Ölü şairlər cəmiyyəti
Ölü şairlər cəmiyyəti (ing. Dead Poets Society) — rejissor Piter Uirin 1989-cu ildə çəkdiyi bədii film.
Ən yaxşı orijinal ssenariyə görə "Oskar", həmçinin film "Ən yaxşı film" və "Ən yaxşı kişi roluna görə" (Robin Vilyams) nominasiyalarında da irəli sürülmüşdür. İlin ən yaxşı filmi və ən yaxşı musiqiyə görə iki "BAFTA" mükafatı.
Filmdə öz şagirdlərini həyatlarını dəyişdirməyə çağıran və onlarda poeziya və ədəbiyyata maraq oyadan ingilis dili və ədəbiyyat müəllimindən danışılır. Filmdəki hadisələr Vermont ştatındakı Velton şəhərinin uydurulmuş akademiyasında cərəyan edirlər.
== Məzmunu ==
Yeddi gənc: Nil Perri (Robert Şon Leonard), Todd Enderson (İtan Houk), Noks Overstrit (Coş Çarlz), Çarli "Yeni möcüzə" Dalton (Geyl Hansen), Riçard Kameron (Dilan Kassman), Stiven Miks (Allelon Ruciero), Cerard Pitts (Ceyms Uoterston) ABŞ-nin məşhur "Wellton" akademiyasının şagirdləridirlər. Akademiyanın əsasında dörd prinsip dayanır: "Ənənə", "Şərəf", "İntizam" və "Kamillik" ("Tradition", "Honour", "Discipline" və "Excellence"). Lakin şagirdlər özləri "Hellton" (tərcümədə — "cəhənnəm") adlandırdıqları məktəbin əsaslarına başqa məna verirlər — "Parodiya", "Dəhşət", "Tənəzzül" və "Zibil" ("Travesty", "Horror", "Decadence" və "Excrement").