doxsanyaşlı
doker
OBASTAN VİKİ
Helikopter daşıyan dok gəmisi
Helikopter daşıyan dok gəmisi və ya LHD gəmisi (ing. Landing Helicopter Dock) daxilində helikopterlər olan və çıxarma vasitələri üçün hovuzlu göyərtəsi olan çoxməqsədli amfibiya hücum gəmisinin bir növüdür. ABŞ Hərbi Dəniz Qüvvələri və NATO bu tip gəmiləri təsvir edərkən bu termindən gövdə təsnifatı simvolu kimi istifadə edirlər. LHD gəmiləri, təyyarə daşıyıcılarına oxşar formada helikopterlərlə hücum etməyi bacaran tam uçuş göyərtəsinə sahib olacaq formada tikilirlər. Bəzi versiyalarında MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi VSTOL təyyarələri də yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Wasp sinfi, Fransa Donanmasının Mistral sinfi, İspaniya Hərbi Dəniz Qüvvələrinin I Xuan Karlos sinifi, Avstraliya Kral Donanmasının Kanberra sinfi və Türk Dəniz Qüvvələrinin TCG Anadolu gəmisi buna misal olaraq göstərilə bilər. Koreya Respublikası Hərbi Dəniz Qüvvələri də bu təsnifatdan Dokdo sinif gəmiləri üçün istifadə edirlər. LHD gəmi sinfindən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrində LHA (Landing Helicopter Assault) sinifli gəmilər var idi. Bu gəmilərdən, ilk iki Amerika təsnifatlı gəmi olan, LHA-6 və LHA-7 istisna olmaqla, bütün digərləri LHD tipli gəmilərdə mövcud olan dok eniş göyərtələrinə malikdirlər və təyyarələr üçün böyük göyərtələri olur.
Buş doktrinası
Buş Doktrinası — 43-cü Amerika Birləşmiş Ştatları Prezidenti Corc U. Buş tərəfindən ortaya qoyulan müxtəlif xarici siyasətləri özündə ehtiva edən doktrinadır. 11 Sentyabr hücumlarından sonra inkişaf etdirilən və 2002-ci ilin 20 sentyabr tarixində The National Security of the United States başlığı və Buşun imzası ilə nəşr olunan və bütün dünyanı bir müharibə meydanı olaraq görən “Yeni Amerikan Milli Təhlükəsizlik Strateqiyası”na görə; potensial təhdid yaratdığı illərdə problem yarada biləcəyi düşünülən hər bir quruluş və ya ölkəyə qarşı harada yerləşirsə yerləşsin “vurulmadan öncə vurmaq” fəlsəfəsi adı altında qarşılıq verilməli və lazım gələrsə düşmən dövlətlərdəki rejimlər dəyişdirilməlidir. Əfqanıstan müharibəsi də bu doktrina çərçivəsində aparılmışdır.
Doka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dokka Umarov

Dokka Ömər Əbu Osman

Dokken
Dokken — 1977-ci ildə Amerikada qurulmuş hard rok qrupudur. Qrup 1977-ci ildə köhnə Xciter üzvləri Corc Lynch, Mick Brown və Don Dokken-ın bir araya gəlməsi ilə yarandı. Bas gitara üçün müvəqqəti olaraq Peter Baltes alındı ​​və ilk EP olan «Back In The Streets» Carrerre Recordsdan çıxarıldı. Lynch'dən əvvəlki lead gitarist Greg Leon daha sonradan Randy Rhoads-ın yerinə Quiet Riot-a qatılacaqdı. 1978-ci ildə müvəqqəti bassçı Peter Baltes-ın yerinə yenə bir keçici gitarist olan Juan Croucier alındı. Bu heyət ilə «Hard Rok Woman» və «Paris Is Burning» single-larını çıxaran qrup 1981-ci ildə Avropada «Breaking The Chains» albomunu çıxardı. Bu albom 1983-cü il 18 sentyabrda Amerika daxilində remaster-ləndi və satışa çıxarıldı. Qrup ilk etapda Avropada çox sevildi ancaq Amerikada hələ siyahılara girə bilmədi. 1982-ci ildə müvəqqəti bas gitarist Juan Croucier-in yerinə ilk dəfə qalıcı olaraq Jeff Pilson alındı. Croucier da Ratt qrupuna daxil oldu.
Doksinq
Doksinq (ing. Doxing) — sənədlərin izlənilməsi, bir şəxs haqqında İnternet vasitəsilə özəl məlumatların araşdırılması və dərc edilməsi təcrübəsini əks etdirən qısaltma.
Doktor (Doktor Kim)
Doktor (ing. The Doctor) — Doktor Kim elmi fantastik serialının əsas personajı. Onun rolunda on ikidən çox aktyor oynayıb. Doktor Qalifrey planetindən, yadplanetli Zaman Hökmdarı irqinə aiddir. O, TARDİS adlı zaman maşınında zamanda və məkanda səyahət edir. TARDİS adı Time And Relative Dimension In Space (ing. Məkanda Zaman Və Nisbi Ölçmə) abbriveaturasından gəlir. The Daily Telegraph qəzeti Doktoru Britaniyada ən tanınmış yadplanetli kimi qeyd etmişdir.
Doktor (elmi dərəcə)
Doktor (lat. doctor, "müəllim") — elmi dərəcə. The Use of Dr. in British Columbia law for Optometrists Indiana usage of Dr. title Arxivləşdirilib 2015-10-26 at the Wayback Machine SECTION 1. IC 24-5-0.5–12 IS use of Dr.
Doktor Aqorun adası (film, 1971)
Doktor Aqorun adası(ing. The İsland of Doctor Agor)- Tim Börtonun hələ 13 yaşında olarkən yazdığı, çəkdiyi və baş obraz olduğu 1971-ci il istehsalı qısa animasiya filmi. Film H.Q.Uelsin "Doktor Moreunun adası" kitabına uyğun şəkildə hazırlanmışdır. Buradakı digər obrazları Tim Börtonun sinif yoldaşları və dostları oynamışdır. Film Super 8 kamerası ilə çəkilmişdir. Film çəkilişi üçün seçilən yerlər arasında Los Anceles zooparkı və Malibudakı çimərliklər daxildir.
Doktor Dum
Doktor Dum (ing. Doctor Doom) və ya əsl adı ilə Viktor fon Dum (ing. Victor Von Doom) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma supercinayətkar. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur. Doktor Dum Fantastik dördlüyün əzəli düşməni və Latveriya adlı uydurma dövlətin lideridir. Fantastik dördlüklə yanaşı, Qisasçılar, Hörümçək-adam, Qara pantera və digər superqəhrəmanlarla da qarşı-qarşıya gəlmişdir. "Wizard" jurnalı "Bütün dövrlərin ən böyük 101 supercinayətkarı" siyahısında Doktor Dumu 4-cü yerdə göstərmişdir. IGN-in "Bütün dövrlərin Top-100 komiks supercinayətkarı" siyahısında isə 3-cü yerdə peyda olmuşdur. Doktor Dum bir çox videooyun, televiziya verilişində və filmdə peyda olmuşdur. 1994-cü ildə istehsalı buraxılmamış "Fantastik dördlük" filmində Doktor Dumu Cozef Kalp canlandırmışdır.
Doktor Eqqman
Doktor Eqqman (ドクター・エッグマン, Dokutā Egguman, ing. Doctor Eggman), və ya Doktor Ayvo Robotnik (ドクター・ロボトニック, Dokutā Robotonikku, ing. Doctor Ivo Robotnik) — "Sonic the Hedgehog" seriyasının baş antaqonisti. Doktor Eqqman pisniyyətli, mükəmməl bir zəkaya (İƏ dərəcəsi 300 baldır) sahib bir həkimdir. O, dünyanı fəth etmək və «Eqqmanlend» adlı bir ölkə qurmaq istəyir. Doktor Eqqman Kirpi Sonikin baş düşmənidir. O, Doktor Eqqmanın planlarını uğursuz etməyə çalışır. Doktor Eqqman qırmızı rəngli bir jaket, qara rəngli şalvar, bənövşəyi rəngli bir eynək geyinir və keçəldir. Onun boyu – 185 santimetr (6.07 ft), çəkisi isə – 128 kiloqram (282 funt). Onun bədəni bir yumurtaya bənzəyir.
Doktor Haus (teleserial, 2004)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Doktor Haus (teleserial, 2004-2012)

Doktor Jivaqo
Doktor Jivaqo (rus. Доктор Живаго) — Boris Pasternakın müəllifi olduğu roman. "Doktor Jivaqo" 1945-ci ildən 1955-ci ilə qədər olan müddətdə yazılmışdır və yazıçının fikrinə görə onun yaradıcılığının ən yüksək nöqtəsi sayılır. Roman onun baş qəhrəmanı Yuri Andreyeviç Jivaqonun şeirləri ilə müşayiət olunur. Yüzilliyin başlanğıcında Böyük Vətən Müharibəsinə qədər olan faciəvi mərhələdə rus ziyalılarının həyatını təsvir etməklə, kitab həyatın sirri, ölüm, rus tarixinin problemləri, ziyalılar və inqilab, xristianlıq, yəhudilik kimi məsələləri işıqlandırır. Kitab sovet ədəbi dairəsində kəskin şəkildə pis qarşılanır və müəllifin 1917-ci il Oktyabr inqilabına və ölkənin sonrakı həyatına dair bir mənalı mövqe tutmadığına görə çapdan imtina edilir. Romanın baş qəhrəmanı Yuri Jivaqo əsərin əvvəlində oxuculara, anasının dəfnində iştirak edən balaca oğlan kimi təqdim edilir. Yuri varlı aiələnin varisidir. Onların ailələri heç vaxt xoşbəxt olmayıb. Atası ailəsini hələ anasını vəfatından öncə atmışdır.
Doktor Kaliqarinin kabineti (film, 1920)
Doktor Kaliqarinin kabineti (alm. Das Cabinet des Dr. Caligari‎) — 1920-ci ildə istehsal olunmuş Almaniya filmi. Verner Kraus — Doktor Kaiqari Konrad Feydt — Çezare Fridrix Fayer — Frants Lil Daqover — Ceyn Olsen (Frantsın nişanlısı) Hans Henrix Fon Tverdovski — Alan Rudolf Lettinqer — Doktor Opsen Filmi alman kino rejissoru Robert Vine çəkmişdir. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517. (az.) The Cabinet of Dr.
Doktor Kim
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Doktor Kim (teleserial, 1963)

Doktor Moronun adası
Doktor Moronun adası (ing. The Island of Doctor Moreau) — ingilis yazıçı Herbert Uells tərəfindən 1896-cı ildə nəşr etdirilmiş elmi-fantastika romanıdır. Romanda hadisələr gəmi qəzasına düşərək yaxından keçən gəmi tərəfindən xilas edilmiş və viviseksiya yolu ilə heyvan-insanlar yaradan çılğın-alim Doktor Moronun adasına düşmüş Edvard Prendikin dilindən nəql edilir. Romanda ağrı və qəddarlıq, mənəvi məsuliyyət, insan identikliyi və insanın təbiətə müdaxiləsi kimi bir sıra fəlsəfi məsələlər qaldırılır. Uells özü əsəri "gənclik küfrü üzərində məşq" adlandırır. Doktor Moronun adası erkən elmi-fantastika janrının klassik nümunələrindən biri hesab edilir və Uellsin ən məşhur əsərlərindən biri olaraq qalmaqdadır. Roman, daha inkişaf etmiş irqin heyvan və ya başqa canlıların həyat tərzinə müdaxilə edərək, onların cəmiyyətində təkamülə təkan verməsinə əsaslanan "dirçəliş" adlı elmi-fantastika mövzusunun ən erkən nümunələrindən biridir. Roman bir neçə dəfə kino və digər media nümunələrinə uyğunlaşdırılmışdır. Üç kino adaptasiyasında Doktor Moro obrazı Çarlz Louton (1933), Bert Lankaster (1977) və Marlon Brando (1996) tərəfindən canlandırılmışdır. Elmi təhsili olan Edvard Prendik adlı ingilis Sakit okeanın cənubunda gəmi qəzasına düşür.
Doktor No (film)
Həkim Nou (ing. Dr. No) — 1962-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. "Doktor No" filmi 1962-ci ildə "EON productions" studiyasinası tərəfindən çəkilmişdir. Bu film Ceyms Bond qəhrəman tipinin çəkildiyi ilk filmdir. Film Böyük Britaniyada çəkilmişdir. Filmin büdcəsi 1 milyon dollar olmuşdur. Filmin gəliri isə 59.6 milyon dollar təşkil etmişdir. Filmin rejissoru Terens Yanq, Ceyms Bond rolunun ifaçısı Şon Konneri olmuşdur. Doktor No — Internet Movie Database saytında.
Doktor No (film, 1962)

Doktor Osminoq
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.
Doktor Strenc
Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten Li və Stiv Ditkodur. İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşı və Aqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur. 2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə, 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir. Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.
Doktor Strenc: Dəliliklərin multikainatında (film, 2022)
Doktor Strenc: Dəliliklərin multikainatında – Marvel Comics personajı Doktor Strencin ikinci filmi. Film 2016-cı il istehsalı Doktor Strenc filminin davamıdır. Filmin 2022-ci ilin 6 mayında yayımlanmışdır. Doktor Strenc filminin rejissoru və köməkçi yazar Scott Derrickson , 2016-cı ilin oktyabr ayında qədər davam filmi planlayırdı. Filmin adı ilk dəfə 2019-cu ilin iyul ayında elan edildi və Bartlett oktyabr ayında filmin ssenarisini yazmaq üçün işə alındı. Derrickson 2020-ci ilin yanvarında rejissorluqdan istifa etdi. Sonrakı ayda Valdron layihəyə qatıldı ve aprel 2020-yə qədər filmin resijjoru kimi fəaliyyət göstərdi. Filmin çəkilişləri 2020-ci ilin noyabr ayında Londonda başladı, amma COVID-19 pandemiyası səbəbiylə 2021-ci ilin yanvar ayına kimi dayandırlıldı. Amerika Çaves və Dr. Strencin alternativ versiyası Vişanti Kitabını axtararkən kainatlar arasında kosmosda bir cin tərəfindən təqib edilir.
Doktor Strenc (film, 2016)
Doktor Strenc (ing. Doctor Strange) – Marvel Comics-in eyniadlı komiks personajından bəhs edən 2016-cı il istehsalı ABŞ filmi. Film elmi fantastika, macəra və döyüş janrındadır. Film Marvel Kinematoqrafiya Kainatının 14-cü filmidir. Film ilk dəfə 13 oktyabr 2016-cı ildə Honq Konqda, noyabrin 4-də isə ABŞda 3D və İMAX3D formatlarında göstərilmişdir. Film bütün dünyada 677 milyon $ qazanc əldə etmiş və tənqidçilərdən müsbət rəylər almışdır. Film Ən yaxşı vizual effektə görə Oskar mükafatı namizədi seçilmişdir. Katmanduda sehrbaz Kayesilius adamları ilə gizli Kamar-Taja daxil olur və oradakı kitabxanaçını öldürür. daha sonra o buradakı mistik bir kitabdan çox güclü bir sehr olan səhifəni cırır. Bunu bilən Qədim Biri onları təqib edir, lakin sonra onların izini itirir.
Doktor Strenclav (film, 1964)
Doktor Strenclav və ya digər adı ilə Mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim? – Stenli Kubrikin rejissorluğunu etdiyi 1964-cü il qara yumor janrında filmdir. Film SSRİ ilə ABŞ arasındakı soyuq müharibəni satirik şəkildə ekrana çıxarır. Filmin prodüseri olan Kubrik Terri Sauzern və Corc Skott ilə birlikdə həm də filmin ssenarisini yazıb. Film Birləşmiş Krallıqda çəkilib. Film ABŞ Hava Qüvvələri generalının axmaqca durduq yerə SSRİ üzərinə nüvə atom bombası atmaq əmrini verməsindən sonra baş verən olayları ironik şəkildə izah edir. Bundan sonra ABŞ generalları, siyasi rəhbərləri, o cümlədən ABŞ prezidenti, Kral Hava Qüvvələri rəhbəri nüvə apokalipsisinin qarşısını almaq üçün əl-ayağa düşürlər. Kubrik bu filmlə həm güldürür, həm də düşündürür. Film müasir insanın gündəlik yaşayışında da Damokl qılıncı kimi böyük və davamlı olan qorxu və qayğıyı — atom müharibəsinin gətirəcəyi qiyamət günü qorxusunu dilə gətirir. Film 1989-cu ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq önəmli" filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.

Digər lüğətlərdə