Daş kələm boranısı

Sintaktik üsulla yaranmış xörək adıdır. Təbriz mətbəxində bu xörək növünə daha çox üstünlük verilir. Belə ki, daş kələmləri doğrayıb qovururlar, sonra üstünə soğan, bişmiş ləpə, bişmiş ət və pomidor artırırlar. (28, 308)
Dasdana
Daş küftə
OBASTAN VİKİ
Kələm
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Kələm (Vərziqan)
Kələm (fars. كلم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (10 ailə).
Kələm dolması
Kələm güvəsi
Kələm güvəsi (lat. Plutella maculipennis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinə aid olan növ. Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri haqda 1960-cı ilin icmalı və 1961-ci ildə proqnoz məlumatlarına əsasən 1960-cı ildə Abşeronda kələm bitkisinin kələm güvəsi ilə zədələnməsi 60-90% olmuşdur. Kələm güvəsinin kütləvi çoxalmasını Q.Y.Bey-Byenko səciyyələndirərək yazır ki, bir cüt kələm güvəsinin orta məhsuldarlığı 200 yumurta olarsa, 3-4 nəsil verdikdən sonra 1003 və ya 1004 ola bilər. Şübhəsiz ki, nəsildən-nəsilə bu növün miqdarı sürətlə artırır. Kələm güvəsi pup mərhələsini toxuduğu barama içərisində keçirir və orada da qışlayır. Qışlama məhsul qalıqları və yabanı xaççiçəkli bitkilər üzərində gedir. Aprel ayında puplardan çıxan kəpənəklər həmin bitkilərin üzərinə yumurta qoymağa başlayır. Bir dişi fərd hər topada 3-4 ədəd yumurta olmaqla 300-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan I yaş tırtıllar yarpaq toxumasına girib onun içərisində açdığı lağımda yaşayır.
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Kələm milçəyi
Kələm milçəyi (lat. Hylemyia brassicae) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Əsl milçəklər fəsiləsinə aid olan növ. Şəffaf qanadlı, nisbətən orta ölçülü milçəklərdir. Zərərverici pup mərhələsində torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın qızması ilə laqədar 12-14 °C temperaturda qışlama yerlərindən çıxırlar. Qışlama yerlərində çıxış müddəti kələm bitkisinin vegetasiya dövrünə düşür. Qışlamadan çıxan milçəklər qidalanmaq üçün nektarlı bitkilərin üzərinə qonur və həmin bitkilərin çiçək tozcuqları və şirəsi ilə qidalanırlar. Bir neçə gün (2-3) qidalandıqdan sonra cütləşməyə başlayırlar. Cütləşmədən 8-10 gün sonra dişilər yumurta qoymağa başlayırlar.
Kələm mənənəsi
Kələm mənənəsi (lat. Brevicoryne brassicae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Yetkin fərdin uzunluğu 2 mm-dək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsızdır. Ziyanverici cücülərdir. Kələmi və şalğamı zədələyir. Yazda və yayda çoxalır. Payıza yaxın yarpağın altına 1—3 yumurta qoyur. Qışı yumurta mərhələsində keçirir. İldə 8—20 nəsil verir.
Kələm sovkası
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Kələm turşusu
Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur. Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü. Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur. Polşada biqos yeməyinin inqredientidir. Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır. Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur.
Kələm yarpaqyeyəni
Kələm yarpaqyeyəni (lat. Phaedon cochleariae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin yarpaqyeyən cinsinə aid heyvan növü. Formaca şar şəkilli olan bu həşəratın uzunluğu 3–5 mm-dir. Qabaq kürəyi və üst qanadları tünd yaşıl rəngli, başı balaca, bığlarının qurtaracağı qalındır. Sarı rəngli yumurtaları hamar və oval şəklindədir. Uzunluğu 1 mm, eni isə 0,5 mm-dir. Sürfənin arxa hissəsi nazik, sarı, başı isə parlaq, qara rənglidir. Bədəni dörd cərgədə yerləşən tünd rəngli cod tüklərlə örtülmüşdür. Uzunluğu 5,5 mm-dir. Pupu sarı rənglidir.
Kələm yarpağı
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Daş-böyürtkən
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Daş (1977)
Daş — rejissorlar Hafiz Əkbərov və Əsgər Məmmədovun filmi. Dağıdıcı qüvvə rəmzi olan daş müxtəlif dövrlərdə görkəmini dəyişərək(ox, güllə, raket) planetdə yaşayan adamlara dərd-bəla gətirir. Film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. Film mətnsizdir. Film şair Əli Kərimin eyniadlı şeri əsasında çəkilmişdir. Əsərin müəllifi: Əli Kərim Ssenari müəllifi: Sabir Rüstəmxanlı, Paşa Kərimov Quruluşçu rejissor: Hafiz Əkbərov, Əsgər Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Bəstəkar: Xəyyam Mirzəzadə Operator: Rafiq Əmirov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi, Solmaz Hüseynova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya, Firəngiz Quliyeva Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: R. Rəşidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Daş Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey dağının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200–300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbiristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50–60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Daş ana
Daş ana və ya daş nənə – qədim türk qəbilələrində məzar daşı. Daşnənə gələnəyi əsasən qədim kuman (Hakkari) boyları və ortaçağ kuman-qıpçaq boylarında görünür. Türk ellərində(daşnənədən isə imdad istəyirlər).
Daş ata
Daş ata və ya daş baba – qədim türk qəbilələrində məzar daşı. Orta Asiya çölünün köçəriləri məskun nizamlı xalqlardan fərqli bir dünya görüşünə sahib idi. Sözgəlişi onlar ölülərini son yuxularına yatırdacaqları, yerləşmə yerlərinin xaricindəki sıxılmış və hüzn verici qəbiristanlıq anlayışına sahib deyildi. O biri dünyanın varlığına inanır və məzarlarında ölüyə bir baxıma həyat təqdim edirdilər. Ölənin atı, silahları, gündəlik həyatda istifadə etdiyi kimi əşyaları də məzara qoyurlardı. Hətta, bəzi kurganlarda ölünün yanında qadın və xidmətçi cəsədləri də tapıldı. Bunlar ölənlə birlikdə basdırılmış ola biləcəyi kimi, eyni zamanda ölmüş ya da özlərini öldürmüş də ola bilər. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandı. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi.
Daş bulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı. İranda Daşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Daş göbələklər
Daş göbələklər — göbələk formasında olan Tənha qaya. Daş göbələklərin yaranma səbəbi müxtəlif ola bilər: Eroziya, küləyin fəaliyyəti, buzlaqların ekzarasiyası, karst və s. Bu tip təbiət abidələrində dünyanın bir çox ölkələrində rast gəlinir. Daş göbələklərə misal kimi Çulışman, Soltera və s. göstərmək olar.
Daş kreveti
Daş kreveti. (lat. Palaemon elegans) — Əsl krevetlər infradəstəsinə (Caridea), Krevet (Palaemon) cinsinə daxil olan növ. Dənizlərin dayaz hissələrində, duzluğu 1 ‰-dən az olmayan sularda yayılırlar. Əsas Afrikanın Atlantik okean sahillərində, Ümid burnuna qədər olan ərazilərdə yayılmışdır. Avropada isə Norveç sahili, o cümlədən Aralıq, Azov, Qara dənizlərində rastlanılır. 1950-ci illərdən bəri isə Xəzər və Aral dənizi kimi duzlu göllərdə də yayılmağa başlamışdır. XX əsrdə Baltik dənizini nqərb sahillərinidə fəth etmişdir. onlara Kalininqrad körfəzində də rastlanılır. Xəzər dənizində yayılmış iki krevet növündən biridir.