Ərəbcədir, bizdə “yolquçu”, “ülğucçu” deyiblər. Dəllək sözünün bir mənası ərəbcə “hamamçı”deməkdir. Bir deyim var: “dəvə dəlləklik eylər köhnə hamam içində”. Deməli, söhbət dəvənin hamamçı rolunda çıxış etməsindən gedir. Deyimin bütöv variantı belədir: Hamam hamam içində, / Xəlbir saman içində, / Dəvə dəlləklik eylər, / Köhnə hamam içində. Fikir verin: bir hamamxanada bir neçə otaq olur (hamam içində hamam), xəlbirlə dəni təmizləyirlər və o, samanlıqda qalır, dəllək öz işini bacarmadığı üçün dəvəyə bənzədilir. Bəs niyə başqırxana da “dəllək” deyirik? Çünki hamamçı (dəllək) həm də bu işlə məşğul olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)