desidofobiya

desidofobiya
desibel
desikant
OBASTAN VİKİ
Desidofobiya
Desidofobiya — qərar vermə qorxusu. Desidofobiya sözündən ilk dəfə Prinston Universitetinin filosofu Volter Kaufmanın 1973-cü ildə geniş şəkildə fobiya haqqında yazdığı “ Təqsirsiz və Ədalətsiz “ kitabında istifadə olunur. “Təqsirsiz və Ədalətsiz” kitabında Kaufman desidofobiyalı insanları, mübahisələrdə həqiqəti aşkara çıxarmaq üçün müxtəlif yolları müəyyənləşdirməyə cəsarəti və ya istəyi olmayan şəxslər kimi təsvir etmişdir. Onlar həqiqətin nə olduğuna qərara verməyi başqa birisinin öhdəsinə buraxırlar. Bu, valideyn , həyat yoldaşı , kilsə , universitet və ya siyasi partiya da ola bilər. Əgər bir dəfə desidofobiyalı şəxs doğrunun nə olduğuna qərar verməyi başqa birisinin öhdəliyinə atarsa, bundan sonra da o, həmin şəxsin dediyi hər bir şeyi doğru kimi qəbul edəcəkdir.