1. DANIŞMAQ (müxtəlif mənalarda) O gecəni Zəki Əhmədlə çox xoş keçirdilər. Yedilər, içdilər, müxtəlif mövzularda danışdılar (A.Şaiq); BƏHS ETMƏK Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə... (M.Ə.Sabir); DƏRDLƏŞMƏK (dərdləri haqda danışmaq) Marqarita, qarı ilə bir neçə saat dərdləşdi (Çəmənzəminli); GÖFTGÜ ETMƏK (köhn.) [Əziz bəy:] Buyur, Səkinə xanımın özü ilə göftgü edə bilərsən (M.F.Axundzadə); QONUŞMAQ Çünki müsəlmanca qonuşmaq mana; Eybdir! Öz eybimizi anlarıq! (M.Ə.Sabir); MÜKALİMƏ ETMƏK Molla Həmid: Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil (M.F.Axundzadə); SÖHBƏT ETMƏK (ELƏMƏK) Gəl ikimiz söhbət edək; Duraq üzbarı bəxtəvər (Vəli Miskinli).
2. DANIŞMAQ, ÇIXIŞ ETMƏK, NİTQ SÖYLƏMƏK
3. danışmaq bax söyləmək 2
4. danışmaq bax dinmək