DİSPUT

Latınca disk, diskussiya, disput, dissertasiya sözləri qohumdur, “dairə” anla­mı ilə bağlıdır: disk dairəvi olur, qabaqlar disput zamanı dairəvi oturublar və s. Disputla diskussiyanın fərqi: disput zamanı opponent və onun fikri əvvəlcədən məlum olur, mübahisə şifahi aparılır (məsələn, dissertasiya müdafiəsi), diskus­siyada belə olmur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DİRSƏK1
DİŞ1
OBASTAN VİKİ
Disput
Disput (lat. disputare – ayırd etmək, mübahisə etmək): auditoriyada gedən elmi mübahisədir; elmi dərəcə almaq üçün açıq dissertasiya müdafiəsidir; məktəbdə yuxarı sinif şagirdləri ilə sinifdənkənar aparılan əsas iş formalarından biridir; ictimai, siyasi əhəmiyyət daşıyan hər hansı bir məsələnin müəyyən təşkilat və ya müəssisədə keçirilən müzakirə formalarından biridir; elmi, ədəbi və s. mövzuya dair açıq mübahisədir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Disputa
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.

Digər lüğətlərdə