DİB RELYEF FORMALARININ TƏSNİFATI

mənşəyinə və inkişafına görə eyni olan, sualtı relyef formalarının qanunauyğun sistemi. Ümumi qəbul edilmiş təsnifat yoxdur. Sualtı relyef formaları onları əmələ gətirən proseslərə görə endogen və ekzogen ola bilər. Birincilər-geostrukturları, morfostrukturları və vulkanik relyefi; ikincilər-morfoskulpturları əmələ gətirir. классификация форм рельефа дна classification of bottommoraine landforms
DİB MORENİ
DİBİN PARÇALANMASI
OBASTAN VİKİ
Məhəmməd Dib
Məhəmməd Dib (21 iyul 1920[…] – 2 may 2003[…]) — Əlcəzairin görkəmli yazıçılarından biri 1920-ci ildə Əlcəzairin Tlemsen şəhərində anadan olub. Yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl müəllimlik edib, daha sonra isə jurnalist işləyib. Dib hələ gənc ikən Əlcəzair, İsveçrə və Fransa qəzetlərində yazılar çap etdirirdi. Fransanın həftəlis "Letr fransez" qəzeti də onun bir neçə şeir və novellasını çap etmişdi. 1952-ci ildən başlayaraq Məhəmməd Dib "Əlcəzair" adı altında bir silsilə roman çap etdirib. Bu romanlardan biri ("Böyük ev") 1953-cü ildə Fransada Feneon mükafatına layiq görülüb. Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 85–86.
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
ASA təsnifatı
ASA təsnifatı — Amerika Anestezioloqlar Cəmiyyətinin (ing. American Society of Anesthesiologists) cərrahi müdaxiləyə ehtiyac olan xəstələrin sağlamlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Dərələrin təsnifatı
Mallampati təsnifatı
Mallampati təsnifatı, Mallampati sınağı birbaşa ağız boşluğunu obyektiv müayinə edərkən görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1985 ci ildə Seşakir Mallampati tərəfindən tərtib edildiyindən onun adını daşıyır. Müayinə oturaq və ya ayaqüstü vəziyyətdə, normal baş duruşu, ağızın tam açılmış, dilin çıxarılmış halında aparılır. I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür. II: yalnız damaq qövsü və damaq qövsləri görünür, amma dilçək dil kökünün arxasında gizlənmiş olur. III: yalnız yumşaq damaq görünür. İlkin təsnfat Samsun və Yanq tərəfindən bir qədə təkmilləşdirilərək indiki istifadə olunan formanı almışdır. I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür. II: yalnız damaq qövsü və qismən dilçək görünür (dilçək ucu görünmür). III: yalnız sərt və qismən yumşaq damaq görünür.
NYHA təsnifatı
NYHA təsnifatı Nyu York Ürək Assosiasiyasının ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Neftlərin təsnifatı
Neftlərin təsnifatı Müasir anlayışlara görə, neft aşağı və yüksək molekullu karbohidrogen və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət bir komponentdir. Nefti təşkil edən əsas elementlər: karbon 83–87% və hidrogen 12–14% arasında dəyişir. Neftin tərkibinə digər elementlərdən kükürd, azot və oksigendə daxildir. Neftin tərkibində olan kükürdün miqdarı dəyişkəndir: bir neçə yüzdə və hətta mində birdən 6–8%-ə qədər, bəzi hallarda 10-a və hətta 14%-ə qədər olur. Kükürd birləşmələri neft məhsullarının keyfiyyətinə əhəmiyyətli (ən çox mənfi) təsir göstərir. Azot və oksigen az miqdarda neftlərin tərkibinə daxildir: azot 0,02–1,7%, oksigen 0,05–3,6%. Əlavə olaraq neftlərdə əhəmiyyətsiz miqdarda çoxlu elementlərə rast gəlinir. Əsrin əvvəllərindən etibarən, neftlərin təsnifatını vermək üçün bir çox cəhdlər edildi, bunlardan əsas üç qrupu göstərmək olar: kimyəvi ; geokimyəvi (genetik); texnoloji (sənaye, ticarət). Neftlərin kimyəvi təsnifatı üçün müxtəlif variantlar təklif edilmişdir: onlardan iki alt təsnifatı ayırmaq olar. Birinci alt təsnifat neftləri fiziki-kimyəvi xüsusiyyətlərinə görə ayırır: neftin sıxlığı; 360o C -ə qədər distillə edilmiş yüngül fraksiyaların məhsuldarlığı; qatranlı-asfalten maddələrin tərkibi; bərk karbohidrogenlərin (parafin) tərkibi.
Relelərin təsnifatı
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Ulduz təsnifatı
Astronomiyada ulduzların astronomik təsnifatı onların spektral xüsusiyyətlərinə əsasən təsnif olunmasıdır. Ulduzdan elektromaqnit şüalanma spektr xətləri ilə inteqrasiya olunmuş rənglərin göy qurşağı sərgiləyən spektrinə bir prizma ilə bölməklə təhlil olunur. Hər bir xətt müəyyən bir kimyəvi element və ya molekulu göstərir, bu elementin bolluğunu göstərən xətt gücü ilədir. Müxtəlif spektral xətlərin güclü olması əsasən fotosferin temperaturu ilə bağlıdır, baxmayaraq ki, bəzi hallarda əsl bolluq fərqləri var. Bir ulduz spektrinin sinfi, ilk növbədə, ionlaşma vəziyyətini ümumiləşdirən qısa kodudur və fotosferin temperaturu obyektiv bir ölçü verir. Çox ulduzlar, O, B, A, F, G, K və M hərflərini ən isti (O tipli) ən keyfiyyətli (M tipi) bir sıra ilə Morgan-Keenan (MK) sistemi altında təsnif edilir. Hər bir məktub sinfi sonra 0 ədəd ən isti və 9 (məsələn, A8, A9, F0 və F1 seriyasından daha soyuq olan bir sıra təşkil edir) ilə rəqəmli istifadə edərək bölünür. Ardıcıllıq digər ulduzlar və klassik sistemə uyğun olmayan ulduz kimi əşyalar üçün dərslər ilə genişlənmişdir, məsələn, D dwarfs və S və C sinfləri üçün karbon ulduzları üçün D sinfidir. MK sistemində riyazi rəqəmləri istifadə edərək spektral sinifə parlaqlıq sinfi əlavə edilir. Bu, atmosferin sıxlığından fərqlənən və nəhəng ulduzları cırtdan ayırd edən ulduz spektrində müəyyən emiş xətlərinin genişliyinə əsaslanır.
Çayların təsnifatı
Çayların təsnifatı- sutoplayıcı hövzə, çay şəbəkəsi, çayın qida maddələri və s., kəmiyyət və keyfiyyət göstəricilərinin qruplaşdırılmasıdır. Bir sıra təqiqatçıların çaylar haqqında təsnifatı mövcuddur. Respublikamızdakı çayların bir sıra xassələrinə görə təsnifatı S. H. Rüstəmov tərəfindən hazırlanmışdır. S. H. Rüstəmov qida mənbəyi üstünlüyündən asılı olaraq Azərbaycan çaylarını 4 yerə bölür.
İqlimin təsnifatı
Yer kürəsinin iqlim rayonlaşdırılması çox mürəkkəb bir vəzifə olub, onu həll edərkən bütün təbii şərait kompleksini nəzərə almaq lazımdır. İqlim rayonlaşdırılmasının əsasını insolyasiya rejimi, atmosfer dövranı və yer səthinin xassəsindən asılı olaraq meteoroloji şəraitin məkan daxilində dəyişməsi təşkil edir. Lakin meteoroji ünsürlərin kəmiyyət dəyişmələri yalnız ümumi şəkildə iqlimin keyfiyyət dəyişmələrini əks etdirir. Başqa sözlə o, iqlimin təbii mühitin başqa amillərinə təsiri xassəsinin dəyişməsini ümumi şəkildə göstərir. Məhz bu axırıncı iqlim rayonlaşdırılmasının əsas məqsədindən ibarətdir. İqlimin keyfiyyət dəyişmələrinə torpaq- bitki örtüyünün xarakteri daha çox uyğun gəlir. Bununla əlaqədar olaraq ümumiləşdirilmiş geobotanik sərhədlər bir çox hallarda iqlim sərhədləri kimi baxıla bilər. Geobotanika göstəicilərindən iqlim rayonlaşdırılması məqsədləri üçün istifadə edərkən, həmişə iqlimin meteoroloji təbiətini yadda saxlamaq lazımdır. İqlim vilayətlərini ayırarkən təkcə bir landşaft göstəricilərini əsas tutmaq olmaz, başqa sözlə müxtəlif insolyasiya və sirkulyasiya rejiminə malik olan əraziləri geobotanik göstəricilərinə görə bir qrupda cəmləşdirmək olmaz. Məs: tundra landşaftının mövcud olması həmin ərazidə bütün hallarda arktika hava kütlələrinin hakim olmasına, daha sonra rütubətli tropik meşələrinin olması hələ ekvatorial iqlim tipinin mövcudluğuna tam sübut deyildir.
Akkumlyativ relyef
Akkumulyativ relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Çalalı relyef