dismorfofobiya

dismorfofobiya
dismimiya
dispaç
OBASTAN VİKİ
Dismorfofobiya
Dismorfofobiya və ya Güzgü xəstəliyi — hər hansı şəxsdə var olan, amma onun düşündüyü qədər gözə batmayan qüsurların həmin şəxs tərəfindən kifayət qədər çox şişirdilməsi. İlk dəfə E.Morselli tərəfindən 1886-cı ildə işlədilmişdir. Yunanca "δυσ" (dis) anti, "μορφή" (morfo) forma, "φόβος" (fobos) qorxu deməkdir. Çox vaxt heç estetiklə əlaqəsi olmayan bu xəstəlik əslində psixoloji xəstəlikdir. Şəxs bu kiçik qüsuruna fikir verir və onunla daimi məşğul olur. Bu tip insanlarda bu qüsuru düzəltmə meyli ortaya çıxar. Əslində heç gözə batmayan bu qüsurları görən həkimlər xəstəni psixoloqa yönləndirirlər. Amma bu insanlar psixoloji problemləri olduqlarını heç vaxt qəbul etməzlər. Və müalicə olunmağı rədd edirlər. Estetik əməliyyatlar üçün bütün pullarını səfərbər etməyə hazırdırlar.