Dağıstan

I

sif. Daghestan m

II

coğ. Daghestan

dağıntılıq
dağıstanlı
OBASTAN VİKİ
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Andreevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həm də şiə məzhəbində etiqad edirlər.
Andreyevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həm də şiə məzhəbində etiqad edirlər.
Marağa (Dağıstan)
Marağa – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Marağa kəndi «„Marağa kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 1791 nəfər təşkil etmişdir. == Tarixi == Kəndin tarixi mənbələrdə VII əsrdə salınması qeyd edilir. Elə ilk yazılı mənbələrdə bu əsrə aiddir. O zaman kənd əlalisinin Ərəbistan yarımadasından gəlməsi qeyd edilir. Mağaralıların Altaydan gəlmiş türk qəbilələri olmaları qeyd edilir.
Qumuq (Dağıstan)
Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. «Qumuq» toponimi türk dilli «Qumuq-Atıköz» meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır. Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi.
Yaxsay (Dağıstan)
Yaxsay (qum. Яхсай) — qumuq kəndi. Yaxsay Xasavyurtun şimalında Axsay çayının sahilində, Çeçenstanla sərhəddə yerləşir. Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar. Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsayda qazi-şəriət hakimi işləyən atası Molla Hüseynin yanına gedir Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə — Şamaxıya qayıdır.
Yengikənd (Dağıstan)
Yengikənd (qum.Янгыгент - yeni kənd), darg. Янгъикент, tat. - Nügədi — Dağıstanın Qaytaq rayonunda kənd. Yengikənd qəsəbə sovetliyinə Yengikənd, Mollakənd, Novaya Barşa, Tuməllər kəndləri daxildir. 1921 ildən qəsəbə soveti mərkəzi. Məcəlis kəndindən 12 km şimalda, Yengiçayda yerləşir. Əhalisi 1161 nəfər (2002). Qumuq kəndidir. XIX əsrdə kənd camaatının mərkəzi olub.
Çudu (Dağıstan)
Çudu - Dağıstan xalqlarının milli yeməyi. Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
Tərəkəmə (Dağıstan)
Tərəkəmələr və ya Tərəkəmə xalqı — Rusiyanın Dağıstan bölgəsində yaşayan Azərbaycan türklərinin etnik qruplarından biri. Onlar tez-tez uzun müddət Qafqazda yaşamış, hal-hazırda Cənubi Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistana yayılmış Qarapapaqların bir hissəsi hesab edilir. Dağıstan yaşayan tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar və onların böyük bir hissəsi köçəri həyat tərzi sürür. Tərəkəmə termini türkmən etnonimi ilə əlaqəlidir. Əvvəlki dövrlərdə bu addan daha geniş anlamda istifadə edilirdi. Əvvəlki dövrlərdə bu ad etnik, tayfa adı kimi işlədilirdi. Azərbaycanda XIX və XX əsrlər boyunca əsasən köçərilərə bu ad deyilməyə başladı. Beləliklə, köçəri sözü tərəkəmə sözü ilə eyni məna ifadə etməyə başladı. Tarixçi və yazıçı A. D. Yeritsov bildirir ki, əslində tərəkəmə termini yerli oturaq əhali tərəfindən ayrı etnos və ya ayrı xalq kimi işlədilməmişdir. Sadəcə yerli əhali köçəriliklə məşğul olan bütün Tatarları (Azərbaycan türklərini) bu adla adlandırmışdır.
Dağıstan adaçayı
Dağıstan adaçayı (lat. Salvia canescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Yarımnövləri == Salvia canescens var. canescens Salvia canescens var.
Dağıstan
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Dağıstan MSSR
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Dağıstan Respublikası
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. == Həyatı == Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Dağıstan azərbaycanlıları
Dağıstan azərbaycanlıları (rus. Азербайджанцы в Дагестане; azərb-kiril. Дағыстан азәрбајҹанлылары) — Azərbaycan türklərinin və ya azərbaycanlılarının Dağıstanda məskunlaşmış bir hissəsi. 2021-ci il siyahıyaalınmasına görə, Dağıstan Respublikasında yaşayan azərbaycanlıların sayı 116.907 nəfərdir. Bu say ilə azərbaycanlılar bölgədə ən çox yayılmış VII etnik qrupdurlar. Dağıstan azərbaycanlıları Dağıstan tarixində mühüm yeri tutmaqdadırlar. Xüsusən Cənubi Qafqazda Türk tayfalarının mövqesinin güclənməsindən sonra Dağıstanda da türklərin və ya azərbaycanlıların mövqeləri güclənməyə, yeni yaşayış məntəqələri meydana çıxmağa başlamışdır. Səfəvi imperiyası və ya onlardan sonrakı Əfşar sülaləsi dövründə bölgəyə hərbi yürüşlərin həyata keçirilməsi regiondakı azərbaycanlı varlığını daha da gücləndirmişdir. Dağıstanın mədəni və siyasi yaşayışında Azərbaycan türkcəsi də mühüm rol oynamışdır. Dağıstanın digər yerli xalqlarının dillərinə güclü təsir etməklə bərabər, uzun müddət əsas yazı və ünsiyyət dili funksiyasını yerinə yetirmişdir.
Dağıstan bayrağı
Dağıstan Respublikasının bayrağı Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət simvoludur. == Bayrağın rəngləri == 19 noyabr 2003-cü il tarixli 27 saylı "Dağıstan Respublikasının Dövlət Bayrağı haqqında" Dağıstan Respublikası bayrağının rəngləri bunlardır:. == Simvolu == Yaşıl rəng həyatı, Dağıstan torpağının bolluğunu təcəssüm etdirir və eyni zamanda İslamın ənənəvi rəngi kimi çıxış edir (Dağıstanlı möminlər əsasən sünni müsəlmanlardır). Mavi rəng dənizin rəngi (respublikanın şərq hissəsi Xəzər dənizi ilə yuyulur), Dağıstan xalqının gözəlliyini və böyüklüyünü simvollaşdırır. Qırmızı rəng demokratiya, həyat yaratmaq prosesində insan zehninin işıqlandırıcı gücü, Dağlar ölkəsi (Dağıstan) əhalisinin cəsarəti və şücaəti deməkdir. == Tarixi == === Şimali Qafqaz imamlığı === === Şimali Qafqaz əmirliyi === Rusiya imperiyası dövründə Çeçenistanın əksəriyyəti Qroznı ilə birlikdə Terek vilayətinin bir hissəsi idi və öz simvollarına malik deyildi. 1919-cu ilin sentyabrında Çeçenistanın Vedeno kəndində əmir Uzun-Hacı Saltinski Şimali Qafqazın müstəqilliyini və Dağıstanın dağlıq bölgələrini, dağlıq Çeçenistanı və İnquşetiyanın bir hissəsini özündə birləşdirən Şimali Qafqaz əmirliyinin yaradıldığını elan etdi. Əmirlik, Osmanlı imperatorluğunun protektoratı altında Şəriət monarxiyası olaraq yaradıldı. Şimali Qafqaz əmirliyinin bayrağı ağ aypara və üzərində üç ulduz olan yaşıl parça idi. Görüntülərdə bayrağın uzunluğunun eninə nisbəti 2:1-ə yaxındır.
Dağıstan hökuməti
Dağıstan höküməti — 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmış hökumət. Dağıstan vilayəti Rusiya imperiyasının Şimali Qafqazı işğalı zamanı Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə uyğun olaraq yaradılmışdı. == Yaranması == 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmışdır.Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə əsasən yaradılmışdı.Vilayətin əhalisi 1917-ci ilin sonunda, Sovet Rusiyasının bolşevik hakimiyyətini qəbul etməyərək, Şimali Qafqazın digər xalqları, ilk növbədə Terek vilayətinin əhalisi ilə birlikdə müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə qalxdı.1918-ci il mayın 11-də Dağıstan və Terek vilayətlərinin əhalisini təmsil edən ictimai xadimlər Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikası (Dağlılar Respublikası) yaradılmasını elan etdilər.Elə bu zamandan bu respublikanın Azərbaycanla sıx ittifaq yaratması, hətta bir dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı. == Azərbaycanla ilə əlaqələri == 1919-cu il aprelin əvvəlində Denikin Könüllü ordusu Terek vilayətini işğal etdikdən sonra, Dağıstanda artıq süqut etməkdə olan Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı.Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər.Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə bunu gizlində arzu edirdilər.Dağıstanlı zabitlər, o cümlədən Dağlılar hökumətində hərbi nazirin müavini olmuş general M.Xəlilov da bu mövqedən çıxış edirdilər. == Diplomatik münasibətlər == Denikin ordusunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycana birləşmək tərəfdarları da sürətlə artırdı.Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar.Aprelin 29-da Temirxan-Şurada Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirə edildi.Zabitlər Denikinə qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.Dağıstan deputatlarının lideri Məhəmməd Qazi Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 1919-cu il mayın 5-də Bakıdakı müttəfiq qoşunlarının komandanı general Tomson da Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı. == Hökumətin süqutu == Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması, müttəfiqlərin bu məsələyə müsbət yanaşması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik verilməsi vəd edildi, Denikin ordusunun bölgədə başlıca vəzifəsinin bolşeviklərlə mübarizə olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. Belə bir şəraitdə mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi Dağlılar hökuməti istefa verdi.Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general M.Xəlilova tapşırdı.General Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi, Dağlılar Respublikası hökumətini buraxdı və ayrıca Dağıstan hökuməti yaradıldığını elan etdi.
Dağıstan iqtisadiyyatı
Dağıstan iqtisadiyyat — Rusiya Federasiyasında göstəricisinə görə 35-ci yerdədir. (2010).Dağıstan Şimali Qafqaz iqtisadi rayonuna daxildir. Kənd təsərrüfatı məhsullarının həcmi sənaye məhsullarının həcmini dəyərinə görə 2 dəfə üstələyir. Rusiya iqtisadiyyatında Dağıstan üzüm (Rusiya üzrə təqr. 25%, 2004) və tərəvəz (4,9%) yığımına, konyak (18,9%), Şampan şərabları və köpüklənən şərablar (11,4%) istehsalına, davarın sayına (24,1%) görə fərqlənir. ÜRM-in strukturunda (2003,%) k.t.-nın payı 28,3, ticarət, əmtəə və xidmətlərin satışı üzrə kommersiya fəaliyyəti –18,0, qeyri-bazar xidmətləri – 17,1, sənaye – 12,9, tikinti – 9,8, nəql. və rabitə – 7,5, digər sahələr – 6,4. Mülkiyyət formasına görə müəssisələrin nisbəti (təşkilatların sayına görə, 2004,%): özəl 58,3, dövlət və bələdiyyə 37,2, ictimai və dini təşkilatlar (birliklər) 0,2, digər mülkiyyət formaları 4,3. İqtisadi fəal əhali 1090 min nəfərdir, onların 75,8%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturu (%): k.t.
Dağıstan kəklikotu
Dağıstan kəklikotu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda geniş yayılmışdı. == Botaniki təsviri == Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Dağıstan kərtənkələsi
Dağıstan kərtənkələsi (lat. Darevskia daghestanica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 65–70 mm, quyruğu isə iki uzundur. Yuxarı hissəsinin rəngi yaşıl, qəhvəyi və ya boz-küll olur. Əsasən Dağıstanın alp qurşağında, qayalıqlar üzərində, nəm daxili dağlıq və Yüksək dağlıq ərazilərində rast gəlinir. Günlük fəal həyat sürürlər. Sentyabr-oktyabr aylarından başlanan qişlama dövrü aprel ayına qədər çəkir. Əsasən bunlarla qidalanırlar: İkiqanadlılar, Kəpənəklər, Zərqanadlılar, Sərtqanadlılar, Düzqanadlılar və Hörümçəklər. == Klassifikasiya == Əvvəllər bu növ Qafqaz kərtənkələsinin bir yarımnövu(Darevskia caucasica) kimi qəbul edilirdi. Sonradan növ olması təstiqlənmiş və Darevskia caucasica daghestanica adı verilmişdir.
Dağıstan memarlığı
Dağıstan memarlığı—Dağıstan incəsənətinə məxsus bir sahə. == Ümumi məlumat == Erkən orta əsrlərdən hunların Varaçan şəhərinin (İzberbaş ş. yaxınlığında Urtseki şəhərciyi: müdafiə divarları, hamamlar, bütpərəst məbədləri), xəzərlərin paytaxtı Səməndərin (Tarki k. yaxınlığında) xarabalıqları saxlanılmışdır. Cənub-şərqi Avropadan Ön Asiyaya əsas karvan yolunun – Xəzəryanı keçidin önündəki böyük Dərbənd müdafiə sisteminin daş divarları və qalaları (uzunluğu 40 km-dən çox) VI əsrə aiddir. Şərq ölkələri ilə əlaqələrin olması Dərbənd memarlığına təsir göstərmişdir: VI əsrin müdafiə tikiliəri Sasanilər dövrü İranı ilə, VIII–XIX əsrlərin memarlığı ərəb-müsəlman mədəniyyəti (Cümə məscidi) ilə, XIV–XV əsrlərin memarlığı Şirvan ilə bağlı olmuşdur. Yuxarı Çirkey şəhər yerindəki (xəzərlərin Bələncər ş.) və Dərbənddəki kilsə xarabalıqları (hamısı VI–VIII əsrlər) Qafqaz Albaniyasından keçən xristianlığın erkən təzahürləridir. Dağıstanın dağlıq rayonlarında kobud yonulmuş daşlardan inşa edilmiş çoxlu müdafiə tikililəri saxlanılmışdır: müxtəlif təyinatlı dairəvi və kvadrat qüllələr (Xorecaulunda gözətçi qülləsi). XVI–XVII əsrlərə aid qalalar Dağıstandanda çox rast gəlinir (Xuçni, Axtı,Kumux, Xarba-Quran aullarında). Əsrlər boyunca Dağıstanda, əsasən, xalq memarlığı inkişaf etmişdir.
Dağıstan rusları
Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. == Tarixi == Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır.
Dağıstan sürvəsi
Dağıstan teatrı
1910–20-ci illərdə Dağıstanın ayrı-ayrı kəndlərində həvəskar dram dərnəkləri yaranmış və sonralar onların əsasında peşəkar teatrlar formalaşmışdır. Mahaçqalada M. Qorki adına Respublika Rus Dram Teatrı (1925), Qumuq Musiqili Dram Teatrı (1930, 1955 ildən A.P. Salavatov ad.), Lak Musiqili Dram Teatrı (1935, 1952 ildən Ə. Kapiyev ad.), Avar Musiqili Dram Teatrı (əsası 1935-ci ildə Xunzax k.-ndə qoyulmuşdur, 1951-ci ildən H. Sadasa ad.), Kukla teatrı (1941), Opera və balet teatrı (1999), Dərbənddə Azərbaycan Dram Teatrı (1930), S. Stalski ad. Ləzgi Musiqili Dram Teatrı (1938), Tatteatrı (1962); İzberbaşda O. Batıray ad. Dargin Musiqili Dram Teatrı (1961). Tabasaran dram teatrı (2001) fəaliyyət göstərir. Dağıstanın müxtəlif illərin teatr sənəti xadimləri arasında A.A. Maqayev, Z.N. Nəbiyeva, M.A. Abdulxalıqov, P.X. Xizroyeva, B.M. İnusilov, N.M. İbrahimov, N.M. Əliyev, Q.İ. İsayev və b. var. 1935-ci ildə Sovkralak aulunun sakinləri A. Abakarov, Y. Hacıqurbanov, M. Zakirbəyov və S. Qurbanov Mahaçqala da kəndirbazlar sənətinin özünəməxsus ənənələrini inkişaf etdirən “4 Sovkra” peşəkar kollektivini yaratmışlar. 1947-ci ildən kollektiv iki müstəqil qrupa (“Dağıstan kəndirbazları” və “Sovkra”) bölünmüşdür. 1984-cü ildə Mahaçqalada Dağıstan teatrlar tarixi muzeyi açılmışdır.
Dağıstan vilayəti
Dağıstan vilayəti (rus. Дагестанская область) — Cənubi Qafqazda, Rusiya imperiyası və SSRİ (RSFSR–də) tərkibində, 1860–1917–ci və 1919–1921–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur. == Haqqında == Dağıstan torpaqları 1813-cü il Gülüstan müqaviləsi ilə Rusiyaya ilhaq edilmişdi. Çar hökuməti burada Dağıstan hərbi dairəsi (mərkəzi Dərbənd olmaqla) yaratmışdı. Dağıstan dairəsi Bakı, Quba və Dərbənd əyalətlərindən ibarət idi. 1840-cı il inzibati-məhkəmə islahatı nəticəsində Dərbənd qəzası (Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri) və Quba qəzası (Samur dairəsilə birgə Quba əyaləti) xüsusi hərbi dairədə birləşdirildi. Dağıstan və Şimali Qafqazda 1834-1859 illər xalq azadlıq hərəkatı yatırıldıqdan sonra Dağıstan vilayətinin idarə edilməsi haqqında 1860-cı il 5 aprel "Əsasnamə"si elan olundu. Əsasnaməyə görə, Dərbənd quberniyası ləğv edildi. Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı, Car-Balakən hərbi dairəsi Zaqatala hərbi dairəsinə çevrildi.
Abdulla Dağıstani
Abdullah Dağıstani (14 dekabr 1891, Dağıstan vilayəti – 30 sentyabr 1973, Dəməşq) — türk sufi. == Həyatı == Dağıstanın Ganep kazasındaki Kikunu kəndində ( Şeyx Şamil 'in Gimri kəndinə yaxın), həkim ailəsində dünyaya gəlmişdir. Atası həkim, qardaşı isə Rusiya ordusunda ümumi cərrah idi. 1900-cü illərdə kənd əhalisi Osmanlı dövlətinə köç etdilər. Bursada bir il qədər qaldıqdan sonra, Dağıstanlı qaçqınlar ilə birlikdə Güneyköy, Yalova 'ya (köhnə REŞADİYE) daşınıb orada özlərinə yeni bir kənd inşa etdilər. Mənəvi yolda bir Nakşibendiyye mürşidi olan dayısı Şerafeddin Dağıstaninin şagirdi olmuşdur. Dövründə çox məşhur şəxs idi. 1910-cu ildə Halime xanımla evləndi. 1915-ci ildə Çanaqqalada Osmanlı ordusunda vuruşdu və ağır yaralandı. 1936-cı ildə Şərafəddin Dağıstaninin vəfatından sonra Misirdən başsağlığı istəmək niyyəti ilə Resadiye kəndinə br heyət gəldi.
Fətəli xan Dağıstani
Fətəli xan Dağıstani (1694, Dağıstan vilayəti (Səfəvilər) – 1722, Şiraz) — Dağıstanın köklü qumuq ailələrindən olan Şamxal ailəsinə mənsub əsilzadə. Səfəvi şahı Hüseynin dövründə (1694–1722) 1716-cı ildən 1720-ci ilə qədər Səfəvi imperiyasının baş vəziri olmuşdur. Dağıstanın Qumuq nəslindən olan Fətəli xan digər Səfəvi baş vəzirlərindən fərqli olaraq sünni idi, halbuki sünnilər ənənəvi olaraq Səfəvi imperiyasında təzyiqlərlə üzləşirdilər, Fətəli xan baş vəzir vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Onun şahı olan Hüseynin dövlət işlərinə o qədər də marağı olmadığı üçün demək olar ki, bütün dövlət işlərinin həll edilməsini Fətəli xana tapşırmışdı, lakin dövlət işlərinin hamısının onun öhtəsinə buraxılması onun xeyli sayda düşməninin ortaya çıxması ilə nəticələndi. Bu, onun 1720-ci ildə hiylə ilə vəzifədən endirilməsinə yol açdı. Kor edilən və Şiraza sürgün edilən Fətəli xan elə orada da vəfat etdi. Onun yerinə bu vəzifəyə Məhəmmədqulu xan Şamlı gəldi. == Ailəsi == Fətəli xan qumuq şamxalları nəslindən gəlməkdə idi. Onun babası Aldas (İldas) Mirzə Şamxal və ya digər adı ilə İldırım xan Şamxal, atası isə Səfi xan və ya digər adı ilə Əlqas Mirzə idi. Onun ailəsi Səfəvi imperiyasının Dağıstan bölgəsində Terek çayı sahilində bir bölgəni idarə etməkdə idi.
Həsənəli xan Dağıstani
Həsənəli xan Dağıstani (vəf. 1721) — ləzgi mənşəli Səfəvi məmuru, Şirvan (1718) və Şamaxı (1720-1721) bəylərbəyi vəzifəsini icra etmişdir. Səfəvilər dövlətinin baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu idi. Şirvanda bəylərbəyliyi dövründə Dağıstanın və Şərqi Gürcüstanın (Qaniq vadisi) Səfəvi bölgələrinin ləzgiləri Şirvan bəylərbəyliyinə qarşı üsyan qaldırdılar və Şəkidə Həsənəli xanın qüvvələrini tamamilə məğlub etdilər. Şamaxıda bəylərbəyliyi dövründə başqa bir ləzgi hücumundan müdafiə etmək üçün böyük bir Səfəvi qüvvəsi ilə yola çıxdı, lakin sonuncular səhər tezdən Şəki səmtində onların üstünə düşdü; Həsənəli xan Dağıstani və çox sayda qüvvəsi öldürüldü. == İstinadlar == == Mənbələr == Bournoutian, George A. A Brief History of the Aghuankʻ Region, by Esayi Hasan Jalaleantsʻ. Mazda Publishers. 2009. ISBN 978-1568591711. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri.
Lütfəli xan Dağıstani
Lütfəli xan Dağıstani — yüksək rütbəli Səfəvi hərbi komandiri və ləzgi mənşəli məmur. 1718-1720-ci illərdə baş komandir (sepahsalar) və Fars bəylərbəyi olaraq 22 oktyabr 1717 - dekabr 1720 tarixlərində vəzifədə olmuşdur. Lütfəli xan Dağıstaninin 1717-ci ildə Farsa bəylərbəyi olaraq təyin edilməsi, ilk dəfə sonuncu vilayətin inzibati rəhbərliyinə ilk dəfə, bir əsrdən çox əvvəl Allahverdi xanın dövründə olduğu qədər yaxınlaşdı. Lütfəli xan Səfəvi baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu,həm də yeznəsi idi. Fətəli xanın çöküşü vaxtında Lütfəli xan tutuldu və həbsxanaya atıldı. == İstinadlar == == Ədəbiyyat == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 152–153. ISBN 978-1933823232.
Murad əl-Dağıstani
Murad əl-Dağıstani və ya Murad Acamat (1917, Mosul – 1984 və ya 1982, İraq) — İraq fotoqrafiyasının yaradıcısı hesab edilir. 1930-cu illərin ortalarında Mosulda fəaliyyət göstərmişdir və sonradan Bağdada köçmüşdür. Gündəlik həyatı və insanları çəkən Murad əl-Dağıstani çəkdiyi fotoların yüksək keyfiyyətə sahib olmasına görə beynəlxalq səviyyədə tannımışdır. Qumuq əsillidir. Murad əl-Dağıstani 1917-ci ildə İraqın Mosul şəhərində anadan olmuşdur. Atası Əbdülhəmid Acamat mənşəcə qumuq olan mühəndis idi və İraq dəmiyolunun çəkilməsində iştirak edirdi. Dağistaninin nə cür və nə vaxt fotoqrafliğa başlaması məlum deyildir. Mosul elə bir şəhər idi ki, onun fotoqrafiya və film sənayesi tarixi XIX əsrin sonlarına qədər gedib çıxırdı. Yerli insanlar 1895-ci ildən etibarən arxeoloqlara kömək edərkən kameralardan istifadə edirdilər. Birinci Dünya müharibəsi illərində Tartaran adlı fotoqraf Mosul İbtidai Məktəbinin girişində foto studio açmışdı.
Nadirin Dağıstan yürüşləri
Nadir şahın Dağıstan yürüşləri — Nadir şah Əfşarın qiyamları yatırmaq üçün Şirvana və Dağıstana etdiyi yürüşləri. Osmanlı ordusunu Bağdad həndəvərində 1733-cü ildə darmadağın edən Nadir Əhməd paşa ilə Bağdad sülh müqaviləsi bağladı ki, bununla əlaqədar olaraq sultan ona İrandan alınmış bütün vilayətlərin paşalarına müraciyətlə xətti-şərif göndərdi. Sultan dərhal onların idarəsi altında olan vilayətləri tərk etməyi əmr edirdi. Nadir Ərdəbilə gələrək Musa xan Astaralıya tapşırdı ki öz nökərini xətti –şərifin sürəti ilə Şirvanı idarə edən Surxay xanın yanına göndərsin. Şirvana və Qazıqumukun hakimi olan Surxay xan Nadirə tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü. Bununla əlaqədar Nadir qərara gəldi ki ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdı. Və o Kürün qırağında peyda olan kimi, Surxay xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir 1734-cü ildə Şamaxıya daxil oldu. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin. Elə həmin məqsədlə şəhər əhalisi Ağsuçay ərazisinə köçürüldü, buradakı düzdə Kür çayından təxminən 30 km şimala yeni şəhər salındı.
Nax-Dağıstan dilləri
Nax-Dağıstan dilləri — Qafqaz dillərini bir qolu və ya qrupu. Əsasən Çeçen, İnquş və Dağıstan respublikalarında, qismən də Azərbaycan və Gürcüstan Respublikalarında yayılmışdır. 7 milyona yaxın daşıyıcısı vardır. Fonoloji sistem 3-10 sait və 35-45 samit fonemdən ibarətdir.
Noqay rayonu (Dağıstan)
Noqay rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . Rayonun sahəsi 8.838 km² , inzibati mərkəzi Terekli-Məktəb kəndidir . 2002-ci ildə aparılmış siyahıya almaya əsasən raonun 21.685 nəfər əhalisi var . Bu siyahıya almaya əsasən rayonun əhalisinin sayına görə ən böyük yaşayış mərkəzləri Cənubi Suxokumsk şəhəri (9.777 nəfər) və Terekli-Məktəb kəndidir (7.285 nəfər) . 1989 - cu ildə aparılmış siyahıya almaya əsasən rayonun əhalisinin 85,7%-ni noqaylar , 8.2%-ni darginlər , 1.5%-ni çeçenlər , 1.2%-ni ruslar , 1.1%-ni isə qumuqlar təşkil edir . Rayonun 20 yaşayış məntəqəsi var . Onlardan 1-i şəhər , 19-u isə kənd tipli yaşayış məntəqəsidir .
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi — Mahaçqala şəhərində mədəni-maarif və mədəniyyət müəssisəsi. Muzey Qorki küçəsi, 8 ünvanında yerləşir. Direktoru Səlihat Rəsulovna Qamzatovadı. Muzeyin daimi sərgisinin 10 zalında, ziyarətçilərə eramızdan əvvəl II minillikdən indi ki dövrə qədər Dağıstan və xarici ustaların əsərləri - rəsm, qrafika, heykəltaraşlıq, keramika, ağac oymacılığı, mis, xalça, mebel, şüşə, çini, fayans təqdim olunur. Muzeyin kolleksiyasında V.K.Şebuyevin ("Dilənçi"), İvan Ayvazovskinin ("Dənizdə fırtına", "Boyar arvadı Morozova") İ.N.Kramskotun ("Bacımın portreti") F.S. Juravlevin ("Yaşlı adam"), K.V.Lemoxanın ("Kəndli həyəti"), K.E Makovskinin ("Oğlan portreti"), Vasili Surikovun "Boyar arvadı Morozova "rəsm əsərinin eskizi, İsaak Levitanın ("Korniş. Fransanın cənubu"), V.D.Polenova ("Oka çayı"), K.A.Korovina ("Səmərqənd"), A.Y.Qolovinin ("İspan"), V.M.Vasnetsovun ("Qamayun quşu") sərgilənir. "Dağıstan rus rəssamlarının gözündə" şöbəsində, Frans Rubonun rəsmlərindən və Qriqori Qaqarinin litoqrafiya albomundan əlavə, N.Q.Çerneçovun (Qafqazın romantik mənzərələri), İ. Zankovskinin ("Aylı gecə", "Saltın dərəsi", "Dağ mənzərəsi"), A.Şamşinovun ("Qaradağ"), İ.F.Aleksandrovskinin ("Dağ mənzərəsi"), E.A.Lanserin heykəli ("At sürmə") daxildir. Muzeyin kolleksiyasında rus qrafikası nümunələri - Mixail Vrubelin "İsmayıl -Bəy" və "Məhbus" əsərləri, İlya Repinin "Çay otağında" eskizi, Valentin Serovun "Atlı Döyüşçü" akvareli, A.N. Benoisin mənzərələri; sovet dövrünün rəssamlarının, əsasən Dağıstanlıların əsərləri, məsələn, H.B.Askar-Sarıdja, E.M.Puterbrot, S.M.Salavatov, N.A.Lakov, K.F.Vlasova, A.Z.Xadjayev, Y.M. Xanmaqomedov, Ş.Şahmardanov, G.N.Konopatskaya, A.İ.Avqustoviç, M.A.Cemal, Y.A.Mollayev, D.A.Kapanitsın, M.K.Yunusilau, M.Şabanov, Sungurov qardaşları, H.Qurbanov, O.Hüseynov, O.Efimov, A.Emirbekov, G.Kambulatov, B.Evseyev, Y.Nikolayev, G.Pşenitsına, A.İ.Markovskaya, V.N.Qorkov, G.İranpur və Dağıstan heykəltaraşları - A.M.Yaqudaev, A.İ.Qazalıyev, ilk Dağıstanlı qadın heykəltaraş B.Ə.Muradovanın əsərləri də sərgilənir. Muzeydə tez-tez tematik sərgilər, görüşlər, mühazirələr və s. keçirilir., встречи, лекции и т.
Qafqaz İslam Ordusunun Dağıstan hərəkatı
Qafqaz İslam Ordusunun Dağıstan hərəkatı — 1918-ci il oktyabrın 1-dən başlayaraq, həmin il noyabrın sonlarınadək Qafqaz İslam Ordusunun türk hərbi hissələrinin yerli könüllü dəstələrlə birlikdə Dağıstanın şovinist-biçeraxovçu rus qüvvələrindən təmizlənməsi üçün həyata keçirdiyi hərbi əməliyyat.. Türkiyədən hərbi yardım alıması və bununla da bölgədəki milli azadlıq hərəkatının möhkəmləndirilməsi üçün Dağıstan nümayəndə heyəti hələ 1918-ci ilin aprel-may aylarında Trabzon, İstanbul və Batumda hərbi nazir Ənvər paşa və Osmanlı dövlətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşmüşdülər. 1918-ci il mayın 11-də Şimali Qafqaz Cümhuriyyəti elan edildikdən sonra Türkiyənin hərbi yardımına ehtiyac xüsusilə aktuallaşmışdı. Çünki Dağıstanın müstəqilliyini tanımayan Sovet Rusiyasının hərbi qüvvələri Petrovsk-Port (indiki Mahaçqala), Temirxan-Şura, Dərbənd şəhərlərini, habelə Dərbənd-Petrovsk dəmir yol xəttini nəzarət altına ala bilmişdi. 1918 il avqustun ikinci yarısında isə Dağıstan ərazisi Azərbaycandan sıxışdırılmaqda olan biçeraxovçu hərbi qüvvələrin təcavüzünə məruz qaldı. Əvvəl Dərbənd, sonra isə Petrovsk-Port bu qüvvələrin əlinə keçdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Dağıstanın ələ keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəyə 20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi. Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 61 Qafqaz İslam Ordusunun Şimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər şəhərin 5 kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı.
T.Muradov adına Dağıstan Dövlət Filarmoniyası
T.Muradov adına Dağıstan Dövlət Filarmoniyası — Dağıstan Respublikasının Mahaçqala şəhərində Filarmoniya. Filarmoniya Dağıstanlı müğənni və bəstəkar Tatam Əlieviç Muradovun adını daşıyır (1902-1958). Filarmoniya, həvəskarların xor və instrumental qruplarının yaradılmasında fəal iştirak edən, tamaşalar, eləcə də respublikadakı ilk peşəkar musiqi qruplarını yaradan "Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülən ilk Dağıstan musiqiçisi müğənni və bəstəkar Tatam Muradovun adını daşıyır. Dağıstan Dövlət Filarmoniyası Dağıstan Konsert Bürosunun əsasında 1944-cü ilin yanvarında Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin və Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Regional Komitəsinin Bürosunun 20.12.1943-cü il tarixli Fərmanı ilə yaradılmışdır. Dağıstan Dövlət Filarmoniyasını yaradıcı kollektivinin tərkibinə ilkin dövrlər milli mahnı və rəqs ansamblı, rus və milli konsert və estrada qrupları və sirk qrupu daxil idi. 1950-ci illərdə, bu günə qədər fəal maarif təbliğat işləri aparan müstəqil kollektiv halına gələn musiqi mühazirə zalı yaradıldı. 1970-ci illərdə V.Voylerin rəhbərlik etdiyi "Günib" vokal və instrumental ansamblı, M.Həsənovun rəhbərlik etdiyi "Dağlı rəqsləri" ansamblı, M.Ulakayevin "Dostluq" ansamblı, "Səhnədə sirk" qrupu P.Petrik, V.Qamalıyevin idarə etdiyi "Karnaval" pop şou qrupu, O. Myakişevin idarə etdiyi "Assa" pop qrupu, bədii söz ustası Yuri Rastoşanskinin qrupu Filarmoniyanın yaradıcılıq kollektivlərini təşkil edirdilər. 1980-ci illərdə filarmoniyada yenidənqurma işləri başladı. Bunun nəticəsində kiçik qruplar fəaliyyətini dayandırdı və ya başqa şəhərlərdəki filarmoniyalara köçdü və yeni yaradılanlar filarmoniyanın peşəkar mövqelərini gücləndirdi. Dağıstan Filarmoniyasına hazırda aşağıdakı yaradıcı kollektivlər daxildir: Kamera Orkestri (1988), dirijor - Rusiya Federasiyasının əməkdar artisti Zərifə Abdullayeva; Caz Orkestri (1995), dirijor - Dağıstan Respublikasının Xalq Artisti Maqomed Abakarov; Musiqili mühazirə zalı; Simli Kvartet; Faina Qrafçenko, bədii söz ustası, Rusiya Federasiyasının əməkdar artisti; Solist -vokalçılar - Dağıstan xalqlarının dillərində ifaçılar; "Eridan" vokal ansamblı, rejissor - Dağıstan Respublikasının əməkdar artisti Mədinə İsmayılova; "Ademos" müasir rəqs ansamblı, rəhbəri - Zuleikha Akavova.
Yoldaş (qəzet, Dağıstan)
«Yoldaş» (qum. Ёлдаш «yoldaş») — Mahaçqalada (Dağıstan, Rusiya) qumuq dilində dərc edilən qəzet). Qəzet 3 aprel 1917-ci ildən dərc edilir. 1922-ci ilə qədər müntəzəm dərc edilmirdi və adı tez-tez dəyişirdi: «Zaman», «Musavat», «İşçı xalqı», «Al bayraq», «Dağıstan füqərası». 1922—1931-ci illərdə «Yoldaş» adlandırılmışdır. 1930—1990-cı illərdə «Lenin yolu» adlandırılmış və Sovet İttifaqı Kommunist Partiyasının Dağıstan Vilayət komitəsinin orqanı olmuşdur. 1991-ci ildən indiki adını daşıyır. Qəzet həftədə 1 dəfə 5-8 min nüxsədə 24 zolaqda dərc olunur. 1968-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
İsmayıl Dağıstanlı
İsmayıl Dağıstanlı (doğum adı: İsmayıl Yusif oğlu Hacıyev; 24 dekabr 1906 (6 yanvar 1907), Zərnə, Zaqatala dairəsi – 1 aprel 1980, Bakı) — Azərbaycan aktyoru, SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1949). İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926–1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.
Əliqulu xan Valeh Dağıstani
Əliqulu xan Valeh Dağıstani (1712–1756) — şair. Əliqulu xan Fətəli xan oğlu 1712-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əslən Qumuqdur. Mədrəsə təhsili almışdı. 1734-cü ildə Hindistana getmişdi. Əliqulu xan Valeh Dağıstani 1756-cı ildə vəfat edib. Əliqulu xan Valeh Dağıstani "Riyazüş-şüəra" adlı təzkirəsində Təqi Əvhədinin (973–1039 / 1565–1620) "Ərəfatül-aşiqin" adlı təzkirəsinə istinad edərək Məğribinin doğulduğu yeri Nain, qəbrinin isə İstihbanati-farsda olduğunu qeyd edir. O, eyni zamanda Əmir Kəmaləddin Hüseynin "Məjalisül-üşşaq" əsərinə əsasən şairin məzarının Təbrizin Surxab məhəlləsində Baba Məzidin məzarının baş səmtində olmasını, vəfat tarixini isə 807 / 1404, "Nəfəhatül-üns"ə görə isə 809 / 1406-cı il göstərəndən sonra şeirlərindən nümunələr gətirir. Onu da qeyd etmək gərəkdir ki, bir çox müəlliflərin səhvlərini təkrar edən Valeh Dağistani "Məjalisül-üşşaq" əsərinin müəllifini Sultan Hüseyn Bayqara kimi göstərir. Başqa bir tərəfdən belə güman etmək olar ki, Rzaqulu xan Hidayət də irəlidə göstərilən kimi Məğribinin Naində doğulmasını və İstihbanati-farsda dəfn olunması faktını Təqi Əvhədinin "Ərəfatül-aşiqin" əsərindən götürmüşdür.
Cənubi Dağıstan üsyanı (1930)
Cənubi Dağıstan üsyanı — 1930-cu ildə Cənubi Dağıstanda ləzgilərin Stalininin ləzgilərə və İslama qarşı aparılan siyasətinə qarşı Qazi Muhamməd Ştulvi rəhbərliyi ilə baş vermiş olan güclü xalq üsyanıdır. Üsyanın məqsədi xalqa qarşı edilən zülmə və kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Dağıstanda baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. == Qazi Muhammədin başçılıq etdiyi üsyanın ilkin şərtləri == Kollektivləşmə kəndli təsərrüfatlarının zorla birləşdirilməsi və qoparılması yolu ilə həyata keçirilirdi. Azad kəndlilərin kolxozlarda birləşdirilməsi siyasəti həyata keçirilirdi və bu, "kulak üsyanları" adlanan kəndli üsyanlarına səbəb olur. Dağıstanda da oxşar iğtişaşlar baş verir. Qeyd edək ki, Dağıstanda kollektivləşmə dövründə ən böyük üsyan Qürah, Qasımkənd, Tabasaran rayonlarını əhatə edən Şeyx Ştulskinin çıxışı olmuşdur. Bu üsyanın motiv və məqsədlərini başa düşmək üçün Maqomed Ramazanov (Şeyx Ştulski) və üsyanın digər iştirakçılarının ittihamı üzrə 1632 saylı işin məzmunu ilə tanış olmaq lazımdır. İşin materiallarından oxuyuruq: "Hələ qiyamdan əvvəl sinfi və siyasi xəttin kəskin şəkildə təhrif olunması nəticəsində əhali yerli hakimiyyət orqanlarına münasibətdə son dərəcə mənfi idi. Sahəyə atılmış olan siyasi işçilər inzibati təzyiq yolu ilə kolxoz əkməyə başlamışdırlar və 1930-cu ilin fevral ayının sonunda rayonda 2168 təsərrüfatını özündə birləşdirən 44-ə yaxın kolxoz yaradılmışdır… Eyni zamanda, yerli işçilər zorakı üsullarla məscidlərin seçilməsi ilə bağlı geniş iş aparıblar.

Значение слова в других словарях