DƏM
DƏM
OBASTAN VİKİ
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Azovstal dəmir-polad zavodu
Azovstal dəmir-polad zavodu və ya Azovstal Metallurgiya Kombinatı ( ukr. Mеталургійний Kомбінат Азовсталь , pronounced [ɐˌzɔu̯ˈstɑlʲ] ) ( PFTS: AZST ) Ukraynanın ən böyük polad yayma şirkətlərindən biridir. Metallurgiya zavodu 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu və Mariupolun mühasirəsi zamanı Rusiyanın bombardmanı nəticəsində demək olar ki, tamamilə məhv edilib . Azovstal 1930-cu ildə Ukrayna SSR -in ( Sovet İttifaqı ) Mariupol şəhərində Xalq Təsərrüfatı Ali Soveti Rəyasət Heyətinin ( SSRİ ) qərarı ilə yaradılmışdır və 1933-cü ildə domna sobasında ilk dəmiri söndürəndə istehsala başlamışdır. 1935-ci ilin yanvarında Azovstalda Sovet İttifaqında ilk 250 tonluq əyilmə ocaq sobasının işə salınması ilə polad istehsalına başlandı. Sovet İttifaqı rəsmiləri onun Sovet İttifaqının ən müasir zavodlarından biri olduğunu, həm işçilər, həm də onların ailələri üçün fabrikdən kənarda tikilmiş konstruksiyalar olduğunu iddia edirdilər. Nasistlərin işğalından əvvəl burada 12.000-dən çox işçi evi, məktəblər, kinoteatrlar, xəstəxana və doğum klinikası və iki park olduğu bildirilir. Fabrikdə nüvə hücumuna tab gətirmək üçün nüvə bunkerləri və tunelləri var. İkinci Dünya Müharibəsi zamanı 1941-ci ildə faşist Almaniyası Mariupolu işğal edəndə əməliyyatlar dayandırılmalı oldu . Alman İvan Proqramının bir hissəsi olaraq (1942-1943) fabrik 1942-ci ildən etibarən sursat istehsal etmək üçün istifadə edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol şəbəkəsi
Cümhuriyyət Hökumətinin qərarı ilə 1918 il iyunun 1-dən ölkə ərazisindəki bütün dəmir yol xətləri müstəqil Azərbaycan dəmir yoluna çevrildi. Azərbaycan Dəmir Yolu İdarəsi yaradıldı. Həmin dövrdə Azərbaycan dəmir yollarının ümumi uzunluğu 954,2 km (894,4 versi) idi. Onun 498,2 km-i (467 versi) Qərb (Bakı — Böyük Kəsik), 187,8 km-i (176 verst) Şimal (Biləcəri — Yalama), 189,9 km-i (178 verst) Cənub-qərb (Uluxanlı — Culfa), 51,2 km-i (48 verst) Cənub (Ələt — Zubovka) istiqamətlərinin, 27,1 km-i (25,4 verst) "neft sahəsi"nin (Bakı — Balaxanı — Sabunçu — Suraxanı) payına düşürdü. 1918 ilin sentyabrında Azərbaycan Dəmir Yolu İdarəsinin sərəncamında cəmi 235 parovoz (o cümlədən işlək 52, təmirdə 14, təmir gözləyən 169) və 4092 vaqon (o cümlədən 2075 yük vaqonu, 2017 vaqon-sistern var idi; onların 52%-i istis mara yararlı idi) vardı Müstəqil Azərbaycan Hökuməti təşkil edildiyi ilk gündən ölkənin yol təsərrüfatına rəhbərlik üçün Yollar Nazirliyi yaradılmışdı. Yollar naziri vəzifəsini bütün Hökumət kabinelərində Xudadat bəy Məlik-Aslanov icra etmişdir. 1918 il iyunun 4-də Batumda Azərbaycan, Osmanlı, Gürcüstan və Ermənistan hökumətləri arasında Cənubi Qafqaz dəmir yollarının vaqon-parovoz parkını bölüşdürmək barədə saziş bağlandı. Azərbaycan tərəfindən Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacinskinin imza ladıqları həmin sənədə görə, Cənubi Qafqazın vaqon-parovoz parkı tərəflər arasında, sazişi imzalayan ölkələrin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna uyğun olaraq, bölüşdürülməli idi, lakin Cənubi Qafqaz respublikaları arasında ərazi mübahisələri olduğuna görə sazişin müddəaları reallaşmadı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyəti 1918 il dekabrın 26-da Gürcüstanla ayrıca müqavilə bağladı. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Gürcüstan dəmir yolunun normal istismarı üçün mazut və digər neft məhsulları verməyi öhdəsinə götürdü.
Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir. Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur. Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur. Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.
Aşıq Dəmir
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.
Aşıq Dəmir Gədəbəyli
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.
Aşıq Hüseyn Dəmirçi
Dəmirçi aşıq Hüseyn (1885, Bozalqanlı – 1964) — Azərbaycanlı ustad aşıq. Dəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu kənddə şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. kimi şəxslər də buradandır Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib.
Balakən Dəmiryol Stansiyası
Balakən Dəmiryol Stansiyası — Balakən rayonunda, Bakı-Balakən dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Bağdad dəmir yolu
Bağdad dəmir yolu — XIX əsrdə geniş şəkildə planlaşdırılan və qismən tikilmiş Berlin - Vyana - İstanbul - Bağdad - Bəsrə - Küveyt dəmir yolunun əsas hissəsi. Bağdad dəmir yolu XX əsrin əvvəllərində beynəlxalq siyasətdə mühüm amilə çevrildi. Uzunluğu təxminən 2400 km-dir, Bosforu Fars körfəzi ilə birləşdirir. Müasir Türkiyə, Suriya və İraqdan keçməklə 1600 kilometr (1000 mil) uzunluğa malikdir. Layihənin tamamlanması bir neçə onilliklər çəkdi və Birinci Dünya müharibəsi başlayanda dəmir yolunun nəzərdə tutulan 960 km-nin (600 mil) böyük hissəsi çəkilməmişdi. Bağdada gedən sonuncu yol 1930-cu illərin sonlarında tikilib və İstanbuldan Bağdada gedən ilk qatar 1940-cı ildə yola düşüb. Maliyyə, mühəndislik və tikinti əsasən Alman imperiyası, Deutsche Bank və 1890-cı illərdə İstanbul, Ankara və Konyanı birləşdirən Anadolu Dəmiryolunu (Anatolische Eisenbahn) inşa etmiş Philipp Holzmann şirkəti vasitəsilə təmin edilirdi. Osmanlı imperiyası Ərəbistan yarımadasındakı nəzarətini saxlamaq və Qırmızı dəniz üzərindən təsirini Əhməd Arabi Paşanın başçılığı ilə baş tutan 1882-ci il üsyanından sonra nominal Osmanlı (1914-cü ilə qədər), əslində isə İngiltərənin hərbi nəzarəti altında olan Misir xidivliyinə qədər genişləndirmək istəyirdi. Dəmir yolunun tikintisi tamamlansaydı, almanlar Mesopotamiyadakı perspektivli neft yataqlarını mənimsəyə və Fars körfəzindəki Bəsrə limanı ilə əlaqə əldə edə bilərdilər. Bununla Almaniya özünün şərqdə olan müstəmləkələrinə sərbəst çıxış təmin edərdi.
Brenner dəmir yolu
Brenner dəmir yolu (alm. Brennerbahn‎, it. Ferrovia del Brennero) — Avstriya ilə İtaliya arasında İnsbrukdan Veronaya qədər uzanan dəmir yolu xətti. Berlin-Palermo Transavropa nəqliyyat şəbəkəsinin bir hissəsidir. XX əsrin ortalarında Avstriya-Macarıstan İmperiyasında Tirol və Şimali İtaliya arasındakı sürətli əlaqələri təmin etmək üçün bir dəmir yolu xətti təşkil edilir. Verona ilə Bolzano arasındakı yolun ilk hissəsi 10 iyul 1853-cü ildə Avstriyada dəmir yolları və körpülər inşasında işləyən Südbahnın qabaqcıl işçiləri tərəfindən, Avstriya inşaat mühəndisi Alois Neqrellinin başçılığı altında təsdiq edilir. 23 mart 1859-cu il Veronodan Trentoya və 16 may 1859-cu ildə Trentodan Bolzanaya yol açıldı. Tikinti işləri "k.k. Nord-und SüdTiroler Staatsbahn" şirkəti tərəfindən gerçəkləşdirilir. 1859-cu ilin əvvəlində isə şirkət Südbahnbahna dövr edilir.
Böyük Dəmyə
Böyük Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğal zamanı kənd 14 şəhid verib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Böyük Kəsik Dəmiryol Stansiyası
Böyük Kəsik Dəmiryol Stansiyası — Ağstafa rayonunda, Bakı–Tbilisi dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Böyük dəmrovotu
Böyük dəmrovotu (lat. Chelidonium majus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəmrovotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökləri mil və qol-budaqlı olub, xaricdən qırmızı-qonur, daxili hissəsi isə sarı rənglidir. Gövdəsi 1m-ə qədər, düzqalxan, yuxarıdan budaqlanan, çılpaq, düyünlü və ya tükcüklüdür. Yarpaqları növbəli, yuxarı hissədən göyümtül, oturaq və lələkvari bölünmüş, aşağı hissəsi isə saplaqlıdır. Yarpaq seqmentləri dairəvi yumurtaşəkilli və ya dairəvi-dişciklidir. Çiçək ləçəkləri dörd açıq-sarı, düzgün, uzunluğu 5-10 sm, sadə çətirdən ibarət olmaqla, saplaqlıdır. Kasacığı 2 kasayarpağından ibarət, qınlı, təkyuvalı qutucuqdan ibarət olub, açılan qapayıcı qapağı vardır. Bitkinin bütün hissələrı tünd-sarı rəngli olub, içərisi təbii şirədən ibarətdir.
Böyük Şöllü Dəmirçi
Böyük Şöllü Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969 - cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur. Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol etnonimindən və dəmirçi türk etnonimindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «böyük» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur. Kənddə 1831-ci ildə 338 nəfər, 1886-cı ildə 1318 nəfər, 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Culfa Dəmiryol Stansiyası
Culfa Dəmiryol Stansiyası — Azərbaycan Respublikası, Culfa şəhərində yerləşən vağzal tipli beynəlxalq əhəmiyyətli dəmir yolu stansiyasıdır. Culfanın Cənubi Qafqazda mühüm geostrateji ərazidə yerləşməsi bu bölgədə dəmir yolu əsasında nəqliyyat dəhlizinin yaradılmasında xüsusi rol oynayıb. Xüsusilə keçmiş Çar Rusiyasının İranla iqtisadi əlaqələrində Culfanın əhəmiyyəti danılmaz fakt olaraq hər kəsin yaddaşında qalmışdır. Ümumilikdə Culfa Dəmiryol Stansiyası keçmişdən bu günümüzədək tranzit qovşaq kimi regionda şöhrət qazanmışdır. Qeyd edilməlidir ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisindən sonra Uluxanlıdan Culfaya ilk dəfə dəmir yolu xətti çəkilməyə başlanır. Uzunluğu 189 verst olan və Zaqafqaziya dəmiryollarının tərkibində mühüm hesab edilən bu xəttin çəkilişi 1908-ci il yanvarın 20-də yekunlaşdırılır. Culfa şəhərində yerləşən sinifsiz sahə tipli bu dəmir yolu stansiyası isə 1900-1905-ci illər ərzində inşa edilib, 1908-ci ildən istifadəyə verilir. Həmin ildən Uluxanlı-Culfa xətləri üzrə fəaliyyət göstərən bu stansiya o dövrdə Rusiyanın İranla əlaqələrində mühüm qovşaq kimi maraq dairəsində olur. Buna görə də 1907-ci ildə Araz çayı üzərində yeni körpü tikilir və dəmiryol xətti də bu körpüdən keçməklə İran dəmir yolları ilə birləşir. Birinci Dünya müharibəsi dövründə, daha doğrusu, 1915-ci ildə Culfa-Təbriz dəmir yolu fəaliyyətə başlayır.
Cənubi Qafqaz dəmir yolu
Cənubi Qafqaz dəmir yolu (erm. Հարավկովկասյան Երկաթուղի) — Rusiya Dəmir Yollarının 100 % törəmə şirkətidir. 13 fevral 2008-ci ildə İrəvanda "Ermənistan dəmir yolları" MMC 100% Rusiya dəmir yolları MMC törəmə qolu olan Cənubi Qafqaz dəmir yolları ASC balansına verilmişdir. Bu şirkət bir sıra öhdəliklər götürmüşdür: — Uzunmüddətli effektivliyi və maliyyə qayanaqlığının artırılması; — Xidmətlərin keyfiyyətinin artırılması; — Ermənistan ərazisində nəqliytatın imkanlarının artırılması; — Avropa və Asiya üzrə maşrutların genişləndirilməsi. Yük daşımanın artırılması, mövcud infrastrukturu Ermənistan dəmir yollarının güzəştə verilməsi barədə razılaşmada şirkətin öhdəliklərini lazımınca yerinə yetirməməsi halında Rusiya tərəfinin "57 milyon dolları keçməyən" məbləği ödəməli olduğu qeyd edilir. 2019-cu ilin sentyabrında Rusiya Nəqliyyat Nazirliyi, Rusiya Dəmir Yollarının Ermənistan dəmir yolunun idarə edilməsinə dair müqavilənin erkən ləğv olunma ehtimalını nəzərdən keçirə biləcəyi barədə bir açıqlama verir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiya tərəfi ilə dəmir yolunun idarə olunması ilə bağlı danışıqları davam etdirir. Dəmir yolunun eni — 1520 mm. İşləyən stansiyaların sayı — 55. Sərnişin qatarlarının maksimal sürəti 100 km/saat, minimum 40 km/saatdır.
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həcmində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maqnetit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-metasomatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maqnetit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfidlərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar. Şimali Daşkəsən kobalt yatağı Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Dəmavənd
Dəmavənd (fars. دماوند‎) — Xəzər dənizinin cənubunda, İranın Mazandaran ostanının Amol şəhristanında, Tehran şəhərindən 66 km şimal-şərqdə yerləşən potensial aktiv stratovulkan. Dəniz səviyyəsindən 5 610 m hündürlükdə yerləşir. İranın və Yaxın Şərqin ən yüksək zirvəsi olmaqla yanaşı, həm də Asiyada ən yüksək vulkandır. İran mifologiyasında və folklorunda xüsusi yerə malikdir.
Dəmavənd dağı
Dəmavənd (fars. دماوند‎) — Xəzər dənizinin cənubunda, İranın Mazandaran ostanının Amol şəhristanında, Tehran şəhərindən 66 km şimal-şərqdə yerləşən potensial aktiv stratovulkan. Dəniz səviyyəsindən 5 610 m hündürlükdə yerləşir. İranın və Yaxın Şərqin ən yüksək zirvəsi olmaqla yanaşı, həm də Asiyada ən yüksək vulkandır. İran mifologiyasında və folklorunda xüsusi yerə malikdir.
Dəmavənd şəhristanı
Dəmavənd şəhristanı— İranın Tehran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dəmavənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,860 nəfər və 27,419 ailədən ibarət idi.
Dəmbəlov
Dəmbəlov — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 82 nəfərdir. Yerli əhali oykonimi Dəmbolovu kimi tələffüz edir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmiş kalışların (talışların qolu) Dəmbəlovu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub, "xoş iyli su kənarı" kimi izah olunur. Kəndin adı, sözsüz ki, ərazidəki istiliyi 50 dərəcə olan bulaqla bağlıdır. Oykonimi "yerdən qaynayıb çıxan su kənarı" kimi də izah etmək olar.
Dəmbəran (Sərab)
Dəmbəran (fars. دانباران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,297 nəfər yaşayır (294 ailə).
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Dəmgil
Dəmgil — bitkilərdə, əsasən də meyvə və giləmeyvələrdə rast gəlinən xəstəlik. Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir. Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.

Значение слова в других словарях