DƏNİZ DİBİNİN GEOMORFOLOJİ XƏRİTƏSİ

sualtı relyefin genezisi, inkişaf tarixi və morfologiyasını əks etdirir. D . d. g. x. bir neçə tipi mövcuddur. геоморфологическая карта морского дна geomorphological map of sea floor
DƏNİZ DİBİNİN EROZİYASI
DƏNİZ DÜZƏNLİYİ
OBASTAN VİKİ
Geomorfoloji Skil
Geomorfoloji amillər
Geomorfoloji anomaliya
Geomorfoloji mərhələ
Geomorfoloji rayonlaşdırma
Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
Azərbaycan xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Görüntü xəritəsi
Görüntü xəritəsi- (en. image map ~ ru. карта изображений ~ tr. görüntü haritası) – HTML dilində: görüntü ilə bağlı olan və çıqqıldadıldıqda müəyyən URL ünvanına keçmək üçün xüsusi sahələri (aktiv zonaları) olan qrafik obyekt. Görüntü xəritəsindən istifadə olunması bir neçə istinadın bir görüntüdə saxlanmasına, eləcə də istənilən formalı istinad sahələri yaratmağa imkan verir. Aşağıda verilmiş kod görüntü xəritəsi yaradır və onu konkret görüntü ilə əlaqələndirir: <HTML> <BODY> <IMG width="500" height="200" usemap="#somemap" src="Figures.png"> <MAP name="somemap"> <AREA shape="rect" coords="6, 7, 140, 196" href="Düzbucaqlı"> <AREA shape="circle" coords="239, 98, 92" href="Dairə"> <AREA shape="polygon" coords="386,16, 344,56, 350,189, 385,132, 489,190, 496,74" href="Çoxbucaqlı"> </MAP> </BODY> </HTML> Nəticədə aşağıdakı aşağıdakı fiqur təsvirlərinin üzərində aktiv zonalar alınır: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vinland xəritəsi
Vinland xəritəsi – xəritənin XV əsrə aid olduğu bildirilir. Xəritədə Vikinqlərin Şimali Amerikada kəşf etdikləri ərazilər əks olunmuşdur. Vinland xəritəsi ilə bağlı mühüm iddialardan biri, onun saxta olması və XX əsrin ortalarında hazırlanmasıdır. Xəritədə Afrika, Asiya, Avropa və Qrenlandiya təsvir edilmişdir. Atlantik okeanında yerləşən adalardan biri, şərti olaraq Viland adlandırılmışdır. Xəritədə Avropalıların adaya XI əsrdə gəldiləri göstərilib. Yel Universitetinin və Britaniya muzeyinin professorları xəritənin XV əsrə aid olduğunu təsdiqləmişdilər. Ən mühüm iddialardan biri XVII əsrdə xəritəyə həmin dövürdə olan xəritələrdən bəzi əlavələrin edilməsidir. Xəritənin yazılmasında istifadə olunan qələmin mürəkkəbinin ən çoxu 150 il əvvələ aid olması, bu fikir daha da gücləndirmişdir. Bütün iddialara baxmayaraq, xəritənin XV əsrə aid olduğunu sübut edən dəlillər də çoxdur..
Ptolemeyin xəritəsi
Ptolemeyin xəritəsi — qədim yunan alimi Klavdi Ptolemeyin “Coğrafiya” traktatına əlavə edilmiş dünya xəritəsi. Adı çəkilən traktat eramızın 150-ci ilində yazılmışdır. Xəritədə coğrafi koordinatları ilə birgə təxminən 8000 şəhər və yaşayış məntəqəsi göstərilir. İlkin xəritələr itsə də, traktatın özü XIII-XIV əsrlərin sonunda aşkar edilmişdir. Coğrafi kəşflər dövründən əvvəl Ptolemeyin xəritəsi avropalılar üçün əsas coğrafi məlumat mənbəyi kimi xidmət etmişdir. Məhz onun təsvirlərinə əsaslanaraq, İntibah dövrünün kartoqrafları dünyanın itirilmiş xəritəsini yenidən qurmağı bacarmışdılar.
"Yol xəritəsi" planı
"Yol xəritəsi" planı — İsrail-Fələstin konfliktini həll etmək üçün bir plan. Kvartet (ABŞ, Avropa İttifaqı, Rusiya və Birləşmiş Millətlər Təşkilatı) tərəfindən Yaxın Şərq regionundakı sabitliyi bərpa etmək üçün təklif olunmuşdur. Planın prinsiplərini ABŞ Diplomatik Xidmət Məmuru Donald Blom hazırlasa da, rəsmi olaraq ilk dəfə ABŞ Prezidenti Corc V. Buş 24 iyun 2002-ci ildə öz nitqində qeyd etmişdir. Onun bu nitqi sülh şəraitində İsrail ilə yan-yana yaşayan müstəqil Fələstin dövlətinə çağırış idi: "Yol xəritəsi planı təhlükəsiz İsrail dövləti və öz varlığını müstəqil saxlaya bilən, dinc, demokratik Fələstin dövlətinin maraqlarını təmin edən başlanğıcdır. Bu Yaxın Şərqin uzunmüddətli sülh və təhlükəsizliyi proqresi üçün strukturdur…" "Yol xəritəsi" planı 2005-ci ildən də tez konfliktin sonlandırılmasını nəzərdə tutan üç məqsədyönlü mərhələdən ibarətdir. Buna baxmayaraq, bu proqres, əsaslı plan kimi tərəflərin təmiz niyyətli səylərini, planın öhdəçi kvartetin hər birinə uyğun şəkildə həyata keçirilməsini tələb edərək və bunlardan asılı olaraq aşağidakı mərhələlərdən təşkil olunmuşdur: I mərhələ (ən tez 2003-cü ilə kimi): Fələstinə qarşı zorakılığa son qoyulması; Fələstin siyasi islahatı; israillilərin Fələstin şəhərlərindən çıxarılması və İsrailin ərazi ekspansiyasını dondurması; Fələstin seçkiləri. II mərhələ (ən tez iyun-dekabr 2003-cü il) : Fələstin iqtisadiyyatın bərpasını dəstəkləmək üçün Beynəlxalq Konfransın və müvəqqəti sərhədlərlə müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan prosesin başlanması; regional su ehtiyatları, ətraf mühit və iqtisadi inkişaf, qaçqınlar və silahlanmaya nəzarət daxil olmaqla problemlərdə çoxtərəfli öhdəliyin dirçəlməsi; Ərəb dövlətlərinin İsrail ilə (ticarət ofisləri və s.) pre-intifada əlaqələrini bərpa etməsi. III mərhələ (ən tez 2004–2005-ci illər) : ikinci Beynəlxalq Konfrans; konfliktin daimi status razılaşması və sonu; son sərhədlər üzərində razılıq; Yerusəlimin, qaçqınların və ərazilərin taleyində çox mübahisəli məsələlərin aydınlaşdırılması; Ərəb dövlətinin İsrail ilə sülh danışıqlarına razılaşması. "İsrail Xalqı və Torpaqları Qoruma Birliyinin" təşkil etdiyi konfransda, Yəhudi camaatının qabaqda gələn xaxamları bir yerə gəldi. İsraildəki radikal dincdarların fikrini əks etdirməsiylə bilinən birliyin şərhində, ABŞ-nin "Yol Xəritəsi" sərt bir dillə tənqid olundu.
Azərbaycan Respublikasının Xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Fra Mauro xəritəsi
Fra Mauro xəritəsi (isp. Mapamundi de Fra Mauro) — Venesiyalı rahib Fra Mauro tərəfindən hazırlanmış xəritə. Parça üzərində çəkilmiş xəritə iki metr uzunluğundadır. Xəritə ağac cərcivə ilə əhatə olunmuşdur. Xəritənin bir nüsxəsi rahib Mauro və köməkçisi Andrea Bianko tərəfindən Portuqaliya krallığının kralı V Alfonsa göndərilmişdir. Hazırlanan xəritə 24 aprel 1459-cu ildə Portuqaliyaya göndərilmişdir. Uzun müddət xəritənin harada olması barədə məlumat olmasada, bir neçə əsr əvvəl xəritə Venesiya yaxınlarında yerləşən Murano adasında ki, San Mikel monastrında tapılmışdır. Hal-hazırda xəritə Venesiya şəhərində yerləşən Korer muzeyində sərgilənir. Yaponiya Fra Mauro xəritəsi böyük ehtimal ki,De Virqa xəritəsindən sonra Yaponiyanın göstərildiyi ilk avropalı xəritəsidir.Adaya cimpaqu deyilir.
Piri Rəis xəritəsi
Piri Rəis xəritəsi — 1513-cü ildə İstanbulda Piri Rəis tərəfindən yaradılan dünya xəritəsidir. Xəritədə Avropa və Afrikanın qərb hissəsi, Şimali və Cənubi Amerikanın şərq hissəsi, Atlantik okeanda xırda adaların çoxu təsvir edilmişdir. Xəritə 1929-cu ildə, Topqapı sarayında muzey yaradılanda aşkar olunub.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Azərbaycan xəritəsi (film, 2006)
Azərbaycan xəritəsi qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə Azərbaycan xəritəsinin tarixindən və bu günündən bəhs edilir. Filmdə Azərbaycan xəritəsinin tarixindən və bu günündən bəhs edilir.
Kiçik mükəmməl şeylərin xəritəsi
Kiçik mükəmməl şeylərin xəritəsi (ing. The Map of Tiny Perfect Things) — 2021-ci ildə ekranlara çıxan ABŞ filmi. İki gənc zaman döngəsində ilişib qalıb — eyni günü təkrar-təkrar yaşayırlar. Kyle Allen — Mark Ketrin Nyuton — Margaret Jermaine Harris — Henry Anna Mikami — Phoebe Josh Hamilton — Daniel Cleo Fraser — Emma Jorja Fox — Greta Al Madrigal — Mr. Pepper Kiçik mükəmməl şeylərin xəritəsi — Internet Movie Database saytında.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Dəniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.