DEDUKSİYA
[ing. Deduction; lat. deuctio] - əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə [əqli nəticə] üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq.