Dietilentriamin
Dietilentriamin (DETA) – N-(2-aminoetil-1,2-etandiamin) - HN(CH2CH2NH2)2 formuluna malik uzvi maddədir. Şəffaf və rangsiz hidroskopik maye olub, suda və polyar üzvi həlledicilərdə həll olur, lakin sadə karbohidrogenlərdə həll olmur. Dietilenetriamin dietilenglikolun struktur analoqudur. Kimyəvi xüsusiyyətləri etilendiaminə bənzəyir və oxşar istifadə sahələrinə malikdir[1].
== Alınması ==
DETA etilendiamin istehsalının (etilendixoriddən alınır) aralıq məhsuludur[2].
== Tətbiqi ==
Asfalt üçün aşqarlar
Xelatlaşdırıcı maddələr
Korroziya inhibitoru
Susuzlaşdırma üçün aşqarlar
Epoksid qətranlarını bərkitmək üçün vasitə
Parça yumşaldıcıları
Sürtkü yağlarına və qanacaqlara aşqarlar alınmasında
Mineral xammalın emalında aşqarlar kimi
Poliamid qətranlarının alınmsında
SAM – səthi aktiv maddələr istehsalında
Toxuculuq sənayesi üçün aşqarlar alınmasında
Nəmliyə qarşı daha davamlı olan kağıza əlavə olunan polimerlər sintezində
== Mənbə ==
Eller, K.; Henkes, E.; Rossbacher, R.; Höke, H. "Amines, Aliphatic". Ullmann's Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH. doi: 10.1002/14356007.a02_001.