daşkəsən

is. tailleur m de pierre

Daşkənd
Daşkəsən
OBASTAN VİKİ
Almalı (Daşkəsən)
Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Gəlinqaya (Daşkəsən)
Gəlinqaya — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Gəlin qayası adlı dağın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gəlinqaya kənd kitabxana filialı, Gəlinqaya kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kollu (Daşkəsən)
Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır. == Tarixi == Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.
Kəmərqaya (Daşkəsən)
Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. == Toponimikası == Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib. == Mədəniyyəti == Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.
Mollahəsənli (Daşkəsən)
Mollahəsənli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. Antropooykonim Molla Həsən şəxs adından və mənsubluq bildirən "-li" şəkilçisindən düzəlib. Yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Yerli məlumata görə, kəndi vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs salıb. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Mollahəsənli kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Kənddə Mollahəsənli kənd kitabxana filialı, Mollahəsənli kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir.
Qabaqtəpə (Daşkəsən)
Qabaqtəpə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır. Kənddə XIII-XIV əsrlərə aid qədim Alban kiləsi abidəsi var.Bu abidə kənddə yaşayışın çox qədimdən olduğunu sübut edir. Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi, Qabaqtəpə kənd xəstəxanası fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Quytul (Daşkəsən)
Quytul — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Oykonim türk dillərindəki qiytul (düşərgə) sözü ilə əlaqədardır. Yerli tələffüz forması Qotuldur. Keçmişdə maldar elatlarının yaylaq yeri olduğuna görə belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Quytul kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Quşçu (Daşkəsən)
Quşçu (qəsəbə, Daşkəsən)
Rəsullu (Daşkəsən)
Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Suqovuşan (Daşkəsən)
Suqovuşan (əvvəlki adı: Gedəmiş) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Gedəmiş kəndi Suqovuşan kəndi adlandırılmışdır. Suqovuşan adı kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. Yerli məlumata görə, kəndi vaxtilə Qazax mahalından gəlmiş ailələr salmışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Suqovuşan kənd kitabxana filialı, Suqovuşan kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Yolqulular (Daşkəsən)
Yolqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində kəndin adı Yolqulular olaraq qeyd edilb. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncəçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Yolqullar kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Yolqullar kənd ibtidai məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Çovdar (Daşkəsən)
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. "Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur. Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Çovdar dağının şimal yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Şahkərəm (Daşkəsən)
Şahkərəm — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsini Şahkərəm adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Şahkərəm adlı şəxs salmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqar dağının (Kiçik Qafqaz) yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Şahkərəm kənd kitabxana filialı, Şahkərəm kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Göygöl (Daşkəsən)
Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir. Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur.
Daşkəsən Göygölü
Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir. Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur.
Daşkəsən
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər, Daşkəsən rayonunun inzibati mərkəzi. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır. == Tarixi == İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Daşkəsən (qəsəbə, Daşkəsən)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Tapan (Daşkəsən)
Tapan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndi Rza Nəbi oğlu Tapan adlı şəxs saldığına görə belə adlanmışdır. Kəndin adı "qoyun saxlamaq üçün ətrafı qamışla, yaxud ağac şaxları ilə hasarlanmış üstü açıq yer, axıl" mənasındadır. Azərbaycan dilinin cənub-qərb dialekt və şivələrində "tapan" "qoyunları saxlamaq üçün qamışdan tikilmiş axıl" mənası daşıyır. Azərbaycanın müxtəlif ərazilərində "tapan" sözü ilə bağlı xeyli mikrotoponim (Qubadlı rayonunun Zilanlı və Yuxarı Mollu kəndləri yaxınlığında Tapan dərəsi, Cəbrayıl rayonunun Şahvəlli kəndində Tapan yeri, Laçın rayonunun Birinci Tığik kəndində Tapanlı dağı və s.) də qeydə alınmışdır. Gürcüstan Respublikasının Marneuli rayonununda da Tapan dərəsi mövcuddur. Kəndin digər yerli adı Arazbarıdır. Yerli məlumata görə, kənd XIX əsrdə Qazax mahalından gəlmiş Rza Nəbi oğlu Tapan adlı şəxs tərəfindən köhnə yurd yerində salınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, Qalaca dağının ətəyində yerləşir.
Təzəkənd (Daşkəsən)
Təzəkənd — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Astaf, Çanaqlı və Qaşqaçay kəndlərindən köçüb gəlmiş ailələr kəndi təzə saldığına görə belə adlandırılmışdır. Yerli məlumata görə, kənd 1920-ci ildə keçmiş Bayramlı kəndinin yerində salınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqar silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Təzəkənd kənd klubu fəaliyyət göstərir. Kənddə Heydər Əliyev Fondu hesabına inşa edilmiş 160 şagird yerlik Daşkəsən rayon Təzəkənd kənd Ş.Cavad adına tam orta məktəb fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Təzəkənd tibb məntəqəsi yerləşir.
Yuxarı Daşkəsən
Yuxarı Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Yerli məlumata görə, yaşayış məntəqəsi 1890-cı ildə Aşağı Daşkəsən camaatına məxsus yaylaq yerində salınmışdır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın sahilində yerləşir. Zakir Cəfər oğlu Bağırov Qəsəbədə Yuxarı Daşkəsən qəsəbə kitabxanası və Yuxarı Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Heydər Əliyev Fondu hesabına inşa olunmuş 200 şagird yerlik Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə Z. Bağırov adına tam orta məktəb fəaliyyət göstərir. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Yuxarı Daşkəsən qəsəbə həkim məntəqəsi yerləşir.
Zəylik (Daşkəsən)
Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Oykonim "zəy olan yer" mənasındadır. Kəndin keçmiş adı Pip olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
Çanaqçı (Daşkəsən)
Çanaqçı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Çanaqçı kənd kitabxana filialı, Çanaqçı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Çanaxçı kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Çanaqçı kənd tibb məntəqəsi yerləşir.
Çaykənd (Daşkəsən)
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çıraqlı (Daşkəsən)
Çıraqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çıraqlı kənd inzibati ərazi dairəsində kənd. "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Şaumyan (Daşkəsən)
Yaşayış məntəqələri Azərbaycanda Şaumyan (Qabaqtəpə, Daşkəsən) — Daşkəsən rayonunun Pirverdilər kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Şaumyan (Şaumyan, Daşkəsən) — Daşkəsən rayonunun Gurbulaq kəndinin 7 fevral 1991-ci ilə qədərki adı.
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
Göygöl-Daşkəsən seçki dairəsi
Gəncə-Daşkəsən iqtisadi rayonu
Gəncə-Daşkəsən iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Daşkəsən, Goranboy, Göygöl, Samux inzibati rayonları və Gəncə, Naftalan şəhərləri daxildir. Sahəsi - 5808 km² . Əhalisi - 611,3 min nəfər.Rayonun iqtisadi və siyasi cəhətdən mərkəzi şəhəri Gəncə dir. == Tarix == 7 iyul 2021-ci ilə qədər rayon Gəncə-Qazax iqtisadi rayonu adlanırdı. Ərazisinə Gəncə və Naftalan şəhərləri, həmçinin Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları daxil idi. Gəncə-Daşkəsən iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur. == İqtisadiyyat == İqtisadiyyat Bölgənin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, seolit, bentonit, sement xammalıdır. Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəng-daşı kimi zəngin yataqlara sahibdir. Elektrik enerjisi sənayesi Gəncə və Yenikənd SES-ləri ilə təmsil olunur.
Qaraca (dağ, Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca dağı (Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Quşçu (kənd, Daşkəsən)
Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Quşçu kənd inzibati ərazi dairəsində kənd. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçu kəndinin ərazisindən 56,07 ha (bundan dövlət mülkiyyətində olan 2,5 ha, bələdiyyə mülkiyyətində olan 10,0 ha və xüsusi mülkiyyətdə olan 43,57 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Quşçu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Quşçu (qəsəbə, Daşkəsən)
Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Yaşayış yeri fəhlə qəsəbəsi kimi meydana gəlmişdir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın sahilində yerləşir.
Quşçu bələdiyyəsi (Daşkəsən)
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəmkir-Daşkəsən seçki dairəsi

Digər lüğətlərdə