1. is. Sahildən çıxan çay və ya dəniz suyunun qurunu, ətrafı basması; sel. Güclü yağışlardan sonra çayda daşqın əmələ gəlir.
2. sif. Yatağından kənara çıxan, ətrafı basan; daşmış.
Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir.
İti axan daşqın çaylar onunla ayaqlaşa bilməyib geridə qaldı.
3. sif. məc. Coşqun, güclü, ehtiraslı.
[Kərim baba] …qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi.