daşdan çıxan bir işi həll etmək

to scrape home с трудом достичь своей цели / с трудом добиться своего
daşa vursan, daşdan keçər*
daşdan çıxır (ağır gedir, çətinliklərlə alınır)
OBASTAN VİKİ
Son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Bank işi
Bank işi (Banking) — İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir: Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri. Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları. == Bankların pul və kapital bazarlarında fəaliyyəti == Müasir kapitalist iqtisadiyyatı funksional təyinatlı bazarlar sistemi kimi çıxış edir. Bu sistemin tərkibində aşağıdakıları göstərmək olar: – istehlak malları bazarı; – istehsal vasitələri bazarı; – xidmətlər bazarı; – əmək bazarı; – elmi-texniki məhsul bazarı; – borc kapitalı bazarı; – qiymətli kağızlar bazarı; – valyuta bazarı; – qiymətli metallar bazarı və s. Burada bizim diqqətimizi ilk növbədə borc kapitalı bazarı cəlb edir. Məlumdur ki, borc kapitalı bazarı (BKB) iqtisadi münasibələrin elə bir sahəsidir ki, burada baş verən əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış edir. Funksional baxımdan, BKB iqtisadiyyatın kreditləşdirilməsinin təmin olunması məqsədilə pul kapitallarının səfərbər edilməsi və yenidən bölgüsünün baş verdiyi bazar münasibətləri sistemidir.
Dreyfus işi
Dreyfus işi — 1894–1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsi ittihamı üzərində qurulan məhkəmə prosesi və bu proses ətrafında baş verən hadisələrə verilən ad. Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür. Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər. Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir. 1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir, lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir. Greatest Newspaper Article of all Time Arxivləşdirilib 2005-11-26 at the Wayback Machine (Journalistic retrospective of Zola's "J'accuse!") Temporal and Eternal by Charles Péguy, translated by Alexander Dru Arxivləşdirilib 2008-02-29 at the Wayback Machine Anya Rous The Rising Celebrity and Modern Politics—The Dreyfus Affair Arxivləşdirilib 2007-05-13 at the Wayback Machine Leslie Derfler, The Dreyfus Affair.
Gömrük işi
Gömrük işi — Gömrükxananın işi. Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsidir. İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə dəyən bu məsələ, əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni narkotik bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət təkcə narkotik alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə də heç bir vəsait xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhzulları (ərzaq malları, dərman preparatları, uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial qayğılara yönəldilməsinə şərait yaratmış olurlar. Eyni zamanda gömrük orqanları təhlükəli tullantıların ölkə ərazisinə gətirilməsinin qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da ölkə əhalisinin həyatının təhlükə altında qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü büruzə vermiş olur. Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı. XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi.
Tuxaçevski işi
Tuxaçevski işi və ya "antisovet trotskiçi hərbi təşkilatı" işi — marşal Mixail Tuxaçevskinin başçılıq etdiyi bir qrup yüksək səviyyəli SSRİ hərbi liderlərinin hakimiyyəti ələ keçirmək üçün hərbi çevriliş təşkil etməkdə ittiham edilməsi ilə bağlı iş. Bu hadisə Qızıl Orduda kütləvi repressiyaların başlanğıcı idi. Bir sıra SSRİ, Rusiya və xarici tədqiqatçılar ittihamı uydurma hesab edirlər. 11 iyun 1937-ci ildə iş üzrə SSRİ Ali Məhkəməsinin Xüsusi Məhkəmə iclasının qapalı iclası keçirilmişdir. Bütün müttəhimlər təqsirli bilinmiş, hökmdən dərhal sonra güllələnmişdir. 1957-ci ildə bütün təqsirləndirilənlər cinayət tərkibinin olmaması səbəbindən ölümündən sonra reabilitasiya edilmişdir. Викторов Б. А. Без грифа «Секретно»: Записки военного прокурора. Возвращение к правде (200000 nüs.). М.: Юридическая литература. 1990.
Tərtər işi
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı. İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil. 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər. Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər. Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür.
XYZ işi
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb. 1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir. Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır. 1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir.
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Əl işi
Bəzən daha dəqiq bir şəkildə sənətkarlıq olaraq ifadə edilən əl işi, faydalı və dekorativ əşyaların tamamilə əl ilə və ya yalnız qayçı, oyma alətləri kimi sadə, avtomatlaşdırılmamış əlaqəli alətlərdən istifadə edilməklə hazırlanan işlərdir. Sənətkarlığın ənənəvi əsas sektorudur və toxuculuq, qəliblənə bilən və sərt materiallar, kağız, bitki lifləri, gil və s. ilə işləmək də daxil olmaqla, öz əlləri və bacarığı ilə əşyaların düzəldilməsi ilə əlaqəli geniş yaradıcılıq və dizayn fəaliyyətlərinə aiddir. Ən qədim əl sənətlərindən biri Dokradır. Bu, Hindistanda 4000 ildən çoxdur hələ də istifadə olunan bir növ metal tökümdür. İranın Sistan və Bəlucistan ostanında qadınlar hələ də kəndin yaxınlığındakı bir arxeoloji sahə olan Kalpurganın 5000 illik saxsı ənənəsinə bənzər nöqtəli bəzəkli qırmızı əşyalar əl istehsalı saxsı məmulatlar hazırlayırlar. Əl sənayesi, maşınları istifadə etmədən yerləşdikləri məkanda insanların ehtiyaclarını ödəmək üçün əl ilə əşyalar istehsal edən sahədir. Bir çox sənətkar təbii, hətta tamamilə yerli materiallardan istifadə edir, digərləri isə müasir, qeyri-ənənəvi materiallara və hətta yüksək səviyyəli sənaye materiallarına üstünlük verə bilər. Əl işi olan bir əşyanın fərdi sənətkarlığı birinci dərəcəli meyardır yəni kütləvi istehsal və ya maşınlar tərəfindən hazırlananlar əl işləri deyil. Tələbələrin ümumiyyətlə və bəzən müəyyən bir sənətkarlıq və ya ticarət sahəsindəki bacarıqlarını və yaradıcı maraqlarını inkişaf etdirmək olaraq görülən əl işləri, həm qeyri-rəsmi, həm də formal olaraq təhsil sistemlərinə inteqrasiya olunur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Yapon işi
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
AbzasMedia işi
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur. 2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.
Kobani işi
Kobani işi (türk. Kobani Davası) — Xalqların Demokratik Partiyasının (HDP) siyasətçilərinin 2014-cü ilin oktyabrında Kobani etirazları zamanı 37 nəfərin ölümünə səbəb olmaqda və "dövlətin birliyini və ərazi bütövlüyünü" pozmaqda ittiham olunduğu hüquqi prosedur. Etirazlar HDP-nin Kobanini mühasirəyə alan İslam Dövlətinə (İD) qarşı Türkiyə hökumətindən dəstək tələb etməsi ilə başlamışdır. Türkiyə hökuməti və prokuroru HDP-nin belə tələbləri terror təşkilatı kimi gördüyü Kürdüstan Fəhlə Partiyasının (PKK) sifarişi əsasında irəli sürdüyünü iddia etmişdir. Etirazlarla bağlı istintaq 2014-cü ildə başlasa da, ittiham aktı 2020-ci ilin dekabrında təqdim edilmiş və məhkəmə prosesi 2021-ci ilin aprelində başlamışdır. 2014-cü ilin oktyabrında Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə İD-nin Suriyanın əsasən kürdlərin yaşadığı Kobani şəhərini mühasirəyə almasına qarşı etirazlar başlamışdır. Suriyadan Türkiyəyə 200 minə yaxın qaçqın daxil olmuşdur. Türkiyə hökumətinin mühasirəyə yanaşması ilə kifayətlənməyən HDP Kobanidə baş verəcək qırğına qarşı etirazlara çağırmışdır. Etirazlar Hürr Dava Partiyasının əks etirazları ilə qarşılanmışdır. HDP Türkiyə Böyük Millət Məclisində etiraz aksiyalarının araşdırılmasını tələb etsə də, onların tələbləri təmin edilməmişdir.
Daşdan Keçən Kağız (1987)
Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Yəhudi məsələsində son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Çex məsələsində son həll
Çex məsələsində son həll (alm. Endlösung der tschechischen Frage‎) — Nasist Almaniyasının Bohemiya və Moraviya protektoratını tamamilə almanlaşdırmaq haqqında planı. Almaniya sosioloqu və antropoloqu Karl Valentin Müller Çexiya xalqının böyük bir hissəsinin ari irqinə mənsub olduğunu və almanlaşdırıla biləcəyini iddia etmişdi. Bu, Almaniyanın yəhudi məsələsinin son həlli ilə tamamilə ziddiyyət təşkil edirdi. Bununla belə, Müller iddia edirdi ki, almanlaşma məcburiyyət olmadan həyata keçirilməlidir və bunun əvəzinə sosial həvəsləndirmə sistemini təklif etmişdi. Mikš, Ing. Josef. "Německo a řešení české otázky" [Germany and the Czech Question] (çex). Křesťanskosociální hnutí. February 2006.
Daşdan keçən kağız (film, 1987)
Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Diplom İşi (1979)
Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.