Latınca disk, diskussiya, disput, dissertasiya sözləri qohumdur, “dairə” anlamı ilə bağlıdır: disk dairəvi olur, qabaqlar disput zamanı dairəvi oturublar və s. Disputla diskussiyanın fərqi: disput zamanı opponent və onun fikri əvvəlcədən məlum olur, mübahisə şifahi aparılır (məsələn, dissertasiya müdafiəsi), diskussiyada belə olmur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)