Deduksiya

lat. deductio – tətbiq etmə, nəticə çıxarma 1) fəlsəfədə ümumi məntiqi mühakimədən xüsusi nəticələr və ya ümumidən xüsusi nəticələrə gəlmə; 2) əqli nəticə üsullarından və tədqiqat metodlarından biri; 3) mühakimə yürüdərkən yeni müddəanın əvvəlkilərdən məntiqi yolla çıxarılması üsulu (induksiya əksi).
Debatlar
Definisiya
OBASTAN VİKİ
Deduksiya
Deduksiya (ing. Deduction; lat. deuctio) — əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə (əqli nəticə) üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq. Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: "Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur".

Digər lüğətlərdə