Diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.

= Better die standing than live kneeling. = Чем жить в зависимости, лучше умереть на свободе.
diz çöküb yalvarmaq
diz vurmaq
OBASTAN VİKİ
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. 6-14 5-8 nəfər. Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standart xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir. Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir.
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Diz (Xoreşrüstəm)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).
Diz qapağı
Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur. İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur. Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir. Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir. Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir.
Diz qoruyucusu
Bədənin ayaq hissəsini zədələnmədən qoruyan əlavə vasitədir. Əsasən alpinizm kimi idman növündə bu vasitələrdən istifadə edirlər. Xüsusi xidmət orqanlarının geyimi olan "robokopda da bu vasitələr mövcüddür.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. Youtube-da bax :Bir kəndin nağılı.
Ayaq barmağı
Ayaq barmağı — hərəkət sisteminin əsas hərəkət aparatı. Ayaqlardakı barmaqlar dabanla birlikdə ayağı hərəkətə gətirir və insanın ağırlıq mərkəzi dəyişən zaman tarazlığı saxlamağa kömək edir. Masanın arxasında oturub sağ ayağınızı yerdən qaldırın və saat istiqamətində ayağınızı dairəvi olaraq hərəkətə gətirin. İndi isə bunu edə-edə sağ əlinizi havada "6" rəqəmini yazırmış kimi edin. Sizin ayağınızın istiqaməti avtomatik olaraq dəyişəcək və bunu düzəldə bilməyəcəksiniz.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır. XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır. IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir.
Ayaq fetişizmi
Ayaq fetişizmi — ayaq və ayaq barmaqlarının boyu, topuqlar və dabanı, uzun dırnaq, təmizliyi və ya kirliliyi, ayaqqabılı və corablı geyinmiş halda və ya qoxusundan cinsi zövq alınması. Qarşı cinsə və ya öz cinsləri arasında tətbiq edilə bilər. Ayaqsevərlər həzz duyduqları ayaqları öpməkdən, yalamaqdan, oxşamaqdan, qoxlamaqdan zövq alırlar. Ayaq fetişizminin kişilər arasında ən məşhur fetişizm növü olduğu bildirilmişdir. Fetişizm, bir obyektə olan həddindən artıq bağlılıq olaraq müəyyən edilə, corab, ayaq və s. şeylər ola bilər. Fetişizm deyilincə ilk ağla gələn ayaq, corab və ayaqqabıdır, ancaq fetişizm göbək, qulaq, əl, uniforma və s. qarşı hiss oluna bilər. Google axtarış statistikalarına görə kişilərin 16%-i ayaq fetişistidir. Həmçinin 2017-ci ildə Belçikada aparılan bir araşdırmaya görə kişilərin 17%-ində və qadınların 4%-ində ayaq fetişi aşkarlanmışdır.
Ayaq göbələyi
Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.
Ayaq zərbələri
Ayaq zərbələri və ya təpik - ayaq ilə vurulan ələ nisbətən sərt zərbələrdir. Əl zərbələrində olduğu kimi ayaqla vurulan zərbələr müxtəlif səviyyələrə, müxtəlif trayektoriyalar üzrə həyata keçirilir. Ayaqla zərbələr pəncənin üst, alt, qabaq, daban, iç və çöl hissəsi ilə baldır və dizlə icra edilir. Bir çox döyüş növlərində, o cümlədən, Taekvondo döyüş sənətində, əsasən, təpik zərbələrindən istifadə edilir.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Uşaqlar yaxşıdır (film)
Uşaqlar yaxşıdır (ing. The Kids Are All Right) — Liza Xolodenkonun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya-dram filmi. Film süni mayalandırma yolu ilə uşaq sahibi olmuş lezbiyan cütlükdən bəhs edir. Onların uşaqları yeniyetməlik yaşına çatdıqda bioloji atalarını görmək istəyirlər. Film "Qızıl Qlobus" mükafatına layiq görülmüş, həmçinin "Oskar" daxil olmaqla bir çox mükafata namizədlik əldə etmişdir. filminfocus.com/the_kids_are_all_right/ — Uşaqlar yaxşıdır rəsmi saytı The Kids Are All Right — Internet Movie Database saytında.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Qışlaq-i Diz
Qışlaq-i Diz (fars. قشلاق ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (79 ailə).
Yaralı diz qətliamı
Yaralı diz qətliamı (ing. Wounded Knee Massacre) - Siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda, olay qətliam olaraq adlandırılmışdır. 1890-cı ildə ABŞ dövləti, Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başladı. Bir çoxları bu rəqsin döyüşdən əvvəl, tanrıları köməyə çağıran rəqs olduğunu iddia etməyə başladılar. Əslində ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər. Ordu naziri Siuların döyüşə hazırlaşdığından şübhələnib, VII süvari alayı Payn Ric və Rosbud yaxınlığında Lakota hidnularının yaşadığı düşərgəyə göndərdi. ABŞ ordusunun zabitləri, rəqsin dərhal dayandırılmasını tələb etdilər.
Qara Ayaq (Şot)
Qara Ayaq (fars. قره اياق‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Rəqəmsal ayaq izi
Rəqəmsal ayaq izi və ya rəqəmsal kölgə — internetdə və ya rəqəmsal cihazlarda özünü göstərən izlənilə bilən rəqəmsal fəaliyyətlərin, hərəkətlərin, töhfələrin və kommunikasiyaların unikal dəsti. Rəqəmsal ayaq izləri passiv və ya aktiv olaraq təsnif edilir. Birincisi istifadəçinin veb-brauzer fəaliyyəti və kukilər kimi saxlanılan məlumatlardan ibarətdir. Sonuncu tez-tez veb-saytlarda və ya sosial mediada məlumat kimi paylaşılaraq üçün istifadəçi tərəfindən qəsdən buraxılır. Termin adətən bir şəxsə şamil edilsə də, rəqəmsal ayaq izi bir müəssisə, təşkilat və ya korporasiyaya da aid edilə bilər. Rəqəmsal ayaq izindən istifadə həm müsbət, həm də mənfi nəticələrə malikdir. Bir tərəfdən bu, bir çox məxfilik probleminin mövzusudur. Məsələn, bir şəxsin icazəsi olmadan yad şəxslər yalnız axtarış sistemindən istifadə edərək həmin şəxs haqqında məlumatları birləşdirə bilər. Korporasiyalar həmçinin, baxış tarixçəsi əsasında fərdiləşdirilmiş reklamlar istehsal edə bilirlər. Digər tərəfdən, başqaları sosial media təsir edənlər kimi rəqəmsal izlərindən faydalanaraq fayda əldə edə bilərlər.
Ayaq uzunluğunun fərqliyi
Ayaq uzunluğunun fərqliyi (leg length discrepancy) — anadangəlmə və qazanılma, anatomik və fuksional, mexanizminə görə: qisa (AİR – anterior, ilial, rotation, ağrı dizdə olur) və uzun (PİR – posterior, ilial, rotation, ağrı pəncədə) olur. Anatomik – anadangəlmə və ya qazanılmış səbəbdən yaranır: qamış sümüyünün ön-bayır tini ilə tış topuq arasında məsafə ölçülür; ≥1 sm fərq aradan qaldırılmalıdır. Funksional – skolioz və ya bud-çanaqda kontraktura ilə bağlı çanağın meyilliyi yaranır: göbək ilə iç topuqlar arasında məsafə ölçülür; fərq olsa funksional səbəblidir, həqiqi fərqdə isə məsafə eynidir.
Əl-ayaq sindromu
Oraqvarı-hüceyrə artropatiyası, oraqvarı-hüceyrə daktiliti, "əl-ayaq sindromu" – əl-ayaq sindromu, hiperurikemiya və podaqra, sümük infarktı və aseptik nektoz, hemartroz, septik artrit, oynaqlarda qeyri-iltihabi maye, oynaqların xroniki iltihabı, əzələlərin ocaqlı nekrozu, rabdomioliz.