Düyü həlmi

Şilə növlərindən birinin adıdır. Daha çox Təbriz mətbəxində hazırlanır. Resepti belədir: düyünü yaxşı qaynadıb süzgəcdən, ya da ələkdən keçirərlər, buna duz (ya da şəkər), ədviyyə və kərə əlavə edib yeyərlər. (28, 310)
Dürmək
Epbex
OBASTAN VİKİ
Düyü (cins)
Düyü (qida)
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Düyü Qazmağı
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Düyü afelenxi
Düyü afelenxi (lat. Aphelenchoides besseyi) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Düyü afelenxi ikicinslidir. Erkək nematodun uzunluğu 0,44-0,72 mm, dişininki isə 0,62-0,88 mm-dir. Baş hissə hamardır, çox genişlənmişdir. Ağız boşluğunda xiti stilet yerləşir, stiletin uzunluğu 9-10 mk-dur. Sinir həlqəsi bulbusun arxasında, nematodun bədəninin diametrinə bərabər məsafədə yerləşir. Yumurtalıq qısadır, oositlər bir neçə cərgədədir. Quyruq konusşəkilli olub, iç tərəfdən sivrilənmişdir. Hər iki cinsdə ulduz şəklində düzülmüş 4 çıxıntılı mikro vardır..
Düyü kababı
Düyü kababı (fars. چلوکباب‎) — İran mətbəxinin ən məşhur ənənəvi yeməklərindən biri. Kababın hazırlanması üçün yağdan, düyüdən və pomidordan istifadə olunur. Bu yemək ilk dəfə Naser od Din tərəfindən yeyilib. Bişmiş düyüdən ibarət olan İran yeməyidir. İranın "milli yeməyi" hesab olunur. Ehtimal ki, Qacar ​​sülaləsi dövründə yaradılmışdır. Kababın inqridentləri kərə yağı, soğan, pomidor və yumurtadır. Kabab ilə müşayiət olunan ənənəvi içki, karbonatlı sulardan hazırlanmışdır. Kabab əvvəlcə bişirilir sonra lavaşın içərisinə qoyulur.
Düyü kağızı
Düyü kağızı,adətən düyü hasırı və ya düyü unu kimi,düyü bitkisinin hissələrindən hazırlanmış kağıza işarə edir ki düyülər nazik vərəqələr şəklində düzəldilir və sonra qurudulur.Düyü kağızı əsrlər boyu Vyetnam, Koreya, Çin və Yaponiyada yazmaq ve sənət üçün istifadə olunub.Düyü kağızı Tayland və Vyetnam mətbəxlərində tərəvəzləri bükmək üçün istifadə olunur. Bu vərəqələr əgər suya qoyulsalar yumşaq nişastaya çevrilib və yeməyə uyğun olarlar.
Düyü pudinqi
Düyü pudinqi və ya südlü pudinq müxtəlif kulinariya mədəniyyətlərində tapıla bilən bir desert növüdür.. Düyü pudinqi, Türk mətbəxindəki bir çox südlü desert arasında ən çox yayılmış və ən məşhur olanlarından biridir. Əsas maddələr düyü, süd və şəkərdir. Ölçüləri insanların zövqünə görə dəyişsə də, ümumiyyətlə qəbul edilmiş və qiymətləndirilən ölçüləri, düyü dənələrinin çox sərt olmamaları şərtilə bir-bir ağıza gətirilə bilən vəziyyətdə olmasıdır. Qərbi və Şimali Avropa ölkələrinin mətbəxlərində rast gəlinən düyü pudinqi, xüsusilə Skandinaviya ölkələrində darçın sousu və ya qovrulmuş badam qənnadı məmulatları ilə bəzədilib, yalnız Yeni il ərəfəsində süfrəyə verilir.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Düyü yarması
Düyü yarması — çəltiкdən alırlar, çəltiyin müхtəlif botaniкi sortları biri digərindən forma, ölçü və кonsistensiyasına, həmçinin кimyəvi tərкibinə görə fərqlənir. Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul кimi az miqdarda düyü хırdası əldə edilir. Pardaqlanmış düyünü qabığı çıхarılmış düyüdən pardaqlayıcı maşınlarda rüşeym, meyvə və toхum qılafını, aleyron təbəqəsinin bir hissəsini кənar etməкlə əldə edirlər. Rəngi ağ, səthi isə nahamardır. Cilalanmış düyünü şüşəvari pardaqlanmış düyüdən cilalayıcı maşınlarda emal etməкlə əldə edirlər. Cilalanmış düyü təmiz endospermdən ibarət olub, səthi hamar və parlaqdır. Düyü yarması tez bişməsi və bişdiкdə həcminin çoх artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüкsəк mənimsənilmə qabiliyyətinə və dada maliкdir. Düyü хırdasından duru sıyıqların, dovğa və yarpaq dolması və s.
Qırmızı düyü
Qırmızı düyü – düyü növü. Tərkibində antosian olduğuna görə qırmızı rəngdədir. Adətən təmizlənməmiş və ya qismən təmizlənmiş formada yeyilir, qırmızı kəpək təbəqəsinə malikdir. Qırmızı düyünün qoza bənzər bir dadı var. Bütün kəpəklə yeyilən düyülər arasında ən yüksək qida dəyərinə malikdir. Bəzi qırmızı düyü növləri aşağı qlikemik indeksə malikdir. Düyü yavaş həzm olunur və enerjini yavaş buraxır. Bu, qan şəkəri səviyyəsinin daha yavaş yüksəlməsinə səbəb olur. Qırmızı düyü bədəndəki sərbəst radikalları azaldan yüksək miqdarda antioksidanta malikdir. Həmçinin ağ düyüdən daha zəngin dəmir, maqnezium, kalsium və sink mənbəyidir.
Düyü üsyanları (1918)
Düyü üsyanları (米騒動, kome sodo) – Yaponiyada düyünün bahalaşması səbəbilə 1918-ci ilin iyul-sentyabr aylarında baş vermiş iğtişaşlar. İğtişaşlar o qədər genişmiqyaslı idi ki, Terauçi Masatake kabinetinin istefasına səbəb olmuşdur. Düyü üsyanlarında 1–2 milyon nəfər iştirak etmiş və bir neçə prefektura istisna olmaqla, bütün prefekturaları əhatə etmişdir. Düyü üsyanları Yaponiyada bir çox məhsulun, xüsusilə düyünün qiymətində baş verən artım səbəbilə baş vermişdir. 1917-ci ilin əvvəlindən 1918-ci ilin iyununa qədər Osaka bazarında düyünün qiyməti 2 dəfə artmışdı. 1918-ci ilin avqust ayının ilk 10 günündə düyünün 50% bahalaşacağı proqnozlaşdırılmışdı. Düyünün qiymətində bu gözlənilməz artım iqtisadi çətinliklərə səbəb olmuş, əhalidə düyü tacirlərinə və hökumətə qarşı nifrət yaratmışdır. Çünki düyü tacirləri yerli ehtiyacları nəzərə almaq əvəzinə bazar imkanları güdürdülər, hökumət isə bu vəziyyətə müdaxilə etmirdi. Şikayətçilərin ilk qruplaşması Toyama prefekturasında yerləşən balıqçı qəsəbəsi Uozuda baş tutmuşdur. 23 iyul 1918-ci ildə balıqçıların həyat yoldaşları Osakaya düyü ehtiyatının göndərilməsinə etiraz etmək üçün toplanmışdırlar.