolizə etməsi üçün yumurtalar qırmızı və yaşıl rənglərə boyanır. Xıdır Nəbi bayramında qovut və yumurta görünməyən yerə qoyulur ki, Xıdır Nəbi gecə gəlib əlini qovuta bassın və beləliklə də evə bərəkət gəlsin.
Çillə gecəsi
Çillə gecəsi — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, ufuqda üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüsüdür və həmdə qədim roma təqviminin başlanqıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı.
Çində buddizm
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi. Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyqurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir.
Çində din
ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökumət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai yerlərdə təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq toplantılarında təmsil olunmaq və siyasi məsləhət şuralarında dövlət işlərinin bütün səviyyələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. Çin və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur. Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib.
Çində islam
== Çində islam == İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular. 13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır.
Çində nəqliyyat
Çində nəqliyyat — Çin Xalq Respublikasındakı nəqliyyat sistemi və nəqliyyat növləri. == Nəqliyyat şəbəkəsi == Çin Xalq Respublikasında nəqliyyat şəbəkəsi qeyri-bərabər yerləşdirilmişdir. Ölkənin meridional və enlik magistralları şəbəkəsi hesab olunan başlıca nəqliyyat dəhlizləri karkası ölkənin şərqindəki və cənub-şərqindəki iqtisadi cəhətdən mənimsənilmiş ərazisinin böyük bir hissəsini əhatə edir. Çinin digər rayonlarında quru yolları nəqliyyat şəbəkəsi çox seyrəkdir və yaxud da ümumiyyətlə yoxdur. Ölkənin qərb, cənub-qərb və mərkəzi hissəsindəki dağlıq ərazi, şərq və cənub-şərq hissəsindəki girintili-çıxıntılı sahil xətti tunel və körpülərin tikintisini zəruri etmişdir. Çininin sürətli iqtisadi inkişafı həm ölkə daxilində, həm də transsərhəd nəql. axınının intensivləşməsinə, dəniz portları və aeroportlar şəbəkəsinin genişlənməsinə və modernləşdirilməsinə, su, avtomobil və dəmir yolu nəqliyyatı ilə yükdaşımaların konteynerləşməsinin genişlənməsinə səbəb olmuşdur. Bütün nəqliyyat növlərinin yük dövriyyəsi 10 141,9 milyard ton/km (2007), o cümlədən su nəqliyyatının (çay və dəniz nəqliyyatı daxil olmaqla) – 63,4%, dəmir yolu – 23,5%, avtomobil nəqliyyatı – 11,2%, boru nəql. – 1,8%, hava nəqliyyatı – 0,1%-dir. Bütün nəqliyyatı növlərinin sərnişin dövriyyəsi – 2159,3 mlrd.
Çində protestantlıq
== Çində protestantlıq == Protestantlıq Çində XIX əsrdə yayılmışdır. 1842-ci ildən 1932-ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri yaranmışdır. 1900-cü il "Boksçular" üsyanından sonra protestant missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, xəstəxana və digər müəssisələr açmışdılar. Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin xalqının və vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb olurdular. 20-ci əsrin əvvəlində bir neçə uzaqgörən Çin liderləri ölkəsinə və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o dövrdə həyata keçirmək hələ mümkün deyildi. 1950-ci ilin yayında 40 görkəmli Çin xristianı "Yeni Çinin yaradılması üçün Çin xristianlarının etməli olduqları cəhdlər" deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də ruhani olmayanları öz kilsələrini təbliğ etməyə və maliyyə münasibətlərində dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu prinsiplər sonralar "üçqat müstəqillik" kimi məşhur olmuşdur.
Qırməki dərəsi kəsilişi
Qırməki dərəsi kəsilişi Azərbaycanın əsas neft-qaz yataqlarının yerləşdiyi alt pliosenin məhsuldar qatının stratotipik kəsilişini təşkil edir. Bakı şəhərinin Binəqədi rayonunda (Şimali Abşeron) yerləşən və məhsuldar qatın neftlə doymuş horizontlarının stratotip kəsilişini açan Qırməki dərəsi eyniadlı braxiantiklinalının yuyulmuş tağında özünəməxsus erozion landşaft formalaşdırır. Burada məhsuldar qatın alt şöbəsinin (qırməkialtı, qırməki, qırməkiüstü qumdaşlı və qırməkiüstü gilli lay dəstələri) süxurları və qismən də üst şöbənin (fasilə lay dəstəsi və balaxanı lay dəstəsinin alt hissəsi) çö­kün­tüləri Qırməki dağının yamacında üzə çıxır. Kəsilişin tavanında çoxsaylı qatran və bitum təzahürlərinin iştirak etdiyi qədim xəzər (alt pleystosen) terrasının çöküntüləri yerləşir. Kəsiliş çoxsaylı xarici və öz alimlərimizin tədqiqat obyekti olmuş və bu gün də tədqiqat obyekti olaraq qalmaqdadır və məhsuldar qatın stratiqrafiyasının tədqiqi üçün böyük əhəmiyyət kəsb edir.
Qırməki palçıq vulkanı
Qırməki palçıq vulkanı — Balaxanı-Sabunçu-Ramana yatağından qərbdə yerləşib Qırməki silsiləsinin kümbəz vari formalı yüksəkliyini əhatə edir. Yüksəklikdən şimalda eyni adlı təpəli silsilə keçir; silsilədən şərqdə ona paralel geniş və dərin Qırməki vadisi uzanır. Silsilənin digər şaxəsi Qırməki dağının cənub tərəfindən davam edir. Hər iki şaxə cənub-şərqə dönərək Boğ-boğa vulkanının ətəklərində birləşir. Qırməki vulkanının fəaliyyəti haqqında son yüz ildə ədəbiyyatda məlumat yoxdur. Vulkan çox əsrarəngiz və nadir landşafta və olduqca zəngin bioloji müxtəlifliyə malikdir. Abşeron palçıq vulkanlarının heç biri bu qədər zəngin bitki örtüyünə malik deyildir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Çində qadınlar
Çində qadınların həyatı, son Tzin sülasənin islahatları, Cümhuriyyət dövründəki dəyişikliklər, Çin Vətəndaş Müharibəsi və Çin Xalq Respublikasının yüksəlişi səbəbindən əhəmiyyətli dərəcədə dəyişildi. Qadınların azadlığına nail olmaq, ÇXR-nin başlanğıcından bəri Çin Kommunist Partiyasının gündəmindədir. Mao Zedong məşhur sitatda demişdir "Qadınlar səmanın yarısını tuturlar." 1995-ci ildə Çin Kommunist Partiyasının baş katibi Tsyan Tsemin gender bərabərliyini rəsmi dövlət siyasəti əsasında həyata keçirdi. Çin daha böyük gender bərabərliyini əldə etməkdə olduqca müvəffəq olsa da, qadınlar kişilərlə müqayisədə daha aşağı bir status almışdı. == Qadın və ailə == İnqilabdan əvvəl Çində ənənəvi evlilik fərdlər arasında deyil, ailələr arasında bir müqavilə idi. Gələcək bəy və gəlinin valideynləri, iki ailə arasındakı ittifaqa əsaslanaraq nikah qururdular. Həyat yoldaşı seçimi sevgi və cazibə deyil, ailə ehtiyaclarına və potensial həyat yoldaşının sosial-iqtisadi vəziyyətinə əsaslanırdı. Qadının rolu ərinin sosial vəziyyəti ilə bir qədər dəyişsə də, adətən onun əsas vəzifəsi soyadını davam etdirmək üçün bir oğul təmin etmək idi. Evlilik təşkili bir gəlin qiyməti, gəlinin ailəsinə veriləcək hədiyyələr və gəlinin ailəsindən yeni evində istifadə etmək üçün bəzən paltar, mebel və ya zinət əşyaları ilə danışıqları əhatə edirdi. Bir qadının evliliyi üçün pul təzminatı mübadiləsi, satın alma nikahlarında da istifadə edildi.2020 Ümumdünya Xalq Konqresi zamanı Çinin evlilik və ailə qanunları üçün bir sıra əhəmiyyətli dəyişiklikləri ehtiva edən bir mülki məcəllə qəbul edildi.
Çində rəqs
Çində rəqs, bir çox müasir və ənənəvi rəqs janrını özündə əks etdirən çox fərqli bir sənət növüdür. Rəqslər xalq rəqslərindən opera və balet teatrındakı tamaşalara aid bir sıra rəqsləri əhatə edir və xalq şənliklərində, mərasimlərdə və mərasimlərdə istifadə edilə bilər. Çində rəsmi olaraq tanınan 56 etnik qrup var və hər birinin öz xalq rəqsləri var. Ən məşhur Çin rəqslərinə əjdaha rəqsi və aslan rəqsi daxildir. == Tarixi == Çində müxtəlif rəqs formaları mövcuddur ki, onların yaranma tarixləri olduqca qədimdir. Uzun qollu rəqslər kimi bəzi müasir Çin rəqsləri ən erkən dövrlərdə, təxminən Çjou sülaləsinin başlanğıcında qeydə alınmışdır. Erkən dövrün ən vacib rəqsləri Tzin sülaləsindən əvvəl səsləndirilən ritual və mərasimli Yayue idi, lakin bu günə qədər yalnız Konfutsi mərasimlərinin bir hissəsi olaraq ifa olunur. Altı sülalə dövründə (220–589) Çin rəqsləri və musiqisi Orta Asiya mədəniyyətindən güclü şəkildə təsirlənmişdir. Tan Sülaləsi dövründə rəqs sənəti zirvəyə çatdı, bu rəqslər çox müxtəlif idi və Orta Asiyadan gələn rəqslər özlərinə görə populyar idi. Bu dövrdə çox sayda rəqs qeydə alınmışdı, məsələn, Tan sülaləsinin genişmiqyaslı saray tamaşaları bura daxil idi.
Çində səhiyyə
Çində səhiyyə — Çin Xalq Respublikasındakı səhiyyə sistemi. == Statistika == 2006-cı ildə Çin Xalq Respublikasında əhalinin hər 100 min nəfərinə 155 həkim, 111 orta tibb işçisi, 2002-ci ildə isə 11 stomatoloq, 28 əczaçı, 3 mama düşürdü. Səhiyyəyə qoyulan xərc 2003-cü ildə ÜDM-in 4,7%-ni təşkil etmişdir. 2005-ci ildə bu göstərici büdcə hesabına 38%, özəl sektor hesabına 62% maliyyələşdirmədən ibarət idi. 1949-cu ildən etibarən Çin hökuməti əhalinin sağlamlığına böyük təsir göstərmişdir. Sağlamlıqla əlaqəli əsas parametrlər belədir: Mənbə: www.gapminder.org. == Normativ-hüquqi baza == Səhiyyə sisteminin hüquqi tənzimlənməsi ölkənin Konstitusiyası, şəhər qulluqçularının baza tibbi sığortası haqqında ÇXR Dövlət şurasının 1998-ci il tarixli qərarı; tibbi praktika haqqında 1999-cu il tarixli, əhali və ailə planlaşdırılması haqqında 2001-ci il tarixli, dərmanlar haqqında 2001-ci il tarixli, infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi haqqında 2004-cü il tarixli qanunlar; vərəmin profilaktikası, müalicəsi, nəzarəti üzrə tədbirlər haqqında 1991-ci il tarixli qərar və ənənəvi Çin təbabəti haqqında 2001-ci il tarixli Əsasnamə ilə həyata keçirilir. == Xəstəliklər == Ən çox yayılmış infeksiyalar bakterial diareya, əhalinin 10%-ində hepatit B, leptospiroz və malyariyadır. == Ölümlər == Bütün ölüm hadisələrinin 80%-nin səbəbi xroniki xəstəliklərdir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri 2005-ci ildə bədxassəli şişlər, serebrovaskulyar xəstəliklər, travmalar, ağ ciyər və ürəyin işemik xəstəlikləri olmuşdur.
Çində teatr
Teatr sənəti Çin xalqının mənəvi həyatında teatr sənəti mühüm yer tutur. Çin musiqili teatrı (opera) ustalıqla yazılmış mətn və həyata keçirilmə texnikası ilə musiqi, oxuma, rəqs, akrobatika və hərb sənəti təmrinləri elementlərini özündə birləşdirir. Ənənəvi Çin operasında şərtilikdən geniş istifadə olunur, simvolika aktiv tətbiq edilir. Belə ki, məsələn, evə girmə və ya çıxma, pilləkənləri qalxma və ya enmə və s. xüsusi hərəkətlərlə təsvir edilir. Çin ənənəvi teatr formalarından ən mötəbəri Pekin operasıdır. Onun musiqisi, əsasən, zərb alətlərinin böyük emosional effekt yaratdığı orkestr musiqisidir. Əsas zərb alətləri qonq və barabanlardır. Həmçinin ağac və bambukdan hazırlanmış şıx-şıxlardan, simli alətdən (Pekin skripkası) də istifadə olunur. Çin üçün teatr sənətinin yeni forması, meydana gəlməsi 1906-cı ilə aid edilən danışıq dramıdır, hazırda bu incəsənət növü geniş yayılmışdır.
Çində turizm
Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir. Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniya və ABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, Aomın və Tayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990).
Çində təhsil
Çində təhsil — Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Çin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. İlk Çin universitetinin əsası e.ə. 124-cü ildə qoyulmuşdu. Belə ki, həmin vaxt imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Bizim eranın 200-cü ilində isə Çin universitetində 3 min tələbə 7 il ərzində ali təhsil alırdı.Tay Tsunun hökmranlığı dövründə – 627–649-cu illərdə həyata keçirilən əsas dəyişikliklərdən biri imtahan sisteminin geniş miqyasda tətbiq edilməsi idi. Suy imtahanları artıq Kao Tsunun başçılığı altında yenidən qurulmuşdu. O, paytaxtdakı yüksək səviyyəli Suy sistemini canlandırmışdı. Tay Tsunun başçılığı altında məktəblər daha da genişləndirilmiş, yeniləri yaradılmışdır.
Çində urbanizasiya
İslahat və açılış siyasətinin başlamasından sonra Çində urbanizasiya sürətlə artdı. 2020-ci ilədək ümumi əhalinin 60,6% -i şəhər yerlərində yaşayırdı ki, bu da 1978-ci ildəki 17,92%-dən dramatik bir artım idi. 2010-cu ilə qədər İƏİT(İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), hazırda Çində 15 meqapolis olduğunu təxmin edir. == Tarixi == Şəhər əhalisi 1950-1965-ci illərdə təqribən 3-20% arasında artdı. Əhali 1958-1961-ci illərdə kütləvi sənayeləşmə səyləri ilə birlikdə 'böyük sıçrayış' yaşadı. 1965-1975-ci illərdəki Mədəni İnqilab illərində 'paslanma' nəticəsində şəhər əhalisinin artımı azaldı. 1962-1978-ci illərdə təqribən 18 milyon şəhər gəncinin kəndə köçdüyü təxmin edilir. Lakin, 1978-ci ilin sonunda islahatlara başlanıldıqdan sonra şəhər əhalisinin artımı sürətlənməyə başladı. Xarici investisiyaların axını şəhər əhalisinin artımına təkan verən kütləvi məşğulluq imkanları yaratdı. 1990-cı illərdə şəhər əhalisinin artımı yavaşlamağa başladı.
Çində xristianlıq
== Çində xristianlıq == Xristianlıq Çinə hələ VII əsrdə daxil olmuşdur, onu yaymağa bütün avropalılar – portuqallardan tutmuş ingilislərəcən cəhd etmişlər – buna baxmayaraq, o, Çin hökumətinin müqavimətinə görə burada tam yayıla bilməmişdir. Hazırda bu dinin ardıcılları (katoliklər və protestantlar) Çində təxminən 4 mln. təşkil edir.
Çində zəlzələlər
Çində baş verən zəlzələlərin siyahısı
Çində çayçılıq
Çində çayçılıq — Çin Xalq Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay istehsalının həcminə görə Çin Xalq Respublikası dünya bazarında ən böyük istehsalçılardandır. Ölkə hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədi ilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Çində çirklənmə
Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur. == Torpaq çirklənməsi == Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur. == Tullantılar == Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirçək
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Girdə Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Girdə hil
Girdə hil (lat. Amomum globosum) - hil cinsinə aid bitki növü.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. == Morfoloji əlamətləri == Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Girdə zəravənd
Girdə zəravənd (lat. Aristolochia rotunda) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Böyük girdə əzələ
== Həmçinin bax ==
Kiçik girdə əzələ
== Həmçinin bax ==
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Airmed
Airmid və ya Airmid — İrlandiya mifologiyasında şəfa ilahəsi, şəfa ilahı Dian Kextin qızı. O, möcüzəvi bir mənbənin köməyi ilə formorlarla döyüş zamanı əsgərlərə həyat və güc vermişdir.Dian Kext, Oxtriullax və Miax ilə birlikdə Airmed tilsimləri Sleyn quyusunda ölüləri diriltməyi bacaran sehrbazlardan biri idi.
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı.Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijorDigər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Qiymət
Qiymət — satıcının bir vahid mal köçürməyə (satmağa) hazır olduğu pul məbləği. Əslində, qiymət müəyyən bir əmtəənin pula dəyişdirmə əmsalıdır. Qiymət anlayışı əsas iqtisadi kateqoriyadır. Malların könüllü mübadiləsindəki nisbətlərin (nisbət) qiyməti dəyər adlanır. Bu səbəbdən, qiymət malın vahidinin pulla ifadə olunan dəyəri və ya mal vahidinin pul dəyəri və ya dəyərin pul dəyəridir. Gündəlik danışıqlarda qiymət çox vaxt bir məhsulun dəyəri ilə sinonimdir (məsələn, “kibrit nə qədərdir?”) və bu sözlər bir-birinin əvəzinə istifadə edilə bilər. == Qiymətin fəlsəfi anlayışları == Aristotelin iki qiymət anlayışı var: qiymət — artığın dövriyyəsinə xidmət edən mübadilə kateqoriyasıdır (insanın varlığı və çoxalması üçün lazım olmayan hər şey). Digər tərəfdən, bu həqiqətə uyğun olmayan sərvətin ifadəsidir. Foma Akvinski üçün "Ədalətli Qiymət" — xərcləri bərpa etməyə imkan verən bir qiymətdir. Digər tərəfdən, Foma Akvinski, qiymətin alıcının Tanrı ilə nə qədər yaxın olmasından asılı olaraq fərqləndirilməli olduğunu söyləyir.
Qrimes
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.