Dürmək

“İçərisinə yağ, pendir və s. yığılıb bükülmüş yuxa, çörək” mənasında Naxçıvan, Gəncə dialekt və şivələrində “dürməy”, Cəbrayıl şivəsində “dürmək”, Şamxor, Oğuz şivəsində “dürməx” formalarında işlənir. -Mənə bir pənir dürməyi ver. (Naxçıvan); - Ə, dürməyi yaxşı tut dana, içinin yağı tökülər. (Cəbrayıl); -Ana o dürməkdən birini də maa ver. (Şamxor) (1, 208) Azərbaycan dilinin dialekt və şivələrində işlənən “dürməkləmək” sözü “yumrulamaq” feili ilə bir sinonimik cərgədə dayanır. Gəncə, Naxçıvan dialektlərində “dürməkləmək” (dürmək qayırmaq), Şəki dialektində “dürmək” sözləri işlənir ki, bunlar da “bükmək”, “bağlamaq” feilləri ilə əlaqədar olaraq yaranmışdır. “Dürmək” sözünün sonunda işlənən “-mək” məsdər şəkilçisi xörək adlarının yaranmasında intensiv şəkildə fəaliyyət göstərən morfemlərdəndir. “Məsdər şəkilçisi kimi dilimizdə geniş fəaliyyətdə olan bu şəkilçi substantivlik keyfiyyətinə görə tarixən feillərdən əşya, alət, vasitə bildirən isimlər də düzəltmişdir; Məs.: qazmaq (aşın qazmağı), çaxmaq (tüfəngin çaxmağı), cırmaq (əldə cırmaq yeri), yemək (xörək mənasında) və s. şəkilçinin –mıq, -mik variantı daha qədimlərə aiddir: dırmıq, kəsmik sözlərində olduğu kimi. Bir sıra sözlərdə kökdən ayrılmır: qarmaq, qaymaq, toxmaq və s.” (13, 59) Dürmək sözü Türkiyə türkcəsində dürüm, başqırd türkcəsində törmə, tutırma, kıstıbay, qazax türkcəsində orama kuymak, qırğız türkcəsində oromo, özbək türkcəsində kuymak, tatar türkcəsində törmə, tutırma, kıstıbay, türkmən türkcəsində yaşlaklı, uyğur türkcəsində yutazı (33, 196-197) formalarında işlənir.
Döymənc
Düyü həlmi
OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.

Digər lüğətlərdə