Dinamik səviyə

neft istismar kəmərinin daxilindəki maye səviyəsi, quyudibi təzyiqi hesablamaq üçün ölçülür. D.s. lay təzyiqindən və çıxarılan mayenin miqdarından asılıdır. Dinamoqram (neft çıxarmada) - neft quyularının dərinlik nasosu ilə istismarında nasos ştanqlarının yerdəyişməsindən asılı olaraq, onların asqı nöqtəsində yükün dəyişilmə qrafiki D. gəzdirilən dinamometrlə və ya telodinometrik sistem vasitəsilə dispetçer məntəqəsindən qeydə alınır. D.-ın formasının dəyişilməsi, dərinlik nasosu qurğusunda nöqsan olduğunu göstərir. Distilə sütunu (rektifikasion sütun) – hündür sütuna bənzər rezervuar. İçində xam neft qızdırılır və buxarlanan komponentlər xüsusi qablara kondensasiya edilir. D.s.-dən neft məhsularına qatışan əlavələri kənar etmək üçün də istifadə edirlər.
Dərinlik nasosu ilə neftçıxarma
Distilə qurğusu