Oğlanlarının xatirəsi üçün şəhərin tüccarı və əyanı onun dəfnində iştirak edirdi.
Xanların yaralandığı səhnə və dəfn mərasimi Tahirin könlündə silinməz bir iz buraxdı.
□ Dəfn etmək – 1) basdırmaq, torpağa təslim etmək (ölünü).
…Yol kənarında köhnə xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edirlər.
Xədicə əlavə etdi: – Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız.
İki bağın mərzindəki o böyük qarağacın altında dəfn ediniz. ;
2) məc. vaxtı keçmiş, əhəmiyyətini itirmiş bir şey hesab edərək, həmişəlik yaddan çıxarmaq, ortadan qaldırmaq. Köhnə adətləri dəfn etmək.
– İçində dəfn etdi dərdisərini; O bildi, yox imiş yazıya pozu.
Dəfn olmaq (edilmək) – basdırılmaq.
Bizim Novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar.